-
Sizin brauzer HTML5-i dəstəkləmir
QASIM GÜLÜ NİYƏ AZAD ETDİLƏR?
Xəzər nə ilə yadda qalıb? Bir dəfə də bir yazıda oxumuşduq ki, repressiya illərində coğrafiyaçı alim Qasım Gülü də həbs ediblərmiş. Rusiyalı həmkarları bununla baglı Kremlə məktub göndərirlər və orada qeyd edirlər ki, Qasım Gülü itirməklə biz Xəzərin dibi ilə bağlı bütün biliklərimizi də itirə bilərik.
Məktubun təsiri olur. Qasım Gülü tezliklə azad edirlər...
Amma sözümüz bunda deyil. Burada diqqətəlayiq detal odur ki, hamı üçün və həmişə Xəzərin dibi daha maraqlı olub. Elə Xəzərlə bağlı razılaşmaların 20 ildən artıqdır ki, düyünə düşməsi də böyük ehtimalla bununla bağlıdır...
DÜNYA SİYASƏTİNİN QIRAQLARINDA...
İndi bir neçə gün idi ki, diqqət Həştərxana yönəlmişdi. “Yönəlmişdi” deyəndə bəlkə də bir qədər ifrata varırıq.
Məsələ bundadır ki, Xəzərin statusu sahil dövlətləri üçün önəm kəsb etsə də, bu, dünya siyasətində bir o qədər maraq və diqqət dogurmur, buna analitiklər hətta “dünya siyasətinin periferiya məsələsi” deyirlər.
Amma Xəzər sahil dövlətlərinə təkcə coğrafi baxımdan deyil, həm də problem baxımından yaxındır. Fəqət, Həştərxan sammitində sahil dövlətlərinin başçıları bəyanat verərək bildirdilər ki, Xəzərin statusu ilə bağlı hüquqi Konvensiya 2015-ci ildə Qazaxıstanda imzalanacaq...
Xəzərin statusu sahil dövlətləri üçün önəm kəsb etsə də, bu, dünya siyasətində bir o qədər maraq və diqqət dogurmur, buna analitiklər hətta “dünya siyasətinin periferiya məsələsi” deyirlər
Amma buna baxmayaraq analitiklər və siyasi müşahidəçilər bu nikbinliyi bölüşmürlər. Böyük əksəriyyət indi də bu fikirdədir ki, Xəzərin statusu daha çox siyasi alver predmetidir.
Bu fikrə biganə qalmaq olduqca çətindir. Onda müəyyən qədər obyektivlik var. Hətta bu günlərdə Həştərxanda imzalanan beş sənədə baxanda da görürsən ki, bu sənədləri imzalamaq üçün belə bir təmtərğa heç ehtiyac yox idi.
TƏHLİLÇİLƏR İRONİYA EDİR...
Ona görə də təhlilçilər zarafatla deyir ki, bütün Xəzəryanı dövlətlərin ərazisində sammit keçirilməyincə problem həll olunmayacaq. Nə demək olar?
Bəzən adama elə gəlir ki, Rusiya və İran belə tədbirlər keçirməklə sadəcə, dövlətlərini reklam edir, onların razılığı olmadan Xəzərdə heç bir qlobal layihənin baş tutmayacağını nümayiş etdirmək istəyirlər.
Amma əvvəldə dedik ki, Xəzərin probleminə digər güclərin elə də marağı yoxdur. Bunun da çox sadə izahı var. Xəzər onun karbohidrogen ehtiyatlarına çıxış əldə edilənə qədər maraqlı idi... Artıq bu çıxış var. Ona görə də Xəzəryanı dövlətlərin başçıları nəyi bölürlər, necə bölürlər, bu, bir o qədər də onlar üçün maraqlı deyil...
İNDİYƏ QƏDƏR XƏZƏRİ NECƏ BÖLMƏYƏ ÇALIŞIBLAR?
Bölgü isə elə bir problem deyil. Xəzəri necə bölmək olardı? Bunun üçün bu vaxta qədər üç yol göstərilib.
Bəzən adama elə gəlir ki, məsələn, Rusiya liderləri MDB dövlət başçılarını görüşə dəvət etmək, öz “tövsiyyə”lərini onlara çatdırmaq üçün sadəcə, bəhanə axtarırlar. Görünür, daha əvvəlki vaxtlarda olduğu kimi hesabat üçün birbaşa Moskvaya çağıra bilmirlər...Write Your Quote Here ...
Birincisi, Xəzəri beş bərabər yerə bölmək idi. İkincisi, su səthinin ümumi istifadəyə verilməsi şərti ilə Xəzərin dibinin və ehtiyatlarının sahil xətti uzunluğu prinsipi əsasında bölmək idi. Üçüncüsü, sərhədi sahil xətlərinin uzunluğu prinsipi əsasında müəyyən etmək idi...
Bu prinsiplər müxtəlif vaxtlarda nəzərdən keçirilib. Hər dəfə hansısa dövlət onlardan birinin onun maraqlarına cavab vermədiyini bəyan edib. Həştərxan sammitində prezidentlər razılaşdı ki, Xəzər akvaoriyasında hər dövlət üçün iki zona müəyyən olunsun-süverenlik zonası və balıq ovuna müstəsna səlahiyyət verən ikinci zona. Hər iki zona birlikdə 25 dəniz mili təşkil edəcək...
Amma maralıdır, bu razılaşma növbəti sammitə qədər unudulmayacaq ki? Elə məsələ də bundadır. Unudula da bilər, unudulmaya da.
Hər şey ondan asılı olacaq ki, Rusiya və İran liderləri o vaxta qədər hansı “yuxu”ları görəcəklər?
NÜFUZ NÜMAYİŞİ
Bu, heç də reallığı təhrif etmək deyil. Bəzən adama elə gəlir ki, məsələn, Rusiya liderləri MDB dövlət başçılarını görüşə dəvət etmək, öz “tövsiyyə”lərini onlara çatdırmaq üçün sadəcə, bəhanə axtarırlar. Görünür, daha əvvəlki vaxtlarda olduğu kimi hesabat üçün birbaşa Moskvaya çağıra bilmirlər...
Xəzərlə bağlı İranın mövqeyi hamıya yaxşı bəllidir. Bu mövqeyi bir daha çatdırmaq üçün dövlət başçılarını Tehrana çağırmağa ehtiyac vardımı? İndi də İranın yeni prezidentilə bağlı müəyyən ümidlər yaranıb. Amma biz illüziya yaratmamağın tərəfdarıyıq... Qərəz, Xəzər onun ətrafında yaşayanların ona hansı adı verəcəyini gözləyir.İrana gəldikdə isə onun da istəyi aydındır. Çox az dövlət İranın qapısını açır və çox az dövlət də onu öz qapısına dəvət edir. İrana lazımdır ki, kiminsə çevrəsində görünsün və kimisə öz çevrəsində göstərsin. Xəzərlə bağlı sammitlərdən biri də Tehran sammiti idi. Hələ də bilmirik və başa düşmürük həmin sammitin məqsədi və məramı nə idi?
Amma hamı ona çalışır ki, Xəzərə elə ad versin ki, onun dibini öz ciblərinə boşaltmaq daha asan olsun...
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.