Anam evdə tez-tez deyirdi ki, ölüm qaşla gözün arasındadır. Mən də gülüb qayıdırdım ki, yenə başladın? Anlamırdım ki, neçə ilin anasıdır, gözünün qabağında kimlər getməyib?
... Təsadüfən, eşitdim ki, biri o birisinə deyir ki, binanın yanması həyət evlərinin qiymətini avtomatik yuxarı qaldırır. Heç kəs binada qalmaq istəmir. Ona görə də əlimizdə olan həyət evlərini hansı qiymətə desək, məcbur olub alacaqlar.
İlahi, 20 yaşıma baxıram, əməlli-başlı ümidlərim, arzularım varmış! Necə də xoşbəxtəmmiş! Roman-zad yazırammış, kitab çıxartdırırammış! İlahi, məni bağışla, neyləyim, uşaq olmuşam, bilməmişəm! Onda düşünürdüm ki, 21 yaşımda istəklərimə çataram.