Keçid linkləri

Təcili xəbərlər

Onların uşaqları niyə ağlamır...


İnkişaf etmiş ölkələrə yolum düşəndə, məni heyrətləndirən şeylərdən biri də ordakı uşaqların davranışları olur. Onların rahat səssizlikləri, öz dünyalarına qapılmaları, valideynlərinin yavaş səslə dediyi sözə birinci dəfədən əməl etmələri, aqressivlikdən, hay-küydən uzaqlıqları... Belə ölkələrdən olan ailələri Azərbaycanda, Gürcüstanda görəndə də, həmişə düşünürüm ki, necə olur onlar bəzən bir, bəzən iki körpə uşaqla rahat səyahət edirlər, əylənə bilirlər. Öz-özümə soruşurdum ki, ilahi, bunların uşaqları niyə heç vaxt ağlamır...

...amma nə edirsən et, bir müddətdən sonra evin uşağının bütün mənzərəsi üzə çıxır. Bağırmalar, ayağı yerə döymələr, evi qarışdırmalar, dəqiqədə bir nəsə istəmələr, ana-atanın uşaqla çıxdığı əlbəyaxa döyüş....

Axı mən həmişə əksini görmüşəm. Qorxumdan qonaq getdiyim evlərdə uşaqları öpmür, diqqət göstərmirdim ki, bir-iki dəqiqədən sonra sırtılıb, başıma çıxmasın. Iqnor bir az işə yarayır, amma nə edirsən et, bir müddətdən sonra evin uşağının bütün mənzərəsi üzə çıxır. Bağırmalar, ayağı yerə döymələr, evi qarışdırmalar, dəqiqədə bir nəsə istəmələr, ana-atanın uşaqla çıxdığı əlbəyaxa döyüş....

Azərbaycanda maraqlı uşaq tipləri nadir hallarda rastıma çıxıb. Hamısı elə bil bir-birilərinin keyfiyyətsiz kopiyasıdır. Pis halda kobud və tərbiyəsiz, yaxşı halda yaşından əvvəl böyümüş, böyüklərin söhbətlərinə çox qulaq asdığından onların hiyləgərliklərini öyrənmiş qart uşaqlar.

Əvvəl məsələ adama bəsit gəlir. Elə bilirsən ki, elə təkcə valideyn başısoyuqdur, uşağına yaxşı tərbiyə vermir. Ailədə qayda-qanun yoxdur, oğlan uşağı atası və evə gələn kişilərin, qız uşağı anası və qohum qadınların söhbətinə qulaq kəsilir, uşaq kreativliyi, uşaq dünyası, uşaq yaradıcılığı da gedir işinin dalınca.

Buna da bax: Ermənilərin Bakı sevgisi

Halbuki, normal ölkələrdəki ailələrin uşaqlarının sakit və tərbiyəli, kreativ və maraqlı, bizimkilərin (təkcə Azərbaycanı demirəm, bizim günümüzdə olan bütün yetimçə ölkələri nəzərdə tuturam) uşaqlarının isə kobud, tərbiyəsiz, böyüklərin söhbətinə qarışan, qeyri-yaradıcı olmalarının komplekssəbəbləri var.

Başlayaq ondan ki, ev nə qədər balaca olur-olsun, uşağın öz otağı olmalıdır. Onun otağı, onun dünyasıdır. Bu dünya kifayət qədər maraqlı olmalıdır. Rənglər, oyuncaqlar, fiziki və zehni məşğulluğu təmin edən qurğular, oyunlar, kitablar, musiqi alətləri... Bunlar xüsusi diqqətlə, uşağın yaşı, fərdi marağı nəzərə alınmaqla, uşaq psixoloqu ilə müzakirə edilərək seçilməlidir. Uşağın vaxtı, həvəsi, marağı bütünlüklə bu şeylərə yönəlməldir ki, bekarçılıqdan qışqırmasın, böyüklərə mane olmasın.

Ikincisi, bizim rejimimiz yoxdur. Yemək, yatmaq, gəzmək, əylənmək, oxumaq – heç birini rejimlə etmirik. Biz ümumiyyətlə xaos içində yaşayırıq və uşağı da balacalıqdan bu xaosa şərik edirik. Əgər bizim sərt rejimimiz olsa, dostlarımızı axşam saat 8-də dəvət edərik, uşağımız da bu vaxt yatmış olar.

Biz tərbiyə vermirik. Bizim uşaqla iki davranış tərzimiz var. Ya onu eşşək balası kimi çırpır, özümüzü valideyn kimi yox, heyvərə kimi aparırıq, ya da uşağın qulu oluruq.

Uşaq üçün normal qida rasionu müəyyən etmirik. əlimizə nə keçir tıxırıq ağzına. Ağlayanda da şirni veririk. Bu da bütün yedizdirmə siyasəti. Halbuki, qida rasionu, kalori miqdarı, yağın, şəkərin, zülalın, bir sözlə hər şeyin balanslı şəkildə uşağa yedizdirilməsi onun istər intellektinə, istər davranışına bərk təsir edir.

Biz tərbiyə vermirik. Bizim uşaqla iki davranış tərzimiz var. Ya onu eşşək balası kimi çırpır, özümüzü valideyn kimi yox, heyvərə kimi aparırıq, ya da uşağın qulu oluruq. Halbuki, uşaq ağlı kəsəndən valideynin qərarına, sözünə, şəxsiyyətinə hörmət etməlidir. Qorxmamalıdır. Məhz hörmət etməlidir. Bu hörməti qazanmaq üçün isə uşaqla dürüst, inandırıcı, ağıllı, yaradıcı davranmaq lazımdır. Uşaq valideyndən qorxduğu üçün deyil, onun ağıllı, yaradıcı olduğunu gördüyü, həmişə ondan düz söz eşitdiyi üçün hörmət etməlidir.

Biz danışığımıza fikir vermirik. Bu barədə yazı da yazmışam. Uşağın yanında ağzımıza gələni danışırıq. Söhbət heç ədəbsiz jarqondan da getmir. Uşağın yanında öldürmək, döymək, vurmaq, ak eləmək, nə bilim zorakılığın biri bir qəpik. Sonra da uşaq rastına çıxan ilk yaşıdını qapazlayır.

Uzun müşahidələrdən sonra başa düşdüm ki, avropalıların uşaqları ona görə ağlamırlar ki, valideynləri ağlamır. Onlar ona görə qışqırmırlar ki, valideynləri qışqırmır. Onlar ona görə sakitdirlər ki, valideynləri sakitdir.

Biz emosiyalarımızı idarə edə bilmirik. Uzun müşahidələrdən sonra başa düşdüm ki, avropalıların uşaqları ona görə ağlamırlar ki, valideynləri ağlamır. Onlar ona görə qışqırmırlar ki, valideynləri qışqırmır. Onlar ona görə sakitdirlər ki, valideynləri sakitdir. Bizimkilər ona görə ağlayırlar ki, biz ağlayırıq. Ona görə qışqırırlar ki, biz qışqırırıq. Ona görə sakit deyillər ki, biz sakit deyilik.

Bizim ölkələrimizin rəhbərləri uşaqlarımızı sevmir. Bu həqiqətdir. Bizimki kimi ölkələrdəheç kim uşaqları düşünmür. Normal oyun parkları yox, idarələrdə, xəstəxanalarda, xidmət sektorunda uşaq guşələri yox. Bu yerlərdə uşaqları məşğul edən, zəkalarını, yaradıcılıqlarını inkişaf etdirəcək heç nə yox. Allahın bir rəngli masasını, üstünə 50 qəpiklik karandaş, 50 qəpiklik kağız qoymurlar ki, ata-anası növbə gözləyən uşaq oturub heç olmasa rəsm çəkməyə çalışsın, ya da iki dənə ucuz dovşan atmırlar ki oynasın uşaq. Halbuki hər bir xidmət binası qurulanda uşaqlar nəzərə alınmalıdır. Intellekt inkişaf etdirən, fiziki məşğul edən qurğular, əyləndirən şeylər...

Belə şərtlər altında böyüyən uşaqdan nə yaradıcılıq, nə zəka, nə tərbiyə gözləyəsən. Böyüdüyü evdə otağı yox, böyüdüyü küçədə parkı, böyüdüyü ölkədə küncü...

Yazıq uşaqlarımız. Doğrudan onlara yazığım gəlir. Dünyada nə gözəl valideynlər, nə gözəl ölkələr varkən, bizim uşaqlarımız bizim ölkələrdə doğuldular...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG