.
Son vaxtlar Azərbaycan hökuməti müxtəlif tədbirlərdə bir-neçə dəfə özünün yaxın 10 il üçün strateji proqnozunu açıqlayıb: Ümumi Daxili Məhsul (ÜDM) 2 dəfə artırılmalıdır. Bundan əlavə hökumət daha böyük həcmdə məhsulun ixracına nail olunmasını və kənd təsərrüfatının potensialından tam yararlanmaq üçün yeni emal müəssisələrinin yaradılmasını da bir hədəf kimi qarşıya məqsəd qoyub.
Doğrusu, bu təşəbbüs Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyi münasibətilə hökumətin hələ oktyabr ayında keçirdiyi tədbirlərdə səslənmişdi. Və çox güman ki, rəhbərlikdə bununla cəmiyyətə qarşıdakı 30 illik yubiley mərasimlərinə hansı plan və tapşırıqlarla getdiklərini çatdırmaq məqsədi güdmüşlər. Əslində yaxşı niyyətdir, çünki qarşında çatmaq istədiyin bir zirvənin real görüntüləri var, ancaq zaman limiti qoyulub, yəni həmin vaxta o görülən işlər həyata keçirilməlidir ki, 2021-ci ilin oktyabrında deyəsən - plan 100% yerinə yetdi.
ÜDM ARTIMI – ZOR BİR İŞ
Bəs, görəsən, Azərbaycanın bu hədəflərə çatmaq üçün potensialı varmı? Potensial olmağına var, ancaq əsas məsələ potensialdan yetərincə yaralanmaqdır.
Azərbaycan iqtisadiyyatının ən yeni tarixinə nəzər salsaq son 7 ildə, yəni 2003-cü ilin nəticələri ilə müqayisədə Azərbaycanda ÜDM 2 dəfə artıb. İndi gəlin baxaq, bu zaman kəsiyinə görək nə baş verib Azərbaycan iqtisadiyyatında ki, belə bir templə artıma nail olunub.
Əvvəla 2003-cü ilin yekunlarına nəzər yetirək: dövlət büdcəsinin xərc hissəsi cəmi 1.234 mlrd. manat təşkil edib ki, bunun da ÜDM-də payı 17.3% olub. Ölkədə hasil edilən neftin həcmi 15.3 mln ton (təqribən 8 mln ton neft ixrac edilib), qazınkı isə 5.5 mlrd kubmetr olub. Bundan əlavə, Azərbaycan Rusiyadan 2.8 mlrd kubmetr qaz idxal edib.
2010-cu ildə Azərbaycanda 50.8 mln ton neft, 16.2 mlrd kubmetr qaz hasil edilib. Ötən il Azərbaycan 44.5 mln ton neft və 6.6 mlrd kubmetr qaz ixrac edib. 7 ildə neft və qaz hasilatı müvafiq olaraq 3.3 və 2.9 dəfə artıb.
Digər tərəfdən, həmin zaman kəsiyində dövlət neftdən gələn gəlirlərin qeyri-neft sektoruna xərcləmələrinə start verib. Təkcə, 2003-2010-cu illərdə Neft Fondundan dövlət büdcəsinə edilən transfertlərin həcmi 16 mlrd 180 mln manat təşkil edib ki, bunun əksər hissəsi də dövlət investisiya layihələrinə yönəldilib.
2004-2009-cu illərdə regionların inkişafı Dövlət Proqramının 1-ci mərhələsi çərçivəsində 7.9 mlrd manat vəsaitin xərcləndiyi məlum olmuşdu.
Yada salmaq kifayətdir ki, bu zaman kəsiyində Azərbaycanın neft və qaz sektorunda çox böyük layihələrin həyata keçirilməsinə başlandı: bunlar Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, «Azəri-Çıraq-Günəşli» yataqlarının işlənməsi proqramı, «Şah-dəniz» qaz yatağının «Mərhələ-1» layihəsi və s. Bu işlərin həyata keçirilməsinə 15 minə yaxın Azərbaycan vətəndaşı cəlb edilmişdi.
2004-cü ildən isə Bakıda əsl tikinti bumu başlamışdı. Hər il tikilib istifadəyə verilən mənzil sahələri orta hesabla 1.5 mln kv.metr civarında idi. İnsanların əlində pul kütləsinin artması, Rusiyada qazancın artması Azərbaycanda tikinti sektorunun daha da genişlənməsinə şərait yaradırdı.
Bu kimi amillərin nəticəsində iqtisadiyyatda ÜDM-in 2 qat artımına yalnız neft hasilatının 50 mln ton səviyyəsinə çatdığı zaman nail olmaq mümkün olundu. Ona görə ki, iqtisadiyyatın digər sahələrində multieffekt yaradıcılığı çox aşağı səviyyədə idi.
BU GÜNÜN ÜDM-İ
Dövlət Statistika Komitəsinin 2011-ci ilin yanvar-noyabr aylarının nəticələri əsasında açıqladığı hesabata görə, ÜDM artımı cəmi 0.2% təşkil edib. Bu o zaman baş verib ki, neft hasilatında azalma 10.4%, qaz hasilatında geriləmə isə 2.6% olub. Hazırkı ÜDM-in strukturuna nəzər yetirsək (sənaye məfhumunun əsasını neft və qaz sektoru təşkil edir), görərik ki, Azərbaycan iqtisadiyyatı neft amilindən nə qədər asılıdır.
Yəni, bu, təkcə ixracla bağlı deyil, baxmayaraq ki, burada da təkcə xam neftin xüsusi çəkisi 86%-dir. (Neft məhsulları və qazla birlikdə isə 95% ətrafındadır – İ.Ş)
ÜDM-in strukturu onu göstərir ki, yaxın 10 ildə hökumət nə qədər təxirəsalınmaz problemləri həll etməlidir ki, qarşıda duran vəzifələri heç olmasa müəyyən qədər həll edə bilsin. Cədvəldən göründüyü kimi, neft və qaz sənayesi ölkə iqtisadiyyatının lokomotividir və burada pis-yaxşı əməliyyatların daxili bazarda leqal həyata keçirilməsinə nail olunub. Hətta 2012-ci ildən bu sahədə daha bir irəliləyişə nail olmaq arzusu var – ölkə ərazisindəki bütün yanacaqdoldurma stansiyalarında xüsusi kassa aparatları yerləşdiriləcək, bu, çek vurulmamış avtomobilə yanacağın doldurulmasına imkan verməyəcək.
Ancaq tikintidə, ticarətdə, xidmətdə, kənd təsərrüfatında və ÜDM-də hazırda 11% payı olan «digər sahələrdə» şəffaflıq yaratmaq və leqal biznesə keçid qurmaq məgər asan məsələdir?
«Sədərək» və «Binə» ticarət mərkəzlərində kassa aparatlarının quraşdırılması bir yana, orada mövcud qanunvericiliyə uyğun vergi yığma bəlkə də vaxtilə «bolşeviklərin kolxoz» qurma arzusundan daha da çətin olacaq? Çünki burada maddilikdən başqa ortada yeniliyə olan münasibət, onun təqdimatı və yeni ödəmələrin vahiməsi məsələsi olacaq gündəmdə. Bu isə nə bir ilin, bəlkə də heç on ilin məsəli deyil.
ÜDM-NİN İKİQAT ARTIMINDA GƏRƏK «ÜMUMXALQ ENERJİSİ»NDƏN İSTİFADƏ EDİLƏ
Onda ÜDM-nin artımı da reallaşmayacaq. Ona görə ki, 2003-2010-cu illərdə onun artımının əsas yükünü daşıyan neftin sürətli artımı idi. Bundan başqa, 2003-ci ildə Azərbaycan neftinin ixrac qiyməti 1 barel üçün $25 idisə, 2010-cu ildə $78.2 olmuşdu (2008-ci ildə isə $96-a çatmışdı). Yəni, həm neftin həcmi artırdı, həm də qiyməti.
Ancaq indi heç kəsə sirr deyil ki, Azərbaycanda 2015-ci ildən neftin həcmləri aşağı düşməyə başlayacaq və bu azalma daim davam edəcək. Bu baxımdan, neft amili bir daha əvvəlki tək ÜDM-in katalizatoru rolunda çıxış etmək gücündə olmayacaq. Hətta neftin qiymətlərinin artımını nəzərə alsaq belə, bu artım yalnız həcmlərin azalma templərinin bir hissəsini kompensasiya edəcək.
Başqa bir tərəfdən, hökumət üzvlərinin bir çoxunda Azərbaycanın ixrac qazı ilə bağlı yanlış təsəvvür formalaşıb. Onların fikrincə, «Azəri-Çıraq-Günəşli»də neftin bitməsindən heç də narahatlıq keçirməyə dəyməz, çünki qarşıda nəhəng «Şah-dəniz» qaz yatağı var.
İş bundadır ki, həmin yataq nəhəng olduğu qədər də, onun böyük xərcləri var: təkcə «Mərhələ-2»nin kapital və istismar xərcləri 20 il ərzində minimum $35 mlrd olacaq (yumşaq bank faizləri ilə kredit almaq mümkün olarsa). Elə isə düşünən varmı ki, bunun gətirdiyi real mənfəət nə qədər olacaq? Ən yaxşı halda, 2025-ci ildən başlayaraq, $4-5 mlrd. 2021-ci ilin sonunda isə Azərbaycanda neft hasilatı 35 mln tonadək azalacaq. Yəni, 2010-cu il səviyyəsindən 30% aşağı düşə bilər.
İndi bir şeyə diqqətinizi çəkmək istərdim. Ötən illə müqayisədə neft hasilatının builki 10%-lik azalması ÜDM-i az qala gözəgörünməz etdi. Axı bu il neftin dünya bazarında qiymətləri ötən illə müqayisədə düz 40% artmışdı?
Bəs, qiymətlər dəyişməsəydi, Azərbaycan iqtisadiyyatını nə gözləyəcəkdi?
Ona görə də indidən əlavə dəyər yaradan iqtisadiyyat haqda düşünmək vaxtıdır. Ancaq 10 il əvvəlki metodlarla işləməyə adətkərdə olmuş məmurlarla çətin ki, dönüş yaradıla. Çünki yenə də 2-3 əvvəl milyonlarla investisiya qoyulmuş obyektlərin yenidən qurulmasının şahidi oluruq. Yeni yaradılan kapitalyönümlü sahələr isə yenə də iqtisadiyyatın flaqmanı olan Dövlət Neft Şirkəti və onun törəmə qurumlarının adı ilə bağlı olur.
Bunlar müəllifin şəxsi təhlillərinin nəticələridir.
Xəbər analizi