Keçid linkləri

Təcili xəbərlər

İndiki Bakının «O olmasın, bu olsun» filmindəki Bakıdan bircə fərqi...


Köhnə və yeni Bakı
Köhnə və yeni Bakı

-

Gözlə

No media source currently available

0:00 0:04:09 0:00
Direct-ə keçid

YENİ BAKININ SƏS-KÜYÜ...

Bu haqda çoxdan yazmaq istəyirdik. Əslində yeni Bakı və bakılılar daimi mövzulardan biri olmalıdır. Məsələ bundadır ki, şəhər təkcə uca binalara görə şəhər adlanmır. Haradasa ümumi ölkə fonundan seçilən bir şəhər mədəniyyəti və bir şəhər mühiti olur.

Bu mühit illərlə formalaşır, şəhərə yeni gələn insanlar illərlə onu mənimsəməyə çalışırlar...

Bu yaxınların söhbətidir. Bir gənc metronun foyesində mobil telefonla elə ucadan danışırdı ki, ötüb-keçən yalnız ona baxırdı.

Doğrusu, telefonla danışanda niyə görə qışqırmağın lazım gəldiyini mən hələ də bilmirəm. Üstəlik, həmin gənc qışqıra-qışqıra elə sözlər deyirdi ki, adam o sözləri astadan da deməyə çəkinir...

Sovet Bakısını da xatırlayırıq. Bu heç də nostalgiya deyil. Əsla. Amma o vaxt Bakıda kimsə ucadan, qışqıra-qışqıra danışanda deyirdilər ki, bu adam əyalətdən gəlmədir. Əksər hallarda da bu sosial “diaqnoz” düz çıxırdı. İndi bir qədər başqa məqamdır.

Bu illər ərzində çox küləklər əsdi, çox yağışlar yağdı. Elə Bakının da təkcə xarici görkəmi deyil, həm də məzmunu dəyişdi. İndi nəsillikcə bakılı olduğunu deyə bilən adamların sayı o qədər də çox deyil...

ZAHİRƏN ŞƏHƏRLİYƏ OXŞASALAR DA...

Amma bu yazıda məqsəd təkcə əyalət-mərkəz söhbətinə qapılmaq deyil. Bakılılar xarici görkəmə və “aksesuarlar”a görə biri-birindən o qədər də rərqli təsir bağışlamırlar. Zahirən insanlar hamısı demək olar ki, eyni görkəmdədir...

Amma müasir Bakıdan danışanda müasir informasiya texnologiyalarının gətirdiyi problemləri də qeyd etməmək olmur. Birini əvvəldə dedik. Amma o elə bir problemdir ki, ondan bir cümlə ilə ayrılmaq olmur.

Bəzi insanlar insanlar küçədə, avtobusda, metroda nəinki ucadan danışmağı, hətta qışqırmağı özlərinə ar bilmirlər. Halbiki bizə uşaq yaşlarından öyrədirdilər ki, ictimai yerdə ucadan, qışqıra-qışqıra danışmaq olmaz...

Bu hələ hamısı deyil. Qatarın, avtobusun içinə diqqət yetirsən, hamının əlində bir telefon görərsən. Bütün diqqətləri də oradadır... Bəzən elə olur ki, gənclərin, cavanların başı telefona elə qarışır ki, qarşılarında ayaq üstə dayanan qocanı, hamilə qadını və ya qızı görmür, durub onlara yer vermirlər...

Bəlkə də bu da bir ayrı müzakirənin mövzusu olmağa layiqdir. Məsələ bundadır ki, Azərbaycanda bir teleofonomaniya yaranıb.

Bir də görürsən ki, başı telefona qarışmış gənc az qalır lap adamın üstünə çıxsın, onu tapdasın... Nə ictimai yer bilirlər, nə də avtomobillərin hərəkətinə fikir verirlər, nə də ki, böyük-kiçik tanıyırlar...

Özlərini də müsair, az qala “avropalı” hesab edirlər. Amma mədəni insan həmişə özünə və ətrafına diqqətli olur. Təəssüf ki, getdikcə insanlar bu qayda haqda olduqca az düşünür, əksər hallarda isə onu yada salmırlar...

BÖYÜK KƏND...

Bakılılar elə düşünür ki, Bakının paytaxt olması artıq hər şey deməkdir. Amma heç də belə deyil. Sovetlərin vaxtında insanlar Leninqradı mədəni bir paytaxt hesab edir, Moskvaya isə “böyük kənd” deyirdilər.

Bu kəndə qarşı həqarətli münasibət deyil. Amma şəhər hər halda kənddən fərqli olmalıdır. Ən böyük dərdlərdən biri də şərq bazarlığının geniş yayılması və az qala bütün şəhəri bürümsəsidir. Guya ki, ucuzluq yaratmaq məqəsdilə hər yerdə ticarət yarmarkaları açırlar.

Əslində orada satılan mallar digər yerlərdəkindən heç də ucuz deyil. Onların şəhərə verdiyi görkəm isə sözün əsl mənasında faciədir - meyvə-tərəvəz yerə tökülüb, ayaqlar altında əzilərək ətrafı bərbad vəziyyətə salıb...

Biri-birinə toxunan, az qala biri-birini itələyən insanların səsi-küyü də ki, bir başqa məsələ...

Kimə lazımdır bu? Şəhərdə böyük marketlər var. Orada hər şeyin satışını təmin etmək heç bir problem deyil. Hələ onu demirik ki, marketlərdə mallar da bəzi hallarda bazarlardan ucuz olur...

Bazar heç də o demək deyil ki, orada hər şey ucuzdur. Onsuz da məhsul yetişdirənlər, əsl kənd adamları özləri bazarda oturmur, buna onların sadəcə, vaxtı yoxdur. Qiymətlər də ki, bir az əvvəldə qeyd etdiyimiz kimi, az qala kəllə-çarxa vurur...

Nəticədə şəhər çirkabdan, nəqliyyatın sərbəst hərəkəti üçün problemlərdən başqa heç nə qazanmır. Amma təəssüf ki, şəhər rəhbərliyi bütün bu məsələlərə diqqət yetirməyə çalışmır...

Adam bir az xəyala dalanda gözləri önünə “O olmasın, bu olsun” filmindəki bazar gəlir. Bircə qoçular çatışmır...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG