-
PENSİYAÇILARI BANKOMAT NÖVBƏSİNDƏN QURTARMAĞA ÇARƏ YOXDURMU?
Bakı şəhərində yəqin ki, adı haldır: hardasa hər ayın ikinci ongünlüyündə bankomatların qarşısında növbələrin yarandığını müşahidə edirik. Növbədə dayananların əksəriyyətinin yaşlı olduğu isə onların təqaüd dalınca gələn Azərbaycan vətəndaşları olmasından xəbər verir.
Sual olunur: təqaüdçünün vəsaiti Neft Fondundan gələn transfertlər hesabına formalaşırsa və bu köçürmələrdə də heç vaxt problem olmursa, onda niyə öz halalca təqaüdünü bu insanlar minimum 10 gün gecikməklə almalıdır? Hökumət isə sanki ağlına da gətirmir ki, təqaüd kartlarının nömrələrini ölkədə quraşdırılmış bütün bankomatların yaddaşına daxil etsəydi və buna görə banklara müəyyən məbləği ödəsəydi, təqaüdçülər daha “qapı-qapı” gəzib pul axtarmazdılar və məsələ tez bir zamanda həllini tapmış olardı. Ancaq yox, gərək “yumurtadan yun qırxan” məsəli kimi təqaüdçülərin belində də kimlərinsə banklarının dövriyyəsi artsın.
Adamda hərdən elə təəssürat yaranır ki, hər rüb hökumətin iclaslarında Azərbaycan iqtisadiyyatının uğurlarından danışan nazirlər, komitə sədrləri, Nazirlər Komitəsinin rəhbərləri sanki elə kağız üzərində rəqəmlərin artmasına aludə olublar. Cəmiyyət isə çoxdandır ki, rəqəmli iqtisadiyyatdan doyub (bu ona bənzəyir ki, rəqəmsal yayıma keçirik, ancaq baxmağa yerli kanal yoxdur) və keyfiyyət dəyişikliklərində maraqlıdır.
NEFT PULLARININ GƏLHAGƏLİDİR
Neft Fondunun son açıqlamasına görə, 2011-ci ildə onun gəlirləri 15 mlrd 628,3 mln. manat (hazırkı kursla təqribən $20 mlrd) olub. Bunun 15 mlrd. 257,5 mln. manatı və ya 97,6%-i Azərbaycanın payına düşən mənfəət neftinin və qazının satışından gələn daxilolmalar təşkil edib. Bu Azərbaycanın indiyə qədər neftdən bir ildə qazandığı rekord bir məbləğdir.
Özü də bu o zaman baş verib ki, “Azəri-Çıraq-Günəşli” yataqlarında hasilat 12,8% aşağı düşüb. Ancaq necə deyərlər, Azərbaycanın bəxti gətirib: dünya bazarında neftin qiyməti 41% artıb.
Cari ildə isə neft hasilatı ötən illə müqayisədə 500 min ton artaraq 45,9 mln. ton təşkil etməlidir. Digər tərəfdən ilin əvvəlindən İran məsələsi və Suriyanın Yaxın Şərqdə yaratdığı gərginliklə əlaqədar olaraq neft qiymətləri kəskin artıb.
Azərbaycanın Ceyhan limanından ixrac etdiyi “Azeri Ligth” markalı neftin orta qiyməti yanvar ayında $112,47, fevralda isə $121,83 təşkil edib. Hazırda isə $124-125 ətrafında satılır. Yəni, ötən ilin I rübü ilə müqayisədə neftin orta satış qiyməti təqribən $5 bahadır. Təbii ki, bu gəlirlərə də təsirsiz ötüşməyəcək. Və çox güman ki, bu il neftdən gələn gəlirlərə görə Azərbaycan yeni bir rekorda imza atacaq: dövlətin mənfəət neftinin və qazının satışından əldə etdiyi gəlir ilk dəfə $20 mlrd. səviyyəsini aşacaq.
NEFT FONDU BÜDCƏYƏ 25 MİLYARD MANAT VERİB
Ancaq bir şey də var ki, Azərbaycanın son illər xərcləmələri də gəlirləri kimi sürətlə artır və hökumətin davranışından görünür ki, neft vəsaitlərinin bu tempdə istifadə edilməsi hələ bir müddət davam edəcək. Ümumiyyətlə, indiki şəraitdə neft vəsaitlərinin effektiv xərclənməsi (söhbət iki sadə amildən gedir: daha çox vətəndaşın problemlərinin həllinə yönəlik layihələrin gündəmə gətirilməsindən və onların həyata keçirilməsində vətəndaş cəmiyyətinin nəzarətini artırmaqla korrupsiya hallarının minimuma endirilməsi) məsələsi görünür, yuxarılar üçün önəm daşımır. Əslində bizdə bunu heç deklarativ şüar səviyyəsinə də qaldırmadılar. Əks təqdirdə şəhərin hansısa bir yerində plakatlarda hökumətin buna çağırışı olmalıydı.
İndiyə qədər, yəni 2001-2011-ci illərdə Neft Fondundan dövlət büdcəsinə edilən transfertlərin həcmi 25 mlrd. 180 mln. manat təşkil edib. Bunun 98,5%-i və ya 24 mlrd 800 mln.-u son 5 ildə edilib.
Başqa bir tərəfdən son iki ilin nəticələrinə görə (2011-2012-ci illər) Neft Fondundan dövlət büdcəsinə 18 mlrd. 905 mln. manat vəsait köçürülməsi planlaşdırılıb (cari ildə faktiki olaraq $12 mlrd –dan artıq). Elə buna görə də 2012-ci ilin dövlət büdcə xərcləri fantastik bir həddə gəlib çatmaq üzrədir - $22 mlrd. Yəni büdcənin 54,5% daxilolmalarının məhz Neft Fondu vəsaitləri hesabına həyata keçirilməsi planlaşdırılıb.
NEFTİN PULU GƏLDİYİ KİMİ DƏ GEDİR?
Doğrudan da, 2005-2011-ci illərdə təkcə dövlət büdcəsi xətti ilə ölkəmizdə 50 mlrd. 786,5 mln. manat vəsait xərclənib. Dövlət büdcəsinin formalaşdırılmasında neft amilinin rolu bu illər ərzində qeyri-neft sektoruna nə qədər vəsait xərclənsə də azalmadı, əksinə artdı. Belə ki, cari ildə büdcənin gəlirlər hissəsində Dövlət Neft Şirkəti və digər hasilatçı şirkətlərin də vergi ödəmələrini nəzərə alsaq, onda neftin payı 73% proqnoz edilir.
Beləliklə, yuxarıdakı cədvələ nəzər yetirsək, maraqlı bir faktla qarşılaşarıq. 2005-ci ildən bu yana Azərbaycan mənfəət nefti və qazının satışından nə qazanıbsa, elə ona adekvat vəsaitləri də dövlət büdcəsi xətti ilə xərcləyib. Cari ildə də neftin hazırkı qiyməti qalarsa, Azərbaycan $21-22 mlrd. gəlir əldə edə bilər. Yəqin elə buna görədir ki, cari ilin büdcə xərcləri rekord həcmdə proqnozlaşdırılıb - $22 mlrd.
Bu minvalla Neft Fondundakı vəsaitlərin artımı heç də əvvəlki kimi yüksək templərlə olmayacaq. Bu ilin əvvəlinə onun aktivləri $29,8 mlrd təşkil etdi. Hökumət isə yeni-yeni meqa layihələr fikirləşməkdədir...
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.