-
İranın yeni prezidentinin BMT Baş Assambleyasına səfəri ərəfəsində, əsasən iranlıların ümid etdikləri ən sadə ehtimal gerçəkləşməyib.
Rouhaninin Amerikaya səfərinin Vaşinqton-Tehran münasibətlərinin buzunu bir gecədə əridəcəyinə bir çox mötədil iranlılar ümid edirdilər.
Onlar inanırdılar və ya özlərini inandırmağa çalışırdılar ki, iki lider bu tədbirdən görüş üçün istifadə edə bilər.İranın mötədil mətbuatı hətta Obama ilə Rouhaninin BMT dəhlizlərində “təsadüfən” üz-üzə gəlib, əl-ələ salamlaşa biləcəyindən də yazırdılar.
BMT dəhlizlərində əvvəllər belə gözlənilməz rastlaşmalar doğrudan da olub. Məsələn, Barack Obama Venesuelanın mərhum prezidenti Hugo Chavezlə üz-üzə gəlib. Cənab Chavez onu nəinki söhbətə tutub, hətta təzə çapdan çıxmış kitabını da bağışlayıb.
Lakin Rouhani ilə “təsadüfi” görüş olmayıb, çünki İran prezidenti belə “təsadüflərin” ən çox baş verdiyi tədbirə - BMT-nin nahar məclisinə getməyib.
İranın PressTV agentlyi xəbər verir ki, buna səbəb həmin naharda alkoqollu içkilərin verilməsi olub.Lakin məsələ PressTV-nin verdiyi səbəbdən daha sadədir.
PLANLAŞDIRILAN "TƏSADÜF" YOX, "QƏLİZ" MƏSƏLƏ
Mətbuat xəbər verir ki, Obama administrasiyası belə bir görüş təklifini verib, lakin İran nümayəndə heyəti məsələnin “çox qəliz” olduğunu əsas gətirərək təklifdən imtina edib.
BMT-nin jurnalistlərə verdiyi məlumatdan isə bəlli olur ki, heç bir “təsadüf” planlaşdırılmayıb, əksinə, ABŞ və İran rəsmiləri bu görüş məsələsini artıq bir neçə gündür ki, müzakirə edirmişlər. Sonunda İran rəsmiləri bildiriblər ki, hazırkı mərhələdə iki prezidentin görüşü Tehran üçün son dərəcə mürəkkəb olardı.
Ağ Ev bildirib ki, əvəzində cümə günü ABŞ dövlət katibi John Kerry, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünün və Almaniyanın xarici işlər nazirinin iştirakilə İran xarici işlər naziri ilə görüşəcək.
Özünün BMT-dəki çıxışında Barack Obama Tehranla danışıqları rəsmən John Kerry-yə həvalə etdiyini söyləyib. Keçmişlərdə danışıqları Dövlət Departamentinin müxtəlif nümayəndələri aparırdılar və bu danışıqlara konkret olaraq heç kim cavabdeh deyildi.
Öz çıxışında Obama həmçinin Tehrana doğru xoş məram jesti edərək, Mərkəzi Kəşfiyyat İdarəsinin 1953-cü ildə İranın demokratik yolla seçilmiş baş naziri Məhəmməd Müsəddiqin devrilməsindəki rolunu etiraf edib.
Mətbuat yazır ki, məhz bu fakt İran nümayəndə heyətinə vətənə qalib kimi qayıtmaq imkanı verəcək.Digər tərəfdən Obama bu etirafı daha əvvəlki çıxışlarında da etmişdi və bu mənada təzə bir şey söyləməyib.
O VAXT KHATAMİ DƏ DƏBBƏLƏMİŞDİ
İran və ABŞ prezidentləri arasında gözlənilən birbaşa görüşün baş tutmaması da yeni bir hadisə deyil.
2000-ci ildə də o vaxtkı prezidentlər Bill Clinton və Mohammad Khatami arasında belə bir görüş gözlənilirdi, lakin son anda Tehran geri çəkildi.Siyasi şərhçilər bildirirlər ki, o vaxt Khataminin də, indi Rouhaninin də bir problemi olub.
Bu problem Nyu Yorkdan çox uzaqda, Tehranın özündə, daha doğrusu İranın ali hakimiyyətində mühafizəkarlar və mötədillər arasında gedən qızğın çarpışmadadır.
İranın bütün prezidentləri həmişə bu faktoru nəzərə almalı olublar.
Barack Obamanın və Rouhaninin Baş Assambleyadakı çıxışları da bəzi nikbin məqamlarına baxmayaraq, bir daha nümayiş etdirib ki, Tehran və Vaşinqton arasında hələ olduqca böyük məsafə var və mötədil iranlıların “təsadüf” və “möcüzələrə” ümidləri reallıqdan elə bu qədər uzaqdır.
Öz çıxışında elə məsafədən söhbət açan Hassan Rouhani deyib ki, “Sülh imkanı bir qol açımı məsafəsindədir”.
O həmçinin İranın nüvə proqramına dair danışıqlara dərhal başlanmasına çağırıb.
Lakin o vurğulayıb ki, bu danışıqlar nüvə proqramı barədə “hər hansı ağlabatan narahatlıqları” aradan qaldırmalıdır.
Yəni söhbət ziddiyyətli nüvə proqramının yox, “ağlabatan narahatlıqların” aradan qaldırılmasından gedir.
Prezident Rouhani deyib ki, Tehranın bu “güzəşt”inin müqabilində beynəlxalq icma İranın nüvə zənginləşdirilməsinə olan haqqını rəsmən tanımalıdır.İranın məhz bu istəyi artıq 11 ildir ki, danışıqları dalana dirəyib.
“ÖLDÜ VAR, DÖNDÜ YOXDU” KOMPRAMİSİ
İran prezidenti BMT çıxışında həmçinin deyib ki, o Amerika prezidentinin nitqinə diqqətlə qulaq asıb. Rouhani bu çıxışdan belə nəticəyə gəlib ki, Vaşinqton “müharibə qızışdıranların” təsirindən xilas olsa, yalnız onda ABŞ və İran, iki ölkə arasında fərqləri həll edəcək danışıqlar çərçivəsinə gələ bilər.
Lakin İran prezidentinin sözlərindən belə çıxıb ki, Qərb bütün hallarda Tehranın nüvə texnologiyalarına malik olmaq haqqını tanımalıdır. O deyib ki, İranın texnologiyalar sahəsində artıq çatdığı mərhələ ona bu nöqtədən geri qayıtmaq imkanı vermir.
Barack Obama isə öz çıxışında İranın nüvə proqramının ABŞ üçün böyük təhlükə olduğunu bir daha dilə gətirmişdi.
Bütün bunlara baxmayaraq, bir sıra İran ekspertləri iki ölkə arasındakı münasibətlərdə irəililəyişin əldə olunduğunu söyləyirlər.
Milli İran Amerika Şurasının başçısı Trita Parsi deyib ki, nüvə danışıqlarının xarici işlər nazirləri səviyyəsinə qaldırılması barədə razılığın özü çox yaxşı xəbərdir.
Bir sıra başqa təhlilçilər isə bu qənaətdədirlər ki, indi çox şey Rouhaninin Tehranının nüvə proqramı barədə Qərbin “ağlabatan narahatlıqlarını” hansı şəkildə aradan qaldırmağa hazır olduğundan asılı olacaq.
SON SÖZÜN SAHİBİ TEHRANDADIR
Lakin təhlilçilər əlavə edirlər ki, İran prezidentinin çıxışındakı yayğınlıq, onun nitqində, xüsusən də sanksiyalar barədə, yer alan ittiham tonu və ən başlıcası Obama ilə birbaşa görüşdən qaçması müsbət heç nədən xəbər vermir.
BMT diplomatları və müşahidəçiləri inanırlar ki, Rouhaninin çıxışı daha çox İranın daxili auditoriyasını, ilk növbədə ölkənin əsl söz sahibi olan Ayətullah Khameneini və mühafizəkarları məmnun etmək məqsədi güdüb.Bununla belə, Barack Obamanın da öz mühafizəkarları var.
Hələ BMT BA-nın açılışından əvvəl bir çox konqresmen və senatorlar Obamanı Rouhaninin “şirin dilləri”nə çox da inanmağa və onunla qətiyyən görüşməməyə çağırırdılar.
Məsələn, Floridadan olan respublikaçı konqresmen Ileana Ros-Lehtinen Rouhani ilə görüşü “çox pis ideya” adlandırmışdı.
MASKALANMAQ USTASI
Konqresin Xarici İşlər Komitəsinin Yaxın Şərq və Şimali Afrika alt komitəsinə sədrlik edən xanım Ros-Lehtinen “The Hill” məcmuəsinə müsahibəsində demişdi ki, “Rouhani maskalanmaq ustasıdır”.
Ileana Ros-Lehtinen əlavə edib ki, keçmiş İran prezidenti Mahmoud Ahmadinejad Tehranın əsl mövqeyini bildirməkdə daha səmimi idi.
İsraillə sıx bağlara malik olan bəzi ABŞ qanunvericiləri inanırlar ki, “molla hökuməti” ilə hər hansı razılaşmanın əsas şərti Tehranın nüvə proqramından birdəfəlik əl çəkməsi olmalıdır.
Amerika mətbuatı xatırladır ki, NBC kanalına müsahibəsində Rouhani İsraili “Fələstinin müharibə qızışdıran işğalçısı” adlandlırmışdı və yəhudi soyqırımı barədə suala cavab verməkdən imtina etmişdi.
Bu mənada mötədil iranlıların daha bir proqnozu çin olmayıb. Daha doğrusu, gözlənilən istisna ilə çin olub.
BOŞ QALAN OTURACAQLAR
Yarımrəsmi İSNA agentliyi Rouhaninin Nyu York səfərinin ərəfəsində keçmiş prezident Mahmoud Ahmedinejadın BMT çıxışlarını və onun yəhudi soyqırımını inkar edən nitqlərindən sonra Qərb nümayəndə heyətlərinin zalı tərk etdiklərini xatırladaraq yazırdı ki, “indi iranlıların çoxu prezidentin bu dəfə “boş oturacaqlar”a müraciət etməyəcəyinə əmindirlər”.
Lakin məsələ burasındadır ki, assambleyanın İsrailə aid oturacaqları bu dəfə də boş qalıb.
Xəbər verilir ki, prezident Hassan Rouhani çıxış edərkən, zalda olmamaq əmrini İsrail nümayəndə heyətinə şəxsən baş nazir Benjamin Netanyahu verib.
Lakin İsrailin özündə, hətta Netanyahunun kabinetində İrana münasibətdə onun mövqeyini bölüşməyənlər də var.
Maliyyə naziri Yair Lapid deyib ki, Netanyahu-nun İsrailin BMT nümayəndə heyətinə verdiyi təlimat düzgün deyil.
Nazir bildirib ki, İsrail, vaxtilə onun özünə qarşı işlədilən taktikadan əl çəkməlidir.

“Sülh imkanı bir qol açımı məsafəsindədir”