Təxminən beş il əvvəl bir tədbirə qatıldım. Cənubi Qafqazda iştirak etdiyim ilk sülhməramlılıq tədbiri idi. Tədbir əslində açıq idi və hər 3 ölkədən sadə insanlar da dinləməyə dəvət edilmişdi. 3 gün ərzində mühazirəçiləri nə qədər diqqətlə dinləsəm də, tədbirin məqsədini, mühazirəçilərin insanlara nə demək istədiyini anlaya bilmirdim. İndi, hər nə qədər olmasa da, universistet bitirmiş, az-çox savadı olan adamam. Amma öz sahələrində doğrudan da hörmətli, kompetent sosioloqların, konfliktoloqların danışdıqlarını dinlədikcə özümü olduqca savadsız, bilgisiz, hətta bir az da çuşka kimi hiss edirdim. Mühazirələrdəki terminlər, akademik dil məni özümü belə hiss etməyə məcbur edirdi. Sözün açığı, aradan beş il keçib, amma mən hələ də “konfliktlərin transformasiyası”nın tam olaraq necə baş verdiyini anlamış deyiləm. Bir neçə konfliktoloq dostumdan xahiş etdim, nəsə izah etməyə çalışdılar, amma yenə də o qədər akademik izah etdilər ki, az şey anladım.
Həmin günlərdə hər çıxışa qulaq asanda, düşünürdüm ki, əgər mən universitet bitirib, on il o qəzet, bu sayt, o ölkə, bu tədbir gəzəndən sonra, bu danışılanları anlamıramsa, onda tədbirə dinləyici kimi dəvət edilən, gəlib oturan yerli sadə camaat nə anlayır, necə anlayır?
Həmin günlərdə hər çıxışa qulaq asanda, düşünürdüm ki, əgər mən universitet bitirib, on il o qəzet, bu sayt, o ölkə, bu tədbir gəzəndən sonra, bu danışılanları anlamıramsa, onda tədbirə dinləyici kimi dəvət edilən, gəlib oturan yerli sadə camaat nə anlayır, necə anlayır? Bəlkə də elə bu qəliz, akadamik mühazirələrin təsiri idi ki, göz qoyduğum kəndlilər beş dəqiqə tədbirə qulaq asandan sonra çıxıb gedirdilər.
Bəzi oxucular düşünə bilərlər ki, burda akademik dili, terminologiyanı aşağılama var ya da anlamadığıma görə gözdən salmağa çalışıram. Əsla. Akademik dil də, terminologiya da bir işin peşəkarları, bu dili anladığına əmin olduğunuz insanlar arasına istifadə ediləndə, əladır. Amma etiraf edək ki, tədbirə “sülh”, “barışıq” sözlərini eşidib gələn nənələr, babalar üçün “konfliktlərin transformasiyası” janrında terminologiya o yazıqları ələ salmaqdır.
Bir balaca haşiyə çıxım, bir dəfə çalışdığımız saytdan jurnalist bir dövlət orqanına zəng edib. Dəstəyi götürən adama deyib ki, üzr istəyirəm, filan yerdənəm, sizdən bir məsələ ilə bağlı informasiya almaq istərdik, mümkündürmü... Dəstəyin o başındakı adam da kimisə çağırıb ki, biri zəng edib, nəsə deyir, heç nə başa düşmədim, sən rusca bilirsən, gəl gör nə deyir.
...çox adamın öz ana dilini bu səviyyədə bildiyi bölgədə yaşayırıq, terminologiya sadə insanlarla ünsiyyətdə bizim başa düşülməyimizdən daha çox, heç başa düşülməməyimizə kömək edə bilər.
Yəni çox adamın öz ana dilini bu səviyyədə bildiyi bölgədə yaşayırıq, terminologiya sadə insanlarla ünsiyyətdə bizim başa düşülməyimizdən daha çox, heç başa düşülməməyimizə kömək edə bilər.
Sülhmərmalı tədbirin tam mənzərəsi isə son gün açıldı. Növbəti mühazirəçi çıxış edirdi. İki alman konfliktoloq getmək istəyirdi. Axşam onların təyyarəsi uçacaqdı. Almanları aeroporta aparacaq maşın gəlib dayanmışdı, onları gözləyirdi. Konfliktoloqlar tərcüməçi qıza dedilər ki, bizim adımızdan mühazirəçidən üzr istə, denən ki, biz sağollaşmaq istəyirik, maşın gözləyir. Tərcüməçi qız rus idi. Almanların adından üzr istədi, çıxışı yarıda kəsdi, dedi ki, qonaqlar getməlidirlər, iştirakçılarla sağollaşmaq istəyirlər. Almanlar cəmi bir dəqiqə sağollaşma nitqi deyib, tədbirdən çıxdılar.
Fasilədə sülhməramlə tədbirin təşkilatçısı rus qızı kənara çəkib, ona dişinin dibindən çıxanı dedi. Sən kimsən, məndən icazəsiz tədbiri bölürsən, bu nə özfəaliyyətdir, sən burda ancaq mənə tabesən, bir də belə şey olsa sənin mitilini atacam bayıra. Tərcüməçi qız sözün həqiqi mənasında ağladı. Özü də mədəni bir qız idi, Rusiyanın müasir və andegraund DOC. Teatrından gəlmişdi. Ağladı, üzr istədi, dedi bilmirdim ki, mühazirəçilərin sağollaşması problem yarada bilər, axı siz yox idiniz, onların isə maşını gedirdi.
Sülhməramlı tədbirin təşkilatçısı dedi ki, gedirdi, cəhənnəmə getsin, onlar mühazirələrini deyiblər, qonorarlarını da alıblar, kimin nəyinə lazımdır onların sağollaşması.
Qız iri, yaşlı gözləri ilə sülhməramlı tədbirin təşkilatçısına baxaraq, öz dillərində desək, o...yet eləyirdi. O an o mədəni, teatral, irigözlü qıza çox yazığım gəldi. O yazıq hələ hara düşdüyünü dərk etmir, dərk etsə də, inanmaq istəmirdi.
Axı o necə inana bilərdi ki, sülh naminə təşkil edilmiş bir tədbirdə sülhdən, konfliktlərin transformasiyaslndan danışan adamlara nəinki regionda, heç bir balaca dəstənin də arasında sülh, mehribanlıq, xoşgörü lazım deyil.
Axı o necə inana bilərdi ki, sülh naminə təşkil edilmiş bir tədbirdə sülhdən, konfliktlərin transformasiyaslndan danışan adamlara nəinki regionda, heç bir balaca dəstənin də arasında sülh, mehribanlıq, xoşgörü lazım deyil. O necə inanaydı ki, sülh də, barışıq da, dialoq da bu insanlara ancaq qrant üçün, hesabat üçün, müxtəlif təşkilatlarla əlaqələr qurmaq üçün lazımdır. Yazıq buna inanmırdı. İnana bilmirdi.
O bəlkə də konfliktlərin nəyə transformasiya olduğunu bilirdi, amma Qafqazda sülhməramlılığın nəyə transromasiya olmağı onu heyrətə salmışdı.
Bu hadisə indi niyə yadıma düşdü, bilmirəm. Bəlkə də həmin rus qızın sosial şəbəkələrdə teatra bilet hədiyyə etmək istəməsi barədə statusunu gördüyüm üçün xatırladım.
Həmin tədbirdən sonra daha bir neçə sülhməramlə tədbirlərə qatıldım. Tədbirlər, iştirakçılar, leksikon, mövzular hər dəfə məni əmin edirdi ki, bu tədbirlərin sülhə kömək etməkdən başqa hər şeyə dəxli var. Təbii ki, söhbət məhz iştirak etdiyim tədbirlərdən gedir, bilmirəm, bəlkə də hardasa nə vaxtsa elə sülhə aid elə tədbirlər olub ki, doğrudan da xeyri olub sülh prosesinə.
Hər dəfə iştirak etdiyim tədbirlərdə hansısa yazıçı, mədəniyyət adamı regionun ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin də dialoqa girməsinin vacibliyindən danışanda, üstünə bir dəstə adam düşürdü. Kənardan baxana elə gələrdi ki, bir dəstə adam gurhagur alver edir, bir-iki nəfər də bunların bazarına girməyə çalışır. Sülh dialoqlarını qranta, pula, səfərərə konvert etməyin peşəkarları az qalırdılar həmin adamları parçalasınlar. Doğrudan da bu əxlaqda insanlar üçün heç inandırıcı deyildi ki, sülhdən, barışıqdan danışan, yazanlar bunu qrantsız, pulsuz da edə bilərlər və edirlər.
Bu tədbirlərin əsl “effekti” aprel hadisələrində üzə çıxdı. Həmin görüşlərdə gördüyüm insanların 90 faizi (hər iki tərəfdən) müharibəni dəstəkləyəndə, öz ölkəsinin pafoslu patriotlarına çevriləndə, əskərləri atəş açmağa, öldürməyə səsləyəndə...
Onda anladım ki, müşahidələrimdə yanılmamışam. Mədəniyyətin, ədəbiyyatın, incəsənətin gücünə inanmayan, ona xor baxan, hər şeh kimi, bu dəyərlərə də ancaq alver predmeti kimi baxan insanlar yüz tədbir keçirsin, yüz mühazirəçi ona sülhdən danışsın, xeyri yoxdur.
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.