-
YAĞMALANAN DÖVLƏT BANKI
Bütün maraqlı hadisələr, sadəcə, «Maydan»da baş vermirdi. Oradan kənarda da haqqında mütləq yazılası olaylarla üzləşmək olardı.
Qanlı «cümə axşamı»ndan sonra Kiyevdə yer yerindən oynamış, aləm bir-birinə dəymişdi. Dövlət idarələrinin bir çoxu bağlanmış, mühafizəsiz qalmışdı. Bunu görən bir neçə «nümayişçi» fürsətdən faydalanır və zor işlədərək Dövlət Bankına soxulur və bir miqdar pul oğurlamağa müvəffəq olur. Bu xəbər tez yayılır və «Maydan»a da gəlib çatır. Həmin gündən bəri bütün bankları könüllü müdafiə dəstələri qoruyur. Həmin mühafizəçiləri öz gözlərimizlə gördük...
PARLAMENT VƏ YA MÜDAFİƏ QALASI
Mühafizəçilərin ciddi şəkildə qoruduğu, barrikadalarla əhatəyə aldığı yerlərdən biri də, sözsüz ki, Ukrayna parlamenti – Radadır. İnsanlar buranın önündə barrikada quraraq, gedib-gələnləri yoxlayır və təhlükəsizliyi təmin etməyə çalışırlar. Həyətdəki çadırlar onu deməyə əsas verir ki, nümayişçilər gecələr də burada qalırlar.
Parlament binasına çətinlik çəkmədən girdik. İki yoxlama məntəqəsindən keçdik. Jurnalist olduğumuzu deyib, vəsiqələrimizlə bunu təsdiqlədikdən sonra qapılar üzümüzə açıldı və içəri daxil olduq.
Ukrayna parlamentinin içərisi bizim Milli Məclislə müqayisədə çox sadə görünür. Düzdür, arxitekturasına söz ola bilməz, amma heç bir bərbəzəyə, bahalı əşya və özəlliklə kreslolara yer verilməyib. Əvəzində istər dəhlizdə, istərsə toplantı salonunda ciddi mübahisələrin şahidi ola, maraqlı və gərgin simaları görə bilərsən. Jurnalistlərə ayrılan bölüm daha maraqlıdır. Amfiteatrın ən yaxşı yeri jurnalistlərin payına düşüb. Media təmsilçiləri buradan hər şeyi rahatca izləyirlər.
PORTRETDƏKİ CANLI ÜZLƏR
Kiyev küçələrini, özəlliklə mərkəzi küçələri gəzdikcə addımbaşı nəsə diqqətini çəkəcək. Misal üçün, maşın yolunun tən ortasında yerə dairəvi formada gül dəstələri qalaqlanıb. Ətrafında da yüzlərlə yanan şam. Soruşmağa ehtiyac olmadan anlayırsan ki, bura nümayişlər zamanı hansısa nümayişçinin öldürüldüyü yerdir.
Addımbaşı yandırılmış polis maşınları və hərbi texnika gözə dəyir. İnsanlar onların qarşısında şəkil çəkdirir və ya üzərinə güllər düzür.
Kiyev küçələrindən birində bir neçə gün əvvəl qətlə yetirilmiş insanların divara vurulmuş portretləri daha çox diqqətimizi çəkdi. Ölənlərin əksəriyyəti gənc idi və portretlərdə onların gülümsəyən gözlərini görürdün. Gələcək onların olmalıydı, amma... indi divarlardan boylanıb gülümsəyirlər...
BARRİKADADA 50-Cİ YAŞ GÜNÜ
Mərkəzi küçələrin birində addımlayırdıq. Qəfildən bizdən bir az aralı 10-15 nəfərin sıra ilə düzüldüyünü və onların qarşısında kiminsə danışdığını gördük. Özümüzü oraya çatdırdıq. Ukrayna dilində heç nə anlamadığımızdan, sadəcə baxır və şəkil çəkirdik. Şəxsən mənə elə gəldi ki, qarşımdakı şəxs könüllü dəstənin rəhbəridir və o öz dəstəsinə tapşırıq verir. Sakitcə dayanmışdım. Görünür, mən də onların diqqətini çəkdiyimdən aralarından bir gənc mənə ingiliscə izah etdi ki, bu gün bu öndə duran adamın 50 yaşı tamam olur. Dəstədəki digər şəxslər onu qucaqlayır, təbrik edirdilər. Sonra dəstə adından ona hədiyyə də təqdim edildi.
Biz də onu təbrik etdik. Mən ona hədiyyə kimi bu fotonu çəkib göndərəcəyimə söz verdim. Sevindi...
Mən orda bir şeyi də müşahidə etdim ki, barrikadada hamı uşaq kimi sevinir...