Bu vaxta qədər ölkədə «gözdən düşən» məmurlar çox olub və sonda onların malik olduğu biznes strukturları ya dağıdılıb, ya da mənimsənilib. Nəticədə mülkiyyət institutu özünün toxunulmazlığından məhrum olunub.
Baş nazir onun xarici siyasət kursu ilə bağlı deyilənləri bu vaxta qədər tam rədd edib. 100 günün hesabatında da belə oldu, B. Ivanishvili bir daha hamını əmin etdi ki, Gürcüstanın əsas tərəfdaşı ABŞ olacaq. Amma o, Rusiya ilə bağlı verdiyi vədləri də unutmur
İllər gəlib keçir, hər il nəsə yeni bir adla adlandırılır. Məsələn, bu il informasiya texnologiyaları ili adlandırıldı. Amma heç kimin ağına gəlmir ki, bir ili də demokratiya, azad cəmiyyət ili adlandırsın. Axı bu il həm də prezident seçkisi ilidir…
Ermənistanda seçkinin gedişində namizədə güllə atdılar. Başqa ölkə olsaydı adam bəlkə buna təəccüblənərdi, amma bura qeyri bir ölkə yox, məhz Ermənistandır – hər şeyə azacıq da olsa zor qatmaq, hər şeyi silahla həll etməyə çalışmaq artıq bu ölkədə qaydaya çevrilir
Azərbaycan o qədər böyük ölkə deyil. Amma yerli hakimiyyətlərin fantaziyası və siyasi hərisliyi elə səviyyədədir ki, onlar bu vaxta qədər ölkədə lokal siyasi «qoruq»lar yarada, hər şeyi öz nəzarətlərində saxlaya bilirdilər. İndi buz əriməyə başlayıb
«Əvvəllər deyirdilər ki, narazılıq, ümumiyyətlə yoxdur, narazılıq edən beş-on nəfər «radikal müxalifətçi»dir. İndi isə deyirlər ki, narazılıq var, amma siyasi xarakter daşımır. Bu, proseslərə qarşı münasibətin dinamikasıdır»
Görən, bu ölkədə nədən bütün aksiyalar icazəsiz olur? İnsanlar üçün əsas nədir? Mövcud hüquqi reqlamenti pozmaq, yoxsa öz etirazlarını çatdırmaq? Düşünürəm ki, əsas etirazları çatdırmaqdır. Onda aksiyaların təşkili qaydalarına bir daha baxmaq yerinə düşməzdimi?
150 il bundan əvvəl başlanmış Qafqaz uğrunda müharibə hələlik diplomatik dəhlizlərdə davam edir. Bəlkə də Ermənistan onu bu dəhlizlərdən kənara çıxarmaq istərdi, amma xoşbəxtlikdən heç də hər şey ondan və onun əsas geosiyasi müttəfiqindən – Rusiyadan asılı deyil…
Bir sənət adamı mübarizliyi ilə seçilir, düşünmədən özünü haqsızlığa qarşı savaşın önünə atır. Başqa birisi isə azacıq müqavimət görən kimi az qala bütün sənət bioqrafiyasını unudur, qorxaraq geri çəkilir.
Ömrümdə iki dəfə jurnalist olduğumdan qürur duymuşam. Birinci dəfə bu, E. Hüseynov qətlə yetirilərkən olmuşdu. İkinci dəfə qürur hissini isə M. A. Birand vəfat edərkən duydum.
Elə ölkənin ən acı siyasi reallığı da budur ki, dəyişmək üçün «yuxarı»ların istəyi, «aşağı»ların isə onları buna təhrik etməyə gücü yoxdur.
Bunları indi nəzərə almırlar və unudurlar ki, bir vaxt çox sevdikləri və əvvəlki hakimiyyətləri gözdən salmaq üçün tez-tez dedikləri əsl «bespredel» də elə budur…
Beləliklə, kitab yenidən Azərbaycan mühitinə qayıdır, baxmayaraq ki, hətta sovetlər dönəmində bu ölkə özünün oxucu potensialı ilə bir o qədər də öyünə bilmirdi.
İstisna deyil ki, həmin üçüncü qüvvə ya elə adını çəkdiyimiz Forumdan başlanğıc götürəcək, ya da onun müdafiə etdiyi qüvvə olacaq, çünki bu quruma yaxın fəallar belə işin getdiyini inkar etmirlər.
2013-cü ildə məşhur Gülüstan müqaviləsinin imzalanmasının nə az, nə də çox, düz 200 ili tamam olur. Bəli, 200 il bundan əvvəl Azərbaycan ilk dəfə olaraq bölündü və böyük imperiyanın əsarəti altına düşdü...
Bu günlərdə Rusiyada maraqlı hadisə baş verib. Sovet vaxtında üç ali məktəbdən biri hesab edilən, əsasən nüvə fizikası sahəsində mütəxəssislər hazırlayan Moskva Mühəndis-Fizika İnstitutunda ilahiyyat kafedrası açılıb.
Amma bir məsələ var ki, Rusiyasız ilk il ölkədə prezident seçkisi, özü də elə-belə yox, müddətsiz prezident seçkisi ili olacaq. Bu seçki şimaldan gələn soyuq siyasət küləkləri ilə müşayiət olunmayacaqmı?...
Azərbaycanda əsas problem seçki fəallığı deyil. Rəsmi statistika bütün digər məsələlərdə olduğu kimi burada da yüksək göstəriciləri təmin edir. Ona görə də heç bir sosioloq ölkədə seçki fəallığının illər üzrə dinamikasından baş çıxara bilməz...
Özünün bütün sələfləri kimi, İctimai Palata seçki ərəfəsində böhran yaşayır və istisna deyil ki, o, da əvvəlki qurumlar kimi özünün fəaliyyətinə ən həlledici məqamda – seçki ərəfəsində xitam versin
İl uğurlu olanda, onu öz adlarına çıxırlar, uğursuz olanda isə, bütün günahları illərin üstünə yükləyirlər.
Davamı