O gün - bu dəfə müsəlmanın yox, xristianın o günü - Katolik Kilsəsinin müdiri Papa Fransisko Beynəlxalq Kosmik Stansiyası ilə videobağlantı yaradıb kosmonavtlara bir neçə sual verdi.
Ankarada imsak azanı oxunur; mürgülü dindarlar namazlarının ilk rükətini pıçıldamağa başlamadan öncə yazımın ilk rükətində bəyan edim ki, mən bu sözləri kiminsə qarasına Abbasilər dövrünün “sübh oxları” deyilən bəddualar kimi yazmıram, məqsədim kiminsə çoxdan urranmış bostanına daş atmaq deyil...