-
UĞURSUZLUĞA MƏHKUMLAR
Doğrusu, hamı Ukraynadakı proseslərin daha sürətlə gedəcəyini zənn edirdi. Amma bir qədər yubanma oldu.
İndi bir məsələ aydındır ki, əgər etirazçılar bir az da davam gətirsələr, yazda bu ölkədə böyük proseslərin baş verəcəyini demək elə də qeyri-adi siyasi intuisiya tələb etmir.
Bu hadisəyə niyə bu qədər diqqət yetiririk? Axı bundan əvvəl də «rəngli inqilablar» olmuşdu və onlar Azərbaycana zərrə qədər də olsun təsir etmədilər. Düzdür. Amma bu dəfə söhbət, nə az, nə də çox, MDB-nin «onurğa sütunu»ndan gedir.
Ola bilsin, daha bir geosiyasi konfiqurasiyanın-MDB-nin çöküşünün şahidi olacağıq. Əslində belə bir konfiqurasiya mövcud deyil, o, bir siyasi fiksiyadır və öz mövcudluğu üçün üzv dövlətlərdən ciddi güzəştlər də tələb etmir.
Bir dəfə Qara dənizdə meduzalar görmüşdük. Onlar da elə bir ziyan gətirmir. Amma başağrısıdır.
Bu yaxınlarda politoloq Z.Brzezinski maraqlı fikir demişdi. O, belə bir məsələyə diqqət yetirmişdi ki, Rusiyanı inkişaf etməyə qoymayan indiki prezident V.Putin-in geosiyasi planlarıdır. Amma o, həmin planların uğursuzluqla bitəcəyini də xatırlatmışdı. Bu, nə deməkdir? O deməkdir ki, iki böyük dövlət arasında nüfuz dairələri ilə bağlı heç bir razılaşma yoxdur. Ruslar həmişə ona can atırlar ki, başqalarını belə razılaşmanın mövcudluğuna inandırsınlar. Amma bu da bir siyasi fiksiyadır.
İndi Rusiya Ukraynanı öz həndəvərində saxlamaq üçün hər şeyə əl atır, onunla mədəni, dini və milli yaxınlıq imitasiyası etməkdən də çəkinmir.
Amma indi heç də 1654-cü il deyil, «qetmanlar» da «Əbədi olaraq Rusiya ilə birlikdə!» demirlər. Bəzən avtoritarlar millətin psixologiyasını daha yaxşı tuturlar. Sabiq prezident L.Kuchma bir dəfə demişdi ki, Ukraynada hər papağın altında bir «qetman» gəzir... O, müəyyən dərəcədə haqlı idi. Çox güman ki, Rusiya da bu yaxınlarda bir daha buna əmin olacaq.
Bəs nədən Ukraynadakı proseslərə bu qədər diqqət çəkirik?
BİR BAHALAŞMADAN O BİRİSİNƏ...
Vacib deyil ki, mütləq Azərbaycanın içində nəsə baş versin. Bəzən ölkələrin ətrafında baş verən proseslər də az maraq kəsb etmir. Ona görə də hətta uzaqdan, məsələn, Ukraynadan yazanda da fikrimizdə Azərbaycanı tuturuq. Ukraynadakı proseslər həm də bir görkdür, ibrət yeridir. İnsanlar soyuğa, şaxtaya baxmırlar, etirazlarını davam etdirirlər.
Bəs Azərbaycanda nə baş verir? Cəmiyyət düşünməkdən yadırğayır. Axır vaxtlar bir qədər canlanma hiss olunurdu, adamlarda hətta mütaliəyə maraq yaranırdı. Elə bil, bunu duyaraq növbəti bahalaşma kampaniyasını atdılar ortaya.
Orta statistik azərbaycanlının həyatı bir bahalaşma kampaniyasından o biri kampaniyaya qədər davam edir. İnsanlar yenicə böhrandan çıxırlar ki, növbəti kampaniya başlayır...
Bu, sizə qeyri-adi görünməsin. Azərbaycandakı bahalaşmada bir sünilik var. Bu ölkənin girişindən başlayıb çıxışına qədərki vəziyyəti izləsən görərsən ki, ölkə daha ucuz və keyfiyyətli həyat yaşaya bilər. Amma buna imkan vermirlər.
Hər şey ölkənin girişindən başlayır. Bəlkə elə buna görə bu vaxta qədər Azərbaycan Dünya Ticarət Təşkilatına üzv olmayıb? Biz bunu nəinki ehtimal edir, hətta buna əminik. Demirik ki, Dünya Ticarət Təşkilatına üzv olmaq bütün dərdlərin dərmanıdır. Yox. Amma hər bir razılaşma, hər bir beynəlxalq təşkilat özü ilə hansısa yenilik gətirir, əlavə nəzarət mexanizmləri yaradır.
SİYASƏTİN RƏQQASI
Belə bir fikir də var ki, MDB-nin tamam çökəcəyi təqdirdə Azərbaycandakı siyasi sistem bir az da sərbəstləşəcək.
Amma bu, bir az səthi yanaşmadır. İndi Azərbaycan Qərbi Rusiya ilə şantaj edir, onunla özü arasındakı siyasi məsafəni məharətlə tənzimləyərək istədiyinə nail olur. Amma gələcəkdə belə olmaya da bilər və bu ölkə də birmənalı seçim etmək zərurəti qarşısında dayanar.
Fəqət, sonda yenə də hər şey insanlardan asılıdır. Azərbaycanda elə bil fərdlə cəmiyyət, cəmiyyətlə dövlət arasında bir özgələşmə, yadlaşma prosesi yaşanır - sanki atomistik bir cəmiyyət yaranıb. Təmaslar sıfır həddindədir, hər bir atomun-fərdin sərbəst yolu digərinin yolu ilə kəsişmir...
Belə olan təqdirdə ortaq maraqlar tapmaq da çətin olur. İnsanları isə bir araya məhz ortaq maraqlar gətirir...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir