İnsanda itirmək qorxusu yaradan səbəblərdən danışaq. Xüsusən bunu ölkəni tərk edən qruplar üzərindən təhlil edək.
Təklif edirəm ki, ümumiyyətlə yenilikləri çox oxumayaq. Xeyrindən çox ziyanı var. Baxırsan ki, adamlar çox qabaqdadır, bilmirsən nə edəsən, hardan başlayasan ki, Allaha da xoş getsin. Oxuyursan olmur, oxumursan da nəsə çatmır...
Facebookda dost sayının çox olması da bir iş deyil. Onsuz da gün ərzində xəbər lentini bir-iki dəfə bir-iki dəqiqəlik izləyirəm. Onda da eyni tip adamların eyni tip şərhləri, statusları dolur.
Son zamanlar sosial şəbəkələrdə millətçilik, millət və s. üzərinə müzakirələr gedirdi. Demək olar hər il minimum bir dəfə belə söhbətlər olur. Qısası bir qrup hesab edir ki, millətçilik ziyanlıdır, inkişafına qəti olaraq yol vermək olmaz, digər qrup da əksini iddia edir, bunu çox normal sayır...
Və ya bizim üçün keyfiyyətli dublyajı dünyanın heç bir yerindən heç bir Leylək öz dimdiyində gətirməyəcək. Özümüz qolumuzu çırmalayıb, özümüz işləməliyik.