Azərbaycanda neft hasilatı aydan-aya azalır. Ötən il bunu onunla əsaslandırırdılar ki, neft hasilatında azalma sırf texniki xarakter daşıyır və narahatçılıq üçün elə bir əsas yoxdur. Çünki Azərbaycanın ən böyük hasilatçısı – BP-Azerbijan şirkəti “Azəri-Çıraq-Günəşli” dəniz yataqlarında il ərzində 4 platformada yenidənqurma və modernizasiya işləri ilə əlaqədar hasilatı müəyyən müəyyən müddətə dayandırmağa məcbur olmuşdu. Ancaq ötən il dekabrın 19-dan bu işlərə son qoyuldu. Nəticədə....
Hasilat yenə də azalır
Cari ildə Dövlət Statistika Komitəsi və Dövlət Neft Şirkətinin açıqladığı rəqəmlərə diqqət yetirsək görərik ki, neft hasilatında azalma davam etməkdədir. Özü də bunun tempi aydan-aya artır. Bəzi rəqəmlərə diqqət yetirək:
2011-ci ilin yekunlarına görə Azərbaycanda neft hasilatı 10,7% azaldı, 2012-ci ilin əvvəlindən isə ölkədə “qara qızılın” hasilatındakı düşmə tempi davam etməkdədir: yanvarda bu göstərici 3,3% olmuşdusa, artıq fevralın yekunlarına görə 2 dəfədən də çox artaraq 7,6% təşkil edib.
Yanvar ayının yekunlarına görə “Azəri-Çıraq-Günəşli” müqavilə sahəsindən orta hesabla gündəlik hasilat 745,5 min barel təşkil edib. Ancaq maraqlıdır ki, artıq fevral ayında bu göstərici birdən-birə 710 min barrelə düşüb. Bununla bağlı BP-Azərbaycan şirkəti heç bir açıqlama verməyib.
Başqa bir tərəfdən, onun fevralın sonunda yaydığı illik hesabatında qeyd olunurdu ki, “Mərkəzi Azəri” platformasından “B01y” yanaqazma quyusu 2012-ci il fevralın 19-da istismara verildi. Yəni 10 gün ərzində istismara daha bir hasilat quyusu əlavə edilsə də, ümumi göstərici nəinki yanvarla müqayisədə, heç son illərin ən aşağı nəticəsi olan 2011-lə müqayisədə belə (717,6 min barel) geriləyib.
Bir sözlə, ilin ilk ayında Azərbaycanda gündəlik neft hasilat 127,3 min ton idisə, fevral ayında 3,6% azalaraq 122,7 min tona düşüb.
Pik dövrü 2010-da qaldı
Cari il üçün hökumətin proqnozuna görə Azərbaycanda 45,97 mln ton neftin hasil edilməsi proqnozlaşdırılırdı. Ancaq bu ilin 2 ayının nəticələrinə görə ölkədə cəmi 7,5 mln
ton neft hasil edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,1% azalma deməkdir.
Başqa sözlə, planın həyata keçməsi üçün yerdə qalan 10 ayda orta hesabla hər ay Azərbaycanda 3,85 mln ton neft hasil olunmalıdır. Yanvar ayı ilə müqayisə edəndə elə təsir bağışlaya bilər ki, bunun öhdəsindən gəlmək çox da çətin bir iş deyil. Ancaq bir əmma olmasaydı...
BP-Azerbaijan şirkətinin 2012-ci il üçün planlarına əsasən “Dərinsulu Günəşli” platformasında genişmiqyaslı işlərin aparılması planlaşdırılır. Bu zaman platformanın müasir tələblərə cavab verən avtomatika sisteminin quraşdırılması, həmçinin “Çıraq” yatağında 2013-cü ildə quraşdırılacaq ikinci hasilat platformasının sualtı boru kəmərlərinin mövcud infrastrukturla birləşdirilməsi üçün “Dərinsulu Günəşli”də hasilat nə az, nə çox minimum 3 həftə dayandırılacaq.
Burada isə istismarda hazırda 25 quyu var və onların gündəlik məhsuldarlığı ötən ilin yekunlarına görə 127,2 min barel təşkil edib. Yəni 3 həftə dayanmaya görə təkcə bir platformadan 361 min ton neftin azalması qaçılmazdır.
Azərbaycanda neft hasilat qrafiki (mln tonla):
*Proqnoz Neft Araşdırmaları Mərkəzinindır.
Digər tərəfdən görünür ki, AÇG-də yeni istismar quyuların qazılmasında BP və tərəfdaşları da o qədər də maraqlı deyillər. Onlar hazırda daha çox yan lüləli quyuları qazmaqla layların mənimsənilmək səviyyəsini artırmağa meyl edirlər. İqtisadi baxımdan bu çox düzgün addımdır. Əks təqdirdə BP Group-un ümumi biznesində Azərbaycandakı hasilat effektivliyinə görə (yatırılan kapitalın çıxarılan neftin maya dəyərinə nisbəti) birinci yeri tutmazdı.
Bu isə ona dəlalət edir ki, 2013-cü ilin sonlarında istifadəyə veriləcək “Çıraq” platformasından sonrakı illərdə 4 mln ton neft hasil edilsə də, bu əslində müqavilə sahəsindəki ümumi azalmanın tempinin aşağı salınmasının qarşını almağa xidmət edəcək. Və... “əsrin müqaviləsi” çərçivəsində bir daha 2010-cu ildəki kimi BP 40,6 mln ton “qara qızıl” hasil etməyəcək (2011-də bu göstərici 35,4 mln ton olub). Azərbaycan üçün isə 2010 qızıl hərflərlə tarixə yazılmış olacaq – 50,8 mln ton – neft hasilatının PİK DÖVRÜ.
Nəticə
Biz hasilatın pik dövrünü necə də sakitcə keçdik, nə özümüz, nə də ətrafdakılar hiss etmədilər. Bir gün gələcək, bax beləcə neft gəlirlərinin pik dövrünü keçəcəyik. Ötən il bu $19,88 mlrd oldu. Beynəlxalq maliyyə qurumlarının hesablamalarına görə, neft gəlirlərinin pik dövrü Azərbaycan üçün 2014-ə proqnoz edilir.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Min tonla | Müvafiq dövrlə müqayisə | Müvafiq dövrlə müqayisə (%-lə) | |
Hasilat 2011-ci ildə | 45 370,9 | 50 834,3 | -10,5 |
Hasilat 2012-ci ilin yanvarında | 3945,8 | 4081,9 | -3,3 |
Hasilat 2012-ci ilin fevralında | 3557,8 | 3850,8 | -7,6 |
Yanvar ayının yekunlarına görə “Azəri-Çıraq-Günəşli” müqavilə sahəsindən orta hesabla gündəlik hasilat 745,5 min barel təşkil edib. Ancaq maraqlıdır ki, artıq fevral ayında bu göstərici birdən-birə 710 min barrelə düşüb. Bununla bağlı BP-Azərbaycan şirkəti heç bir açıqlama verməyib.
Başqa bir tərəfdən, onun fevralın sonunda yaydığı illik hesabatında qeyd olunurdu ki, “Mərkəzi Azəri” platformasından “B01y” yanaqazma quyusu 2012-ci il fevralın 19-da istismara verildi. Yəni 10 gün ərzində istismara daha bir hasilat quyusu əlavə edilsə də, ümumi göstərici nəinki yanvarla müqayisədə, heç son illərin ən aşağı nəticəsi olan 2011-lə müqayisədə belə (717,6 min barel) geriləyib.
Bir sözlə, ilin ilk ayında Azərbaycanda gündəlik neft hasilat 127,3 min ton idisə, fevral ayında 3,6% azalaraq 122,7 min tona düşüb.
Pik dövrü 2010-da qaldı
Cari il üçün hökumətin proqnozuna görə Azərbaycanda 45,97 mln ton neftin hasil edilməsi proqnozlaşdırılırdı. Ancaq bu ilin 2 ayının nəticələrinə görə ölkədə cəmi 7,5 mln
Biz hasilatın pik dövrünü necə də sakitcə keçdik, nə özümüz, nə də ətrafdakılar hiss etmədilər. Bir gün gələcək, bax beləcə neft gəlirlərinin pik dövrünü keçəcəyik.
ton neft hasil edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,1% azalma deməkdir.
Başqa sözlə, planın həyata keçməsi üçün yerdə qalan 10 ayda orta hesabla hər ay Azərbaycanda 3,85 mln ton neft hasil olunmalıdır. Yanvar ayı ilə müqayisə edəndə elə təsir bağışlaya bilər ki, bunun öhdəsindən gəlmək çox da çətin bir iş deyil. Ancaq bir əmma olmasaydı...
BP-Azerbaijan şirkətinin 2012-ci il üçün planlarına əsasən “Dərinsulu Günəşli” platformasında genişmiqyaslı işlərin aparılması planlaşdırılır. Bu zaman platformanın müasir tələblərə cavab verən avtomatika sisteminin quraşdırılması, həmçinin “Çıraq” yatağında 2013-cü ildə quraşdırılacaq ikinci hasilat platformasının sualtı boru kəmərlərinin mövcud infrastrukturla birləşdirilməsi üçün “Dərinsulu Günəşli”də hasilat nə az, nə çox minimum 3 həftə dayandırılacaq.
Burada isə istismarda hazırda 25 quyu var və onların gündəlik məhsuldarlığı ötən ilin yekunlarına görə 127,2 min barel təşkil edib. Yəni 3 həftə dayanmaya görə təkcə bir platformadan 361 min ton neftin azalması qaçılmazdır.
Azərbaycanda neft hasilat qrafiki (mln tonla):
2007 | 42,6 |
2008 | 44,5 |
2009 | 50,4 |
2010 | 50,8 |
2011 | 45,6 |
2012 | 45,2* |