Bir neçə müddətdir ki, Rusiyada yaşayıram. Bura işıqlı və soyuq insanların məskənidir. Nə qədər gözəl mənzərələr, gülüşlər varsa, bir o qədər də acı səhnələr görmək olar...
Yazılara giriş vermək önəmlidir, bilirəm, amma mən sizi yormadan elə birbaşa demək istəyirəm ki, əziz oxucular, kapitalizm ədəbiyyatı məhv edib. Niyə belə düşünürəm?..