-
Çox maraqlıdır, sonuncu etiraz aksiyasında iştirak edənlər cərimələnəndən, müxalifətin bir hissəsinin əyalətə səfərinin qarşısı zorakılıqla alınandan sonra hakim partiyanın təmsilçiləri siyasi dialoqa hazır olduqlarını deyirlər.
Bir neçə il siyasəti müşahidə edən adam kimi bəlkə də ən çox iki şey haqqında düşünmüşəm: vahid namizəd məsələsi və bir də hakimiyyətlə müxalifətin dialoqu. Etiraf edirəm ki, hər iki məsələ mənim üçün qaranlıq qalıb, onlarla bağlı konkret bir şey yəqinləşdirə bilməmişəm. Bunun səbəbi tərəflərin hər iki məsələ haqqında çox primitiv təsəvvürlərə malik olmasıdır. Demək istəmirəm ki, onlar nəzəri cəhətdən bu iki məsələnin məna yükünün fərqində deyillər, yox, hər iki halda söhbətin nədən getdiyini çox gözəl dərk edirlər. Sadəcə, sosiologiyada bir yozum var ki, bütün sosioloji subyektlər müəyyən rolların ifaçısıdırlar. Bu mənada bütün siyasətçilər, o cümlədən də Azərbaycan siyasətçiləri istisnalıq təşkil etmirlər. Fərq ondadır ki, onlar buna rol ifa etmək demirlər, bunu siyasət adlandırırlar. Bəlkə də haqlıdırlar. Amma düşünürəm ki, real siyasi dialoq üçün nə lazımdır?
DİALOQUN ŞƏRTLƏRİ
Birincisi, bunun üçün ən əvvəl istək olmalıdır. Siyasətçi başqa biri ilə dialoqa girmək üçün zərurət hiss etməlidir. İkincisi, dialoq üçün predmet lazımdır. Predmetsiz dialoq mümkündürmü? İnsanlar bilməlidir və başa düşməlidir ki, onlar hansı məsələləri müzakirə etməyə, hansı məsələləri razılaşdırmağa toplaşıblar.
Üçüncüsü, dialoq üçün siyasi iradə lazımdır, gərək söz sahibi olasan ki, öz tərəf müqabillərinin etimadını qazana biləsən. Əks təqdirdə sənin cəhdlərin sonuncu ola bilər, insanlar bunu qeyri-ciddi və ya ən pis halda siyasi hiylə, kələk hesab edə bilərlər. İndi ən birincidən başlasaq, hakim partiya tərəfindən hər hansı bir ciddi istək müşahidə olunmur. Elə ölkənin ən acı siyasi reallığı da budur ki, dəyişmək üçün «yuxarı»ların istəyi, «aşağı»ların isə onları buna təhrik etməyə gücü yoxdur. Siyasi mədəniyyət olan yerdə daim dialoq axtarışı olur. Bəzən tərəflərin gücü arasındakı «mütənasiblik əmsalı» də buna mane olmur, sadəcə insanlar başa düşürlər ki, siyasətin əsas vəzifəsi konsensus yaratmaqdır ki, bütün tərəflər razı qalsın. Siyasi mədəniyyətin azlıq təşkil etdiyi ölkələrdə isə daha çox gücə apelyasiya edilir. Müxalifətə iqtidarın nəzarətindən çıxan möhtəşəm bir aksiya keçirmək kifayətdir ki, hakim partiyanın nümayəndələri dialoq üçün müxalif partiyaların qərargahları önündə növbəyə düzülmüş olsun. Bu gün bunların heç biri yoxdur, üstəlik iqtidar təmsilçiləri «şərti gələcək zaman»da danışmağı da sevmirlər, «qəti gələcək zamanı» xoşlayırlar, həm də onlar üçün əsas bu gündür… Bütün bunları nəzərə alanda görürsən ki, bizim siyasi gerçəklik əsl gerçək dialoqdan hələ çox uzaqdır.
Dialoqla bağlı indi deyilənlər isə PR-dan və öz partiyası üçün siyasi imic yaratmaq istəyindən başqa şey deyil - sadəcə, göstərmək istəyirlər ki, biz çox demokratik partiyayıq, hamı ilə danışığa hazırıq…
ÖNCƏ NƏDƏN BAŞLAMAQ OLARDI?
Əvvəlcə ortalıqdakı əsas problemi müəyyən etmək lazımdır. Nədir o problem? Mövcud siyasi sistem heç də hamını qane etmir, insanlar onun transformasiya olunmasını istəyir. Bununla bağlı hətta İctimai Palatanın «Demokratiyaya yumşaq keçid» adlı yol xəritəsi də vardı. Amma dərhal bundan başlanılsa heç nə alınmayacaq. Bir qədər uzaqdan başlamaq lazımdır. Ölkə 22 ildir müstəqildi. Bu 22 ildə siyasi sistem hansı səviyyəyə gəlib çatıb? Seçkilərin vəziyyəti necədir? Parlament institut kimi hansı durumdadır? Partiyaların problemi nədir?... Beləcə, sualları davam etdirmək olardı. Amma mətləb onların sayında deyil, məzmunundadır. Bu məsələlərin ətrafında birgə konfranslar keçirmək olardı. Əvvəlcə aydın olsun ki, bütün tərəflər ən azı açıq tənqid eşitməyə hazırdırmı? Çox şey bu hazırlıqdan asılıdır. İnsan irəlicədən bilirsə ki, tənqidlər, özü də çox kəskin tənqidlər olacaq, amma buna baxmayaraq axıra qədər oturub onları dinləyirsə, deməli onunla danışmağa dəyər, ən azı buna başlamağa cəhd etmək olar. Təbii ki, bunları deməklə standart, süni situasiyaları nəzərdə tutmuruq. Hansısa səbəbdən, tutaq ki, xarici qonaqların «xatirinə» bir iclasda tərəflər səbir edib bir-birini «dinləyə» bilər. Belə hallar nəzərə alınmır, çünki ortalıqda anlaşma yoxdur, hər bir tərəf çalışır ki, mümkün qədər digərini gözdən salsın, qarşı tərəfin arqumentlərini heçə endirsin. Anlaşma meyli olanda isə mühit tamam başqa cür olur, tərəflər bir-birini başa düşməyə çalışırlar – dialoq məhz belə situasiyalarda başlayır…
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir