-
Son günlər iki informasiya məni silkələdi. Biri o idi ki, Avropa kişilərinin təxminən yarısı, Britaniya erkəklərininsə 70% Exnatonun və 3-cü Amenxotepin nəslindən törəmədirlər. Ancaq daha əzələ gedəndə hamısının kökü Qafqaza çıxır. Yadıma düşdü ki, oxşar söz Çingiz xanla ilgili də gəzirdi.
O biri silkələyici bilgi o oldu ki, dünyada xristianlar çox olsa da, İslam gənclərin sayına görə ən öndə gedən dindir. Birinci bilgi ona görə silkələyicidir ki, ulus, identiklik üzrə düşüncə qəliblərimizi dağıdır. Biz, axı millətimizi qorumaq çarpışmasına girişəndə tarixin dərinliklərindən gələn bizləri qoruyuruq kimi özümüzü duyanda ləzzət alırıq. Yəni mənim arxamda yüzillərlə sıralanmış azərilər var, mən dünəni, sırağagünü yox, bu yüzillərin adamlarının ərdəmini, adını-sanını qorumağa cavabdehəm, sorumluyam. İndi isə aydın olanda ki, etnosların bu qədər qarışığı var, ulusları, uluslar nədir, irqləri qarşı-qarşıya qoyan konstruksiya dağılır.
MİLLƏTİN VİRTUAL YOZUMU
İran rejimi istərdi ki, Güneylilərlə Quzeyliləri ayrı millət kimi ayırsın, ancaq ləhcələrimiz nə qədər fərqlənsə də tarixi yaddaşımız ayırmağa qoymur. Halbuki Anadolu türkləri ilə bir-birimizi nə qədər eyni millət saysaq da hərəmizin öz tarixi yaddaşı var və bu, bizim bir ulus olmağımızı metaforaya çevirir.
Ulusların dürlü tanımı var, mən isə indi birini irəli çəkərdim: millət ortaq yaddaşla birləşmiş insan birliyidir. Onu qotaz kimi göz qabağına gətirsək, bu qotazda saçaqların düyünləndiyi yer ortaq yaddaş olacaq. Bu yaddaşa «bizim şairlər», «bizim tarixi olaylar və ya bizim tarix», «bizim tarixi faciələr», «bizim tarixi torpaqlar», «bizim uduzduğumuz və ya udduğumuz döyüşlər» və s. aiddir.
İran rejimi istərdi ki, Güneylilərlə Quzeyliləri ayrı millət kimi ayırsın, ancaq ləhcələrimiz nə qədər fərqlənsə də tarixi yaddaşımız ayırmağa qoymur. Halbuki Anadolu türkləri ilə bir-birimizi nə qədər eyni millət saysaq da hərəmizin öz tarixi yaddaşı var və bu, bizim bir ulus olmağımızı metaforaya çevirir. Suriya, Misir, İraq sanki bir ulusdur, ancaq hərəsinin öz tarixi yaddaşı var, ona görə də ayrı millətlərdir.
Eyni durumu meksikalılarla kolumbiyalılar arasında görmək olar. 90-cı illərdə bizim türkçülər «azərbaycanlı» sözünü pisə çıxarmaq üçün deyirdilər ki, belə də millət adı olar? Ancaq var, axı. Meksikalı, litvalı, avstriyalı və s. Deməli, etnos böyük olanda (türklər kimi), onun qollarının adı yerlə də bağlı ola bilər.
Əgər Naxçıvanın və naxçıvanlıların, Borçalı və Dərbənd əhlinin əzəldən öz müstəqil tarixi olsaydı və bu tarix Azərbaycan tarixi ilə birlikdə olmasaydı, onlar hamısı özlərini başqa millət sayardılar.
MƏDƏNİYYƏTDƏ YADDAŞ FƏALLIĞI
İndi görürsünüzmü, hər ulus üçün «Möhtəşəm yüz il» tipində seriallar (hətta tənqid olunsalar belə), milli geyimlərin, yeməklərin ensiklopediyaları, muzeylər və sərgilər nə dərəcədə dəyərlidir?! Onlar ulusun ortaq yaddaşını quruca anbara, saxlanca çevrilməyə qoymur. Milli yaddaş işləmirsə, işlədilmirsə, quruyur, duyğusallığını itirir, boyatıyır. Onun üçün də mədəniyyətin bir ciddi funksiyası o yaddaşı Şou proqramlar, diskussiyalar, festivallar, milli bayramlar vasitəsi ilə qurumağa qoymamaqdır. Milli tarixdə millətə ayıb gətirən xəyanətlər, uduzmalar, yaramazlar da olur. Ancaq bu tarixdə həmin pisliklərin sayı yaxşılıqların sayına qat-qat uduzmursa, o zaman bütün bu pisliklər baş ucaldan, şərəfli rəmzlərlə dramatik səhnələr yaradıb milli yaddaşı möhtəşəm olaylar baş verən teatr səhnəsinə çevirir.
Adətən, qonşu uluslar bir-birinin tarixi yaddaşından məhz şərəfsiz faktları, qorxunc olayları götürüb onların faizini artırırlar. Gürcülər üçün Şah Abbas bu rolu oynayır, bizim üçün Andronik elədir, ermənilər üçün türkün «vəhşiliyi». Çağdaş dünyada Qloballaşmanın yaratdığı Uyqarlıq mühiti yavaş-yavaş bu bəd gələnəyi dağıtmaqla dünya mənəviyyatını dəyişdirir: Hollivud Atillaya heyran edir, Muhəmməd peyğəmbərə heyran edən Hollivud filminin gəlişi isə haçansa olacaq.
DİNLƏRDƏ GƏNCLƏŞMƏNİN BİOLOJİSİZ YOLU
İndi götürək Batının qocalmasını. Elmdə bioloji ata-mənəvi ata anlayışları var. Emiqrantların 2-ci, ya 3-cü nəsli milli çoxluq üçün bioloji oğul-qız olmasa da mənəvi övladlar olur. Avropa liderləri multikulturalizmin nə qədər baş tutmamasından gileylənsələr də bir az ikiüzlülük edirlər. Getdikcə Batıda başqa etnosdan olan uşaqlar yaşadıqları ölkənin ortaq yaddaşını götürürlər. Femin haqları gəlişmiş, yaşayışı standartları yüksək olan ölkələrdə, buna din və milli gələnəklər ciddi əngəl qoymursa, qadınlar bir uşaqdan çox doğmaq istəmirlər ki, «dünyadan kam alsınlar». Bax, bu durumda uşaq götürüb saxlamaq, ən çox isə mühacir gənclər dada çatır. Onların dərisi qara olsa belə, tutalım, fransız olurlar, çünki getdikcə fransızlarla ortaq yaddaşda birləşirlər. Beləcə, Xristianlığın da gəncləşmək yolu var.
MƏDƏNİYYƏTİMİZ ÜÇÜN SONUC
Bu proses milli mədəniyyətin uğurları az olanda baş tutmur, çünki ortaq olmalı yaddaş adamlara yayıla bilmir ki, ortaq yaddaş statusunu qazansın. Bu yöndən yanaşanda bizdə kültür siyasətinin, medianın, ədəbiyyatın, siyasətin özünün böyük eyibləri açılır. Bəlkə bu eyibləri diskussiya edək ki, xəritəsi aydın görünsün?
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Qonşu uluslar bir-birinin tarixi yaddaşından məhz şərəfsiz faktları, qorxunc olayları götürüb onların faizini artırırlar. Gürcülər üçün Şah Abbas bu rolu oynayır, bizim üçün Andronik elədir, ermənilər üçün türkün «vəhşiliyi».