-
Azərbaycanlıların sorağı Kiyevdən və Krımdan, hətta uzaq Suriyadan gəlsə də, ölkənin özünün içində üzücü bir sükut hökm sürür. Əgər hakimiyyət mənsubları, öz təbirlərincə desək, vaxtaşırı “əsl müxalifəti” taparaq ona qarşı kampaniya aparmasaydı adam bu sükutdan lap bezərdi.
“Əsl müxalifət” isə bir gün Rusiyadakı milyardçıların, başqa bir gün Suriyada döyüşənlərin və yaxud da “nurçular”ın timsalında zühur edir.
Demirik, bütün bunların hamısı siyasi fiksiyadır. Necə deyərlər, od olmasa tüstü çıxmaz. Amma hadisələr hakimiyətin iddia etdiyi miqyasda və gücdə də deyil.
Dedik ki, od yanmasa tüstü çıxmaz. Elə doğrudan da bacasız evdə tüstü icəri dolar, axırda da əvvəl adamın gözünü yaşardar, sonra da onu boğar. Evlər kimi siyasətin də bacası olur. Bu baca rolunu media, partiyalar, parlament və nəhayət, seçkilər oynayır.
Media hansı vəziyyətdədir, partiyalar hansı şəraitdə işləmək zorundadır, bu, hamıya çox yaxşı məlumdur. Parlamentdə isə deputatlar ağızlarını açıb söz də deməyə ehtiyat edirlər, ona görə ki, danışmaq istəyəni “səviyyəsiz söhbətlər” etməkdə qınayır və danışmağa imkan vermirlər.
Elə seçkilərin də durumu bəllidir. Bu il ölkədə bələdiyyə seçkisi olmalıdır. Amma durub adi sorğu keçirsən bəlkə on adamdan doqquzunun bundan xəbəri yoxdur.
Ona görə də bacasız evdə tüstü içəri dolar. Normal seçki keçirilməyən, leqal və ədalətli siyasi mübarizənin aparılmadığı ölkədə müxalifətçiliyin ən ekzotik formalarının peyda olması qeyri-adi görünməməlidir.
GUAM ÜZVLƏRİ BİRLƏŞİN!
Çox maraqlıdır ki, bütün bu sükut, səssizlik GUAM ölkələrində diqqətəlayiq proseslərin baş verdiyi məqamda müşahidə olunur. Bir neçə dəfə yazmışdıq ki, Ukrayna məhz indi özünün əsl siyasi müstəqilliyi uğrunda mübarizə aparır. O müstəqilliyə ki, bu vaxta qədər o sahib idi, sən demə, o, bir siyasi fiksiya imiş.
Eyni sözləri Gürcüstan, Moldovo haqqında da demək olar.
Hər dəfə, bu, ya narıncı inqilab olsun, ya qızılgül, ya da “ərəb baharı”, adam düşünür ki, Azərbaycanda da hansısa dəyişikliklər baş verəcək. Amma bir proses o birisini əvəz edir, aylar keçir, ölkələr bir-bir dəyişir, Azərbaycanda isə heç nə baş vermir.
Diqqətli politoloq və yaxud da sosioloq bunu çox sadə izah edərdi. Onlar deyərdi ki, sizin ölkənizdə ona görə heç nə baş vermir ki, siz sadəcə oturub gözləyirsiniz, başqaları isə iş görür, soyuqda, şaxtada meydanlarda gecələyir.
Bəli, bu iradla razılaşmamaq çox çətin olardı. Amma bir kiçik nüans var.
DƏYİŞİKLİK HARADAN BAŞLAYIR?
Azərbaycanda ictimai-siyasi təşəbbüsün aşağı olduğunu hamı etiraf edir. Bəzi tədqiqatlarda ölkə siyasi cəhətdən riskli hesab edilsə də bu yaxın vaxtlarda elə bir dəyişikliyin gözlənilmədiyini bildirirlər.
Elə buna görə də heç kim “aşağılar”dan-cəmiyyətin özündən nicat və qurtuluş ummur, gözləmir. Hamı bu ümiddədir ki, ola bilsin, nə vaxtsa dünyada cərəyan edən proseslər ölkəni idarə edənlərə təsir edəcək və onlar bu mövcud vəziyyəti azacıq da olsa dəyişmək qərarına gələcəklər.
Bunu istisna etmirik. Amma iki nüans var. Qızılgül inqilabından sonra Ukrayna hakimiyyəti daha real düşünməyə başlasaydı narıncı inqilab olmazdı.
Narıncı inqilabdan sonra hakimyyət azacıq da olsa ayılsaydı indiki proseslər baş verməzdi.
Ən yaxşı halda nə baş verir? Dəyişikliyin labüd olduğunu görən hakimyyət onu sadəcə immitasiya etməyə başlayır.
Budur, Azərbaycan düz 21 ildir ki, belə immitasiyanı yaşayır: formal olaraq partiyalar var, parlamentdə kiçik deputat qrupu guya ki, müxalifəti təmsil edilir, bir-iki qəzet çıxır, televiziya göstərir...
Bəli, bu, ciddi bir siyasi təpki ilə üzləşməyən hakimyyətin edə biləcəyi yeganə güzəştdir. O səbəbdən də nə yazın gəlişi, nə qışın gedişi özü-özünə siyasi atmosferi dəyişmək iqtidarında deyil. Hakimiyyətlər özləri də çox nadir hallarda dəyişirlər. Onların dəyişməsi üçün siyasi tələb olmalıdır. Əgər tələb yoxdursa, deməli siyasi təklif də olmayacaq-istər yaz gəlsin, istərsə də qış...
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.
Aşağıdakı foruma yaz, polemikaya sən də qoşul.