-
BİR ƏLDƏ İKİ QARPIZ TUTMAQ OLARMI?
Az qala yeni ilin ilk günlərinə qədər siyasi etirazların davam etməsinə baxmayaraq Ukrayna hökuməti hələ də müəyyənləşə bilmir- cəmiyyətin qəzəb və kinindən ehtiyat edərək nə Avropa Birliyindən əl çəkir, nə də Gömrük Birliyinin ətəyini buraxır...
İndi hökumət iki ay ərzində Avropa Birliyilə danışıqlar aparmaq üçün platforma hazırlamağı qərarlaşdırıb. Eyni zamanda Gömrük Birliyi ilə bağlı da təkliflər hazırlanır.
Amma müşahidəçilərin dediyinə görə, Gömrük Birliyilə bağlı hazırlanan təkliflər deklarasiyadan başqa bir şey deyil.
Avropa Birliyinə gəldikdə isə Birlik Vülnüs prosesinə qədər mövcud olan platformanın dəyişdirilməsinə çox könülsüz yanaşır.
İndi belə qeyri-müəyyən vəziyyət yaranıb. Əslində İki ölkə ilə bağlı problem yoxdur. Moldova Vilnüs sammitində imzaladığı sazişləri ötən ilin son günlərində ratifikasiya etdi.
Gürcüstandan hələ bir xəbər olmasa da şübhə yoxdur ki, əvvəlki hakimiyyətin dövründə olduğu kimi olmasa da, elə yeni hakimiyyətin vaxtında da Avropa ilə inteqrasiya məsələlərinə xüsusi önəm veriləcək. Bunu bu hakimiyyətin ayrı-ayrı təmsilşilərinin çıxışlarından hiss etmək mümkündür. Ona görə də Gürcüstanda hakimiyyətin dəyiməsilə nəyin dəyişdiyini yəqinləşdirmək bir o qədər də asan deyil- belə alınır ki, prezidenlər arasındakı şəxsi antipatiya aradan götürülüb.
Gəl bundan sonra inanma, görüm necə inanmırsan ki, siyasətin heç bir qanunu yoxdur, onu 80-90 faiz insanlar arasındakı münasibətlər müəyyən edir...
Elə Ukraynanın da siyasi çuxura düşməsinin bir səbəbi insanlar arasındakı münasibətlərdir. İndiki prezident Rusiyanı özünə daha yaxın hesab edir. Elə o səbəbdən də bir əli Rusiyanın ətəyindədir.
AZƏRBAYCAN AZ QALA YADDAN ÇIXMIŞDI...
Amma «bir əldə iki qarpız saxlamaq» istəyən təkcə Ukrayna prezidenti deyil.
Azərbaycan prezidenti də bir əldə «iki qarpız» olmasa da «iki yemiş» saxlamağa və bu siyasi tryuku hələ uzun müddət davam etdirməyə cəhd edir.
Onun Brüsselə növbəti səfəri bir neçə gün milli televiziyaların gündəmindən düşmədi. Hərçənd ki, siyasi məhbuslar haqqındakı bəyanat istisna olmaqla bu səfərdən yadda qalan detal olmadı.
Bəli, NATO üzvləri iddia edir ki, Azərbaycanla Alyans arasındakı əlaqələr çox uğurla davam edir. Amma hansı formada? İ.Əliyev Brüsseldə bəyan etdi ki, Azərbaycan əfqan ordusuna yardım üçün bir milyon avro ayıracaq.
Budur, uğurla davam edən əlaqələr. Ərəb şeyxləri daha çox xərcləyə bilərdi. Nədən NATO onlarla «uğurlu əlaqələr» qurmur?
Amma ümumilikdə götürəndə son vaxtlar yaranmış reallıqlar təbii ki, İ.Əliyev üçün də təsirsiz ötüşmür.
Ukrayna Avropa Birliyilə müəyyənləşsə, Azərbaycan da böyük ehtimalla MDB-də qalmayacaq, Mərkəzi Asiya ölkələrinin arasında sıxılacaq, darıxacaq və Avropa ilə əlaqələrini intensivləşdirəcək.
Bəs bu şərait nə vaxt yetişəcək?
VİLNÜSDƏN SONRAKI AVROPA...
Əslində bu proses yetişib. Vilnüs prosesi növbəti dairə cızdı. NATO Avropa Birliyi assosiasiya və azad ticarət zonası haqqındakı sazişlərdə israr etdiyi kimi təkid etsə, Rusiyaya məhəl qoymasa, Avropanın təhlükəsizlik arxitekturasında yeni reallıqlar yarana bilər.
Gürcüstanla Moldova düşünmədən NATO-ya inteqrasiya edəcək. Ukrayna da belə etməli olacaq.
Qalacaq Azərbaycan. Amma nə vaxta qədər? Böyük ehtimalla bu proses uzun çəkməyəcək. Dəyişikliklər Azərbaycana da təsir edəcək. Mütləq təsir edəcək...
İnkişafa, yeniliyə doğru getməmək də böyük səy, güc tələb edir. Bu səyləri və gücü elə yeniliyə doğru yönəltmək daha düzgün olmazdımı?..
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.