-
Azərbaycan kimliyinə ağır zərbə – silkinib necə qalxmalı
Sarsıntımın nədənləri
Gəlin yadımıza salaq. Sovet dönəmində İslam sevgisi və öygüsü milli mənliyimizi qorumaq aracı idi və alimlər ateist mühitdə, heç olmazsa, tarixi və şərqşünaslıq araşdırmalarında İslamdan ateist sancmalara yol vermədən danışa bilirdilər.
Qəribədir ki, Sovet senzurası da tələb etmirdi ki, harada İslamı görsən, ora bir güllə at. Malı-maldan belə ayırırdılar: ateizm dərsində və kommunist yığıncaqlarında İslam, Xristianlıq ateist «ifşalarda» verilirdi.
Ancaq kulturoloji, tarixçi araşdırmalarda İslamdan normal səslə, İslam mədəniyyətindən isə hətta qürrə ilə danışmaq olardı. Bizlər də bundan geniş istifadə edərək milli kimliyimizin aclığını doydururduq. Biz kimik? Biz İşraqi (Söhrəverdi), təsəvvüf (Təbrizli Şəms), Nizami irsinin (sıranı xeyli uzatmaq olar) daşıyıcılarıyıq. Buna milli identiklik deyirlər, çünki özümüzü bu irslə eyniləşdiririk.
Zaman keçdi kimliyimizdə İslam sevgisinə türk sevgisi də qovuşdu. Bu zaman Şah İsmayıl milli özünüidentifikasiyanın simvollarından biri oldu. Marksdan onun fəthləri ilə bağlı sitat isə milli duyğularımızın alovuna qupquru odunlar atdı.
Ancaq eyforiya da yoxdu
Düzdür, Azərbaycan mentalitetində öyünməklə yanaşı, refleksiya (özünü düşünüş), insaf etirafı, “ibnə qoymaq” şakəri də var. Deyəsən, 70-ci illərdə, artıq, Şah İsmayılla bağlı narazı sözlər yer almağa başladı (türk dünyasını parçaladı, İslam dünyasını böldü).
Bu narazılığın sonucları zamanımızda Şah İsmayıla sevgini, Şah İsmayıl kultunu dolaşığa salan «Yarımçıq əlyazma» (Kamal Abdulla) romanı ilə və bir də onun «Səhvlərin qrammatikası» essesi ilə sonuclandı.
Mənim özüm üçün Şah İsmayıl Xətainin türkcə şeirləri və qızılbaş mühiti millət kimi formalaşmağımızın hələ də güclü amilləri olaraq qalır.
Di gəl, «Səfəvilər» kitabı, - bütün bunları vurdu dağıtdı deməyəcəm, - ancaq bütün bunları çox ağır zəlzələyə saldı, onun üçün də sarsıldım.
Ortaçağ qaynaqları və dedi-qodu dezinformasiyası
Sovet dönəmində Şeybani xanı öldürəndən sonra Şah İsmayılın onun qafasını qızıla tutdurub şərab içməsini mən heç “nifrətə bax!” təəccübü ilə də yox, nəsə sərkərdənin epik jesti kimi qavrayırdım. Biabırçılıq! «Səfəvilər» kitabını oxuyanda diksindim, çünki səhnə gözümün qabağında kannibalist iyrənclikdə canlandı…Və şübhə yarandı. Belə nəsnələr İslam dünyasında gerçəkdən ola bilərdimi?!
Çağımızda şayiələrin kökdən-kökə düşüb necə tanınmaz hala gəldiyini bilirik. Məsələn, adam deyə bilər ki, nə bunun başından piyalə düzəltmək olar! Sonra bu deyim ağızdan-ağıza keçibən adamın guya kəllədə çaxır içməsinə çevrilə bilər.
Bu ona oxşayır ki, Kaliqulanın senatorları sancmaq üçün «atımı konsul edəcəm» hədəsi tarixi qaynaqlarda ona çevrilib ki, guya doğrudan da Romanın dəli diktatoru atını konsul edib və indi tarixçilər məcbur olurlar sübut etsinlər ki, həmin informasiya həqiqətə uyğun deyil.
«Səfəvilər»də nəinki Şah İsmayılın, hətta qızılbaşların da düşmənlərinin ətini yeməsi haqqında səhifələr var. Bu nədir? Şayiələrin «qanını içərəm», «ətini yeyərəm» deyimlərindən əcaib transformasiyalar yaparaq kannibalist səhnələr düzəltməsi və beləcə Ortaçağ qaynaqlarına keçməsidir, ya nədir?
Mən mütəxəssis olmadığımdan bu sorulara cavab üçün xeyli axtarışlar etməliyəm. Ancaq, axı, «Səfəvilər» kitabında yer almış bu kimi faktlara tarixçilərimiz cavab verməlidirlər. «Qanun» nəşriyyatının direktoru Şahbaz Xuduoğlu daha kəskin sözlərlə tarixçiləri buna çağırır.
Mən isə şübhə toxumunu Güntay Gəncalpın, - boynuma alım ki, çox istedadlı, milli sevgisi olan güneyli yazarın, - şüubiyyə (şöbələr) məsələsinin üstünə səpələrdim.
Şiə konspirologiyası
Konspirologiya dünyada və ya bir və ya bir neçə ölkədə hadisələrin gizli mərkəz və gizli planla idarə olunmasına inamdır. Yəni inamdır ki, tarixi hansısa gizli və güclü mərkəzin proyekti, ssenarisi yönəldir. Bir konspiroloji «nəzəriyyədə» bu mərkəz Masonlardır, o birisində KQB-dir.
Günümüzdə Bilderberq klubu belənçi mərkəz kimi dəbə minib. Konspiroloji qurğulara görə Birləşmiş Ştatlar yaranışına görə, bolşevik devrimi baş verməsinə görə masonlara borcludurlar.
Akademik elm hansı bir nəzəriyyəninsə elmə dəxli olmadığını bildirmək üçün «konspirologiyadır» deyib fınxırır. Ağıllı ekspertlər nəsə konsipiroloji ssenariyə oxşar bir nəsnə deyəndə vurğulayırlar ki, «elə bilməyin, mən konspirologiya qurub-toxuyuram».
Mənsə kospirologiyanın iki eyibini deyim. Birincisi, paranoyaya çox oxşayır. Paranoikə həmişə elə gəlir ki, ona qarşı sui-qəsd planı var və ona gizli qurğular qururlar. O biri eyib tarixlə bağlı tapılmış bir paradoksdan doğur.
Sən indi üçün nəyisə götürüb onu Tarixin üz tutduğu amac elan etsən, belə görünəcək ki, demə, bütün tarix həmin amaca çatmaq üçün işləyibmiş. Erməni elan etsə ki, erməni tarixində gizli məqsəd haçansa genosidə qurban olmaq məqsədi olub mütləq folklordan, yazarlardan buna faktlar tapacaq.
Kimsə elan etsə ki, Azərbaycan ruhu haçansa azadlığa çatmaq istəyinə üz tutaraq işləyib – buna da yetərincə materiallar tapacaq.
Şüubiyə konspirologiyası
«Səfəvilər» kitabında Sasani keçmişinə söykənib fars iradəsini Müsəlman dünyasında ucaltmaq və fars etnosunu əsas aktyora çevirmək hərəkatına şüubiyə deyilir.
Güntay Gəncalp farslar arasında tarixən yer almış bu istək əsasında azman bir konspiroloji model qurur. Bu konspirologiyaya görə, Şah İsmayıl və sonrakı səfəvilər şüubiyənin əlində alət olublar.
Eləcə də türkmən qızılbaşları farsçılıq alətinə çevirmiş və türk ruhlu Bayındırlı dünyasını Azərbaycanda dağıtmışlar. «Səfəvilər» kitabında dəfələrlə deylir ki, şüubiyə sünni Təbriz, Ərdəbil əhlini qırıb-qorxudub ki, şiələşdirsin.na görə də onlarda Şah İsmayıla böyük nifrət var.
Bizim dilimizin bu hala düşməsi, yəni fars dilinin təsiri altında olması da şüubiyə «ssenarisinin» sonucudur. Ancaq başqa bir yerdə yazar Osmanlının dilinin də eyni hala düşməsindən danışır, halbuki göstərir ki, şüuubiyənin əli ora çatmamışdı.
Təriqətlərin fəlsəfəsi
Mən dini didişmələrin küfründən insanlığın qurtulmasını bir düsturda görürəm: İslamın təriqətləri Azərbaycanın zənginliyidir (eləcə də dinlər dünyanın mənəvi zənginliyidir). Yalnız insan haqlarını tapdalayan təriqətlər tapdaladıqları anda bu zənginlikdən çıxırlar. Güntay Gəncalpın kitabında ideoloji bir qəzəb, nifrət var. Bu nifrət həm də onun Azərbaycan türklüyünə sevgisindən gəlir.
Ancaq bəyəm nifrət etmək istəyən Katolisizm, Pravoslavlıq, Sünnilik, Konfutsiçilik tarixindən yetərincə faktlar tapmaz?! Hansı təriqət, hansı din öz tarixində insan haqlarına yönəlik düşmən eyləmlərə yol veribsə, həməncə dinin gözəlliyinə «möminlik» iddiasında olan insanın eybəcərliyini qatıb.
Mən bilmirəm, Gəncalpın kitabında yer alan eybəcər hadisələr qızılbaş düşmənlərininmi, yoxsa şiə düşmənlərininmi uydurmasıdır. Uydurmadırsa, qoy ekspertlər cavab versinlər.
Ancaq Sünnilik kimi Şiəlik də İslam dünyasına möhtəşəm nəsnələr verib. Ola bilərdimi ki, adamyeyən Şah İsmayıl və ya qızılbaşlar böyük bir hərəkata çevrilsinlər?! Azəri xatirəsində onların kannibalizmi, onların küfrləri ilə bağlı xatirələr qalmasın?
Bir sözlə, “top” tarixçilərdədir. Biz isə Şiəliyi, qızılbaşlığı Gəncalpın «Səfəvilər» kitabının sınağından keçirib sevməli, öyünməliyik. Əgər sevgi və öyünməyə layiqdirlərsə…
Azərbaycan kimliyinə ağır zərbə – silkinib necə qalxmalı
Sarsıntımın nədənləri
Gəlin yadımıza salaq. Sovet dönəmində İslam sevgisi və öygüsü milli mənliyimizi qorumaq aracı idi və alimlər ateist mühitdə, heç olmazsa, tarixi və şərqşünaslıq araşdırmalarında İslamdan ateist sancmalara yol vermədən danışa bilirdilər.
Qəribədir ki, Sovet senzurası da tələb etmirdi ki, harada İslamı görsən, ora bir güllə at. Malı-maldan belə ayırırdılar: ateizm dərsində və kommunist yığıncaqlarında İslam, Xristianlıq ateist «ifşalarda» verilirdi.
Ancaq kulturoloji, tarixçi araşdırmalarda İslamdan normal səslə, İslam mədəniyyətindən isə hətta qürrə ilə danışmaq olardı. Bizlər də bundan geniş istifadə edərək milli kimliyimizin aclığını doydururduq. Biz kimik? Biz İşraqi (Söhrəverdi), təsəvvüf (Təbrizli Şəms), Nizami irsinin (sıranı xeyli uzatmaq olar) daşıyıcılarıyıq. Buna milli identiklik deyirlər, çünki özümüzü bu irslə eyniləşdiririk.
Zaman keçdi kimliyimizdə İslam sevgisinə türk sevgisi də qovuşdu. Bu zaman Şah İsmayıl milli özünüidentifikasiyanın simvollarından biri oldu. Marksdan onun fəthləri ilə bağlı sitat isə milli duyğularımızın alovuna qupquru odunlar atdı.
Ancaq eyforiya da yoxdu
Düzdür, Azərbaycan mentalitetində öyünməklə yanaşı, refleksiya (özünü düşünüş), insaf etirafı, “ibnə qoymaq” şakəri də var. Deyəsən, 70-ci illərdə, artıq, Şah İsmayılla bağlı narazı sözlər yer almağa başladı (türk dünyasını parçaladı, İslam dünyasını böldü).
Sovet dönəmində Şeybani xanı öldürəndən sonra Şah İsmayılın onun qafasını qızıla tutdurub şərab içməsini mən sərkərdənin epik jesti kimi qavrayırdım. Biabırçılıq! «Səfəvilər» kitabını oxuyanda diksindim, çünki səhnə gözümün qabağında kannibalist iyrənclikdə canlandı…
Və şübhə yarandı. Belə nəsnələr İslam dünyasında gerçəkdən ola bilərdimi?!