-
Prezidentliyə namizədlər arasında liberal cinahın yeganə təmsilçisi olan H.Ruhaninin hakimiyyətə gəlişi ilə İranla ABŞ arasındakı münasibətlərin və eləcə də bölgədəki siyasi teatrın dəyişəcəyi güman olunurdu.
Bu mənada BMT-nin ali tədbiri bir fürsət idi. Məhz bu tədbir çərçivəsində iki dövlət başçısı arasında heç olmasa tanışlıq görüşünün baş tutacağı və 36 il ərzində yaranmış siyasi münasibətlərin yeni müstəviyə keçəcəyi zənn edilirdi.
Amma gümanlar özünü doğrultmadı. H.Ruhani ABŞ prezidenti ilə görüşə cəhd göstərmədi. Prinsipcə, İran siyasətinə bələd olanlar üçün bu qeyri-adi yenilik deyildi.
Əvvəllər də dəfələrlə belə olmuşdu. İran rejimi hər dəfə liberal adı ilə yeni bir adamı hakimiyyətə gətirmiş və bir neçə il ərzində bunun köməyilə gözləntilər yaratmağa müvəffəq olmuşdu.
Demirik ki, dünya molla rejiminin aldada biləcəyi qədər sadəlövhdür. Amma İranda islahat məsələsi heç də yeni vəd deyil. Düzdür, bir vaxt SSRİ-də də siyasi islahatları kommunistlərin özlərinin hakimiyyətə gətirdiyi və özü də kommunist olan M.Qorbaçov həyata keçirdi.
İndi İranda da başqa səmtdən adam gözləmək çətindir, ona görə də nə vaxtsa islahatlara elə molla rejiminin özünün hakimiyyətə gətirdiyi adam başlamalıdır.
Amma bu, nə vaxt olacaq? Bunu heç kim bilmir. Prinsipcə, İran iqtisadiyyatı artıq sanksiyaların təsirini hiss edir, ölkə tədricən böhrana doğru irəliləyir. Elə bu amil də ümid yaratmışdı ki, ola bilsin, növbəti hakimiyyət daha realist olacaq, Qərblə dil tapmaq, sanksiyaları yumşaltmaq istiqamətində addım atacaq.
Amma bəzən dünya İranda prezidentlərin kimin sırasından seçildiyini, orada namizədlərin hansı qayadalarla müəyyən edildiyini unudur.
İNANILMIŞLARIN İNANILMIŞI
Adam İrandakı seçkilərə kinayə etməyə çətinlik çəkir, çünki onun özündən də soruşa bilərlər ki, sən nədən danışırsan, sən özün ədalətli seçkiləri nə vaxt görmüsən? Amma yenə də, bir neçə cümlə ilə İrandakı seçkilərə kiçik ştirix əlavə etmək olardı.
İranda namizədləri əvvəlcə mollalar özləri seçir, sonra da onları millətin seçiminə buraxırlar. Əgər bu «ilkin seçim» praktikası olmasaydı, bəlkə də nəyəsə ümid etmək olardı. Amma bunsuz İranda seçki mümkün deyil.
Rejim bütün namizədlərdən özünə qarşı istisnasız loyyallıq tələb edir və rejimə sədaqətin müqabilində də onları seçkiyə buraxır. Bir sözlə, bu ölkədə, bu situasiyada təsadüflərə ümid etmək əbəsdir.
H.Ruhani sərbəst deyil. O, ruhani liderlərdən, ən əsası da Ayətullah Ə.Xamneyinin qərarından asılıdır. Özünə qalsaydı, bəlkə də o, ABŞ lideri ilə görüşə cəhd edərdi. Amma ehtimal ki, ruhani elita hələ bu cəhdlərə start vermək fikrində deyil.
ABŞ-ın gözləntilərini də sadəlövhlük hesab etmək lazım deyil. Bir qədər əvvəldə qeyd etdiyimiz kimi, İranda prezident o adam ola bilər ki, o, mollaları qane etmiş, onların inandığı bir şəxs olsun. ABŞ da, digər dünya ölkələri də yalnız və yalnız sağlam, soyuqqanlı məntiqə ümid edir. Bəs İranın siyasi və ruhani elitası nəyə ümid edir?
VAXT, BƏLİ, İRANA VAXT LAZIMDIR…
İran rejimi vaxt qazanmaq istəyir. Onlar nə qədər israr etsə ki, İranın nüvə silahı istehsal etmək fikri yoxdur, buna inanmaq çətindir, çünki bu ölkə çox böyük əzmlə öz məqsədinə doğru gedir. Düzdür, məqsədinə çatacağı təqdirdə onun nə əldə edəcəyi mübahisəlidir, amma ruhanilər belə hesab edir ki, nüvə silahı bir müddət rejim üçün sipər, çəkindrici amil rolunu oyanaya bilər.
Etiraf etmək lazımdır ki, İran bu vaxta qədər vaxt udmağa nail ola bilib. Ən azı son on beş il ərzində Qərb ölkələri, xüsusən də ABŞ İranda dialoq zərurətinin dərk ediləcəyinə ümid edib.
Düzdür, bu ümidlər müxtəlif vaxtlarda müxtəlif olub. Amma elə vaxtlar olub ki, Qərb ölkələri elə həqiqətən də İranda islahatların aparılacağını real hesab edib.
Amma sonda bütün «islahatçılar» prezident kürsüsünü bir bəyanatla tərk edib: «Biz İrandakı siyasi sistemi zəiflətməyə deyil, əksinə onu gücləndirməyə və inkişaf etdirməyə gəlmişdik».
İndi dünya bir müddət də H.Ruhani mifi ilə yaşayacaq, ondan soyuq məntiq umacaq. Amma İran prezidentinin elə siyasi karyerasına baxanda əmin olmaq çətin deyil ki, İran növbəti dəfə vaxt udmağa cəhd edir...
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
Prezidentliyə namizədlər arasında liberal cinahın yeganə təmsilçisi olan H.Ruhaninin hakimiyyətə gəlişi ilə İranla ABŞ arasındakı münasibətlərin və eləcə də bölgədəki siyasi teatrın dəyişəcəyi güman olunurdu.
Bu mənada BMT-nin ali tədbiri bir fürsət idi. Məhz bu tədbir çərçivəsində iki dövlət başçısı arasında heç olmasa tanışlıq görüşünün baş tutacağı və 36 il ərzində yaranmış siyasi münasibətlərin yeni müstəviyə keçəcəyi zənn edilirdi.
Amma gümanlar özünü doğrultmadı. H.Ruhani ABŞ prezidenti ilə görüşə cəhd göstərmədi. Prinsipcə, İran siyasətinə bələd olanlar üçün bu qeyri-adi yenilik deyildi.
Əvvəllər də dəfələrlə belə olmuşdu. İran rejimi hər dəfə liberal adı ilə yeni bir adamı hakimiyyətə gətirmiş və bir neçə il ərzində bunun köməyilə gözləntilər yaratmağa müvəffəq olmuşdu.
İran iqtisadiyyatı artıq sanksiyaların təsirini hiss edir, ölkə tədricən böhrana doğru irəliləyir
İndi İranda da başqa səmtdən adam gözləmək çətindir, ona görə də nə vaxtsa islahatlara elə molla rejiminin özünün hakimiyyətə gətirdiyi adam başlamalıdır.
Amma bu, nə vaxt olacaq? Bunu heç kim bilmir. Prinsipcə, İran iqtisadiyyatı artıq sanksiyaların təsirini hiss edir, ölkə tədricən böhrana doğru irəliləyir. Elə bu amil də ümid yaratmışdı ki, ola bilsin, növbəti hakimiyyət daha realist olacaq, Qərblə dil tapmaq, sanksiyaları yumşaltmaq istiqamətində addım atacaq.
Amma bəzən dünya İranda prezidentlərin kimin sırasından seçildiyini, orada namizədlərin hansı qayadalarla müəyyən edildiyini unudur.
İNANILMIŞLARIN İNANILMIŞI
Adam İrandakı seçkilərə kinayə etməyə çətinlik çəkir, çünki onun özündən də soruşa bilərlər ki, sən nədən danışırsan, sən özün ədalətli seçkiləri nə vaxt görmüsən? Amma yenə də, bir neçə cümlə ilə İrandakı seçkilərə kiçik ştirix əlavə etmək olardı.
İranda namizədləri əvvəlcə mollalar özləri seçir, sonra da onları millətin seçiminə buraxırlar. Əgər bu «ilkin seçim» praktikası olmasaydı, bəlkə də nəyəsə ümid etmək olardı. Amma bunsuz İranda seçki mümkün deyil.
İranda prezident o adam ola bilər ki, o, mollaları qane etmiş, onların inandığı bir şəxs olsun
H.Ruhani sərbəst deyil. O, ruhani liderlərdən, ən əsası da Ayətullah Ə.Xamneyinin qərarından asılıdır. Özünə qalsaydı, bəlkə də o, ABŞ lideri ilə görüşə cəhd edərdi. Amma ehtimal ki, ruhani elita hələ bu cəhdlərə start vermək fikrində deyil.
ABŞ-ın gözləntilərini də sadəlövhlük hesab etmək lazım deyil. Bir qədər əvvəldə qeyd etdiyimiz kimi, İranda prezident o adam ola bilər ki, o, mollaları qane etmiş, onların inandığı bir şəxs olsun. ABŞ da, digər dünya ölkələri də yalnız və yalnız sağlam, soyuqqanlı məntiqə ümid edir. Bəs İranın siyasi və ruhani elitası nəyə ümid edir?
VAXT, BƏLİ, İRANA VAXT LAZIMDIR…
«Biz İrandakı siyasi sistemi zəiflətməyə deyil, əksinə onu gücləndirməyə və inkişaf etdirməyə gəlmişdik»