-
2011-ci ilin iqtisadi yekunlarına nəzər saldıqda yaddaşımızda çox maraqlı hadisələrin iz buraxdığının şahidi olduq. Bu, ilk növbədə son 15 ildə Azərbaycanın neft və qaz hasilatında ilk də dəfə olaraq hasilatın enməsi ilə yadda qaldı.
Cəmi bir il ərzində neft hasilatı 50,8 mln tondan 45,4 mln tonacan (ilkin hesablamalar) düşdü. O biri illərdə neft hasilatında artım, sözsüz ki, olacaq, müşahidə ediləcək, ancaq çox güman ki, hökumətin yeni planlarına uyğun olaraq (neft hasilatında stabil dövrün 2020-ci ilədək uzadılması) bir daha həmin o yüksək nəticəyə çata bilməyəcəyik. Necə deyərlər, ötən ilin yekunları 2010-cu ili Azərbaycanın neft hasilatı tarixinə “pik dövrü” kimi də daxil edə bilər.
Neftlə gələn neftlə də gedərmiş
Neft hasilatının 10,5%, qaz hasilatının isə 2,6% azalması uzun illərdən bəri Azərbaycanın “dinamik inkişafda olan ölkə” imicini də alt-üst etdi. Belə ki, cəmi 5-6 il əvvəl neft amili hesabına Azərbaycan 25-35%-lik illik ümumi daxili məhsul artımı əldə edirdi. 2011-ci ilin yekunlarına görə isə yenə də bircə neft faktoruna görə bu artım “gözəgörünməz” oldu (11 ayın nəticələrinə görə, artım tempi 0,2% idi).
Düzdür, hökumət vəziyyətdən çaxmaq üçün qeyri-neft sektorunun ÜDM-dəki payının artığını şadyanalıqla reklam edir. Ancaq bir amili yaddan çıxarır ki, həmin artım əsasən Neft Fondundan xərclənən külli miqdarda vəsaitlər hesabına reallaşan infrastruktur, əsaslı kapitala yönəlmiş layihələr hesabına əldə edilir.
Onların əksəriyyəti nəinki real iqtisadiyyata əlavə dəyər gətirmir, gələcək illər üçün istismar xərclərinin artırılması hesabına qeyri-neft sektorundakı vəziyyəti daha da mürəkkəbləşdirir.
Adi bir misal: son 8 ildə Dövlət Neft Şirkəti hərəsinin qiyməti 15-20 mln manat olan 10 müasir Müalicə-Diaqnostika Mərkəzi tikdi və yaxınlarda onları Səhiyyə Nazirliyinin balansına verdi. Amma faktiki olaraq, regionlardakı həmin obyektlər ancaq yaraşıqlı bir tikililərdən başqa şey deyillər. Çünki orada yaşayıb, yaradacaq və gələcəyini inkişaf etdirəcək kadrlar yoxdur.
Əslində paytaxt Bakıda da qıtlıqdır və bahalıq Azərbaycan vətəndaşlarını bu gün sağlamlıqlarını qonşu ölkələrin tibb ocaqlarında bərpa etməyə məcbur edir.
Başqa bir misal: Milli Bankın son açıqlamasına görə, bank əmanətlərinin 91%-i Bakı və Abşeron iqtisadi zonasında cəmləşib. Bu o deməkdir ki, ölkənin qeyri-neft sektorunun əsas hissəsi də (qeyr-neft sənayesi, tikinti, ticarət, xidmət) elə paytaxt və onun ətrafına aiddir.
Ötən ilin yekunlarına görə, neft və neft məhsullarının ixracı azalsa da onların ümumi ixracdakı payı heç də aşağı düşmədi. Baxmayaraq ki, fiziki baxımdan qeyri-neft məhsullarının ixracı artmışdı. Təhlil göstərir ki, sonuncunun qiymətləri ixracda onun xüsusi payını lazımi qədər artırmağa imkan vermir. Yəni, neftin ixracı 13%-dən də aşağı düşsə də qiymətinin 38% artması hesabına yenə onun ümumi daxili məhsulda xüsusi çəkisinin artmasına səbəb olub.
Enerjili il
2011-ci ildə Azərbaycanın enerji həyatında çox mühüm hadisələr oldu.
İl başlayan kimi Avropa Komissiyasının prezidenti cənab José Manuel Durão Barroso Azərbaycan səfər etdi. Bu səfərin yekunu olaraq Azərbaycanla AB arasında Enerji sahəsində əməkdaşlığa dair İşçi Qrupun yaradılmasına dair ikitərəfli Protokol imzaladılar. Həmin sənəd “Cənub dəhlizi” ilə Avropa bazarlarına qaz çıxarılması məsələsində əməkdaşlıq məsələlərini əhatə edir.
İyun ayında SOCAR 2010-cu ilin noyabrında kəşf etdiyi “Ümid” qaz-kondensat yatağında ikinci kəşfiyyat quyusunu qazmağa başladı. Artıq cari ilin I rübünün sonlarında onun qazılması yekunlaşmalı və bunun da nəticəsində “Ümid” yatağının ehtiyatları bir qədər də dəqiqləşdirilməlidir. İlkin quyudan alınan nəticələrə görə, orada 200 mlrd kubmetr qaz və 40 mln tona qədər kondensat var.
İyul ayında SOCAR $585 mln-a BP şirkətindən pay alaraq “Azəri-Çıraq-Günəşli”dəki payını 10%-dən 11,6461%-dək artırdı. Bununla da Dövlət Neft Şirkəti AÇG-də BP-dən sonra ikinci payçı şirkətə çevrildi.
İyulda yadda qalan digər bir hadisə BP şirkəti tərəfindən “Çıraq” platformasında yenidənqurma işlərinin müvəffəqiyyətlə başa çatdırılması oldu. Belə ki, 1997-ci ildən istismarda olan bu platformada o zamankı hesablamalara görə, artıq 2010-cu ildə hasilat başa çatmalı idi. Ancaq 2011-ci ili ortasında platformanın gündəlik məhsuldarlığı sutkada 80 min barrel neft hasilatı səviyyəsində idi. Ona görə də qərara alındı ki, platforma modernləşdirilsin. İndiki hesablamalara görə, “Çıraq” hələ 10 il də istismarda ola bilər.
Sentyabrın əvvəlində isə Azərbaycan daha bir uğur qazandı, belə ki, 8 ay sürən kəşfiyyat qazması nəticəsində Fransanın Total şirkətinin operatorluğu altında “Abşeron” yatağından kommersiya baxımından cəlbedici olan ilk qaz layı aşkar edildi. Bu, Xəzərin dərin hissəsində 7100 metrədək qazılan və özünü doğruldan ilk kəşfiyyat quyusu idi. İlkin hesablamalara görə, yataqda aşkar edilə biləcək ən aşağı qaz ehtiyatı 350 mlrd kubmetr olmalıdır. Ancaq “Abşeron”da gələcək kəşfiyyat quyularını qazmaq üçün yeni üzən qazma qurğusunun tikintisinə ehtiyac yaranıb. Onun ərsəyə gəlməsi 2014-cü ilin sonuna planlaşdırılır.
Təbii ki, ilin ən enerjili hadisələri Azərbaycanla Türkiyə arasında oktyabrın 25-də İzmir şəhərində imzalanan sənədlər idi. Üst-üstə tərəflər 15-ə yaxın sənəd imzaladılar.
Bunların içərisində önəmlilik dərəcəsinə görə, heç şübhəsiz Paket Qaz Sazişinə daxil olan sənədləri göstərmək olar. Ona görə ki, 2008-ci ilin mayından aparılan danışıqlar nəticəsində, nəhayət ki, tərəfləri qane edən “qızıl orta” həddini tapmaq mümkün oldu və Azərbaycan öz qazının Türkiyənin qərb sərhədlərində satmaq hüququnu əldə edə bildi.
Bundan başqa, Türkiyə hüquqi öhdəliyini təsdiq etdi ki, “Şah-dəniz”in “Mərhələ-2” layihəsi çərçivəsində satışa çıxarılacaq qazın 6 mlrd kubmetrini özünün daxili bazarı üçün alacaq.
Digər mühüm hadisə İzmirin Ege bölgəsində oktyabrın 25-də İlham Əliyev və Recep Tayyib Erdogan tərəfindən təməli qoyulan yeni Neft Emalı Zavodunun (“Star Rafinerisi”) tikintisidir.
Obyektin inşası təqribən $5 mlrd-a başa gələcək. İllik emal gücü 10 mln ton olan zavodda əsasən "Petkim" kimya kompleksinin (onun səhmlərinin 51%-i SOCAR-a məxsusdur) tələbatı olduğu məhsullar istehsal ediləcək. Yeni zavodun tikintisi zəruri olan kimya xammalının idxalını 30% azaldacaq və Türkiyə və regionun neft məhsulları bazarına çıxmaq imkanları yaradacaq.
Yenə həmin tarixdə və həmin məkanda Azərbaycan və Türkiyə arasında mühüm bir strateji sənəd imzalandı. Daha doğrusu, əvvəl imzalanmış Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neft daşımalarına dair hökumətlərarası sazişə düzəlişlər edildi və Türkiyənin tranzit haqqı artırıldı. Türkiyənin 40 il müddətdə tranzitdən əldə edəcəyi gəlir $2,7 mlrd-dan $3,7 mlrd-a qədər artırıldı. Bununla da Azərbaycan neftinin dünya bazarına stabil çıxarılması yönümündə daha bir addım atılmış oldu.
2011-ci ilin oktyabrın 31-də SOCAR ilk dəfə Avropa Birliyi bazarında neft məhsullarının pərakəndə satışına başladı. Bu, Rumıniyada SOCAR-ın ilk yanacaqdoldurma stansiyalarının açılması ilə baş verdi.
2011-ci ilin noyabrın 16-da SOCAR Exxon Mobil şirkətinə məxsus ESSO Schweiz şirkətinin səhmlərini 100% aldı. Bunun nəticəsində İsveçrədə şirkətin 170 yanacaqdoldurma stansiyası, o cümlədən Sürix və Cenevrə hava limanlarında təyyarələri yanacaqla təmin edilmə məntəqələri və bir sıra neft məhsulları obyektləri SOCAR-ın balansına keçmiş oldu. Artıq 2012-ci ilin sentyabrından İsveçrədə ESSO yanacaqdoldurma stansiyaları SOCAR brendli ilə fəaliyyət göstərəcək. Bununla da İsveçrənin neft məhsulları bazarının təxminən 10%-i SOCAR-ın nəzarətində olacaq.
Ötən ilin oktyabrın 20-dən dekabrın 19-dək BP şirkəti “Azəri” yatağında 3 hasilat platformasının təhlükəsizlik sisteminin, avtomatika avadanlığının, yanğınsöndürmə sisteminin və bir sıra ötürücü infrastruktur sistemlərinin modernləşdirməsini həyata keçirdi. Bu zaman 11-15 günlük fasilələrlə platformalarda hasilat dayandı. Bu isə illik hasilata öz təsirini göstərdi.
Ancaq qazanc ondan ibarət oldu ki, Meksika körfəzindəki məlum hadisədən sonra dənizdə neft hasilatı zamanı tətbiq edilən ən müasir texnoloji sistem Azərbaycanda istifadə edilməyə başlanıldı və bunun nəticəsində mümkün risklər bir qədər də azaldıldı.
Dekabrda SOCAR şirkəti Türkiyədəki ortağı olan “SOCAR-TURCAS” birgə müəssisəsindəki payını 75%-dən 100%-dək artırdı ($44 mln. vəsaitə) və şirkətin adını da dəyişərək “SOCAR Turkey Enerji” etdi. Bundan sonra həmin adla SOCAR Türkiyəni fəth etmək yolunda olacaq. SOCAR-ın planları isə isə Türkiyədə çox böyükdür. Bunun ən strateji əhəmiyyət daşıyanı Trans Anadolu Boru kəməridir (TANAB).
Dekabrın 26-da Ankarada Türkiyə və Azərbaycan “Şahdəniz” yatağından təbii qazın Türkiyə ərazisindən nəqli üçün tikiləcək Trans Anadolu Boru xətti ilə bağlı konsorsiumun yaradılmasına dair qarşılıqlı anlaşma memorandumu imzalandı. Elə həmin mərasimdə açıqlanıb ki, konsorsiumun təsisçiləri SOCAR (80%), Türkiyənin BOTAS şirkəti (10%) və "Turkiye Petrolleri AO" (TPAO – 10%) dövlət neft şirkətidir. Sonradan konsorsiuma başqa beynəlxalq neft-qaz şirkətləri də qoşula bilər. Ancaq bu zaman pay SOCAR-dan alınacaq. Buna baxmayaraq layihənin lideri SOCAR olmalıdır.
Layihə iştirakçıları TANAB ilə bağlı bütün məsələləri 2012-ci ildə həll etməyi və layihənin "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsinə başlanacağı 2017-ci ilin sonunadək təhvil verilməsi üçün tikintiyə başlamağı planlaşdırır.
Ötən ilin sön günlərində isə Nazirlər Kabinetinin sərəncamları ilə SOCAR-ın balansında olan xəstəxanalar, yaşayış binaları, köməkçi qeyri-yaşayış sahələri və köməkçi qurğular çıxarılaraq müvafiq qurumlara verildi. Bununla da SOCAR qeyri-profil sahələrdən uzaqlaşmaq sahəsində ilk addımlarını atmış oldu.
Nəticə

2011-ci ilin iqtisadi həyatı bir qədər aktiv başlanmışdı. Hökumət ictimaiyyətə “antikorrupsiya” tədbirləri ilə bir mesaj vermişdi və hətta bir-neçə ay bunun praktiki əhəmiyyətini də görmək mümkün oldu.
Ancaq mayın sonunda büdcəyə edilən dəyişikliklər nəticəsində (xərclər hissəsi ilk dəfə olaraq $20 mlrd səviyyəsini aşdı) sanki ilin əvvəlində deyilənlər yaddan çıxdı və ilin ikinci yarısından hər şey “dədə-baba” qaydası metoduna qayıtdı.
Düzdür, “yuxarılar” çalışırlar ki, cəmiyyəti darıxmağa qoymasınlar - ilin sonuna yaxın “2020-ci ilədək” adlı bir konsepsiya layihəsinin müzakirəsinə də başladılar. Ancaq bir şey var ki, XXİ əsrin II onilliyində hansısa rabitə növünün tətbiqi ilə öyünmək dövrü artıq çoxdan geri qalıb, hətta ən geridə qalmış bir Afrika ölkəsində belə mobil telefon da var, kosmik rabitə ilə işləyən internet də! İndi əsas məsələ cəmiyyətlə “əks rabitə”dir. Yerdə qalanlar isə fondan başqa bir şey olmamalıdır, çünki mərkəzdə İNSAN durmalıdır.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.