►İnsan tükündən minlərcə dəfə incə linza hazırlanıb
Avstraliya Milli Universitetinin əməkdaşları Viskonsin-Medison Universitetində çalışan həmkarları ilə birgə dünyanın ən nazik linzasını hazırlayıblar.
“Daily Mail”in yazdığına görə, bu linza insan tükündən minlərcə dəfə nazikdir. İxtiraçıların fikrincə, indən belə elastik displey və miniatür kameraların hazırlanmasında çevrilişlə üzləşəcəyik.
Başqa sözlə, bu linzalar işığın atomlar miqyasında axınını təmin edir və bu, gələcəkdə indiyəcən görünməmiş dərəcədə kiçik kameraların hazırlanması üçün geniş imkanlar açır.
Tədqiqatın rəhbəri doktor Larri Lu linzanın hazırlandığı molibden disulfid kristalının qeyri-adi özəlliklərindən söz açıb.
Onun sözlərinə görə, bu material gələcəkdə yüksək texnologiyalı çözümlər üçün mükəmməl komponentdir.
Yeni yaradılmış linzanın minimal qalınlığı 6.3 nanometrdir (9 atom qatı).
Alimlər bildiriblər ki, molibdenin disulfid kristalı yüksək temperatura dayanıqlıdır və yarımkeçirici kimi də tətbiq edilə bilər.
Buna da bax: Cəhbə bölgəsindən görüntülər