.
İran şah-dənizdən də bol qazlı yataq tapıb?
Bu həftə Xəzərin enerji sektorunda ən gurultulu xəbər İranın öz sularında ağlagəlməz dərəcədə nəhəng bir qaz yatağı aşkar etməsi oldu. Nəyə görə ağlagəlməz yazıram, çünki bu ölkənin neft naziri Rostam Qasseminin yerli KİV-lərə açıqlamasına görə qazılan quyunun nəticələri ona dəlalət edir ki, buradakı qaz ehtiyatları 1,42 trln. kub. metr həcmindədir. İlk quyudanca belə bir ehtiyatın aşkar edilməsi o qədər də inandırıcı deyil.
İş ondadır ki, indiyə qədər Xəzərin ən böyük və yeganə sayılacaq qaz yatağının - “Şah-dənizin” ehtiyatları – onun açılmasından keçən 8 il müddətində müxtəlif hissələrində və qatlarında qiymətləndirmə quyularının qazılıb və bundan sonra onun ehtiyatlarının həcmi 1,2 trln kub. metrə yüksəlmişdi.
“Sirli” yatağın detalları
Bu xəbər yayılan kimi onun Azərbaycanla bağlılığı düşündürməyə bilməzdi məni. Çünki İran tərəfi nəinki yeni açılan yatağın coğrafi koordinatlarını, heç adicə oriyentir üçün yerini belə dilə gətirmirlər. Yeganə dedikləri şey, yatağın Xəzərin 700 metr dərinlikdə və “İrana aid sularında yerləşməsi” olmuşdu.
Tehran Xəzəri özü bildiyi kimi bölüb...
Elə sonuncu fraza məsələni daha da qəlizləşdirir. Axı 11 ildən çoxdur ki, İran Xəzərin bölgüsündə özünə məxsus təkliflə çıxış edir – dənizin dibi sahilyanı dövlətlər arasında bərabər, yəni hərəyə 20% olmaqla bölünsün. Tehranın mövqeyini o biri Xəzəryanı dövlət qəbul etmədi və bu günə kimi Azərbaycan, Rusiya və Qazaxıstan “orta xətt” prinsipi ilə bölgü ilə razılaşıb və müqavilə imzalayıblar.
İran isə bu mövqeyindən nəinki əl çəkməyib, hətta onu elə səviyyəyə çatdırıb ki, 2001-ci ilin 23 iyulunda Xəzərin dərin hissəsində yerləşən “Araz-Alov-Şərq” strukturlarında BP şirkəti geofiziki kəşfiyyat işlərini dayandırmağa məcbur oldu. Düzdür, o zaman Azərbaycan tərəfi məsələni daha da mürəkkəbləşdirməmək üçün həmin strukturlarda işləri bu günədək bərpa etməyib və məsələni Xəzərin hüquqi statusu həllini tapanacan təxirə salıb.
Ancaq İranın arzusu tam başqa olub. Belə ki, o, Xəzərin dərin sularında qazma aparmaq istəyirdi. Təəssüf ki, bunun üçün onun qazma avadanlığı yox idi. Belə bir qurğular Xəzərdə yalnız Azərbaycana var idi.
Öz arzusunu gerçəkləşdirmək üçün İran nəhayət 2007-ci ildə Mazandaran vilayətinin tərsanələrinin birində Xəzər sahilində İsveçin GVA şirkəti ilə Müştərək müəssisə quraraq “İran-Alburz” adlı üzən qazma qurğusunun tikintisinə start verdi. 2009-cu ilin fevralında platformanın tikintisi başa çatdı. Aprel ayında platforma qazma nöqtəsinə yola salınarkən onun adı dəyişdirilərək “Əmir Kəbir” adlandırılmış və bir ay sonra İranın “Neft Xəzər” şirkəti qazma işlərinə başlamışdı.
Hələ o zaman Azərbaycan KİV-lərinin bu faktla bağlı narahatçılığına münasibət bildirən Xarici işlər nazirinin müavini, Xəzərin hüquqi statusu ilə bağlı Azərbaycan tərəfdən İşçi qrupun rəhbəri Xələf Xələfov bildirmişdi ki, “İranın Xəzərdə quyu qazması Azərbaycanla İran arasında dənizin delimitasiyası üzrə müzakirələrə zidd deyil”. Onun sözlərinə görə, Azərbaycan tərəfi İranın Xəzərdəki qazma işləri ilə tanış olub və araşdırmalardan məlum olub ki, İranın fəaliyyəti Azərbaycanın suveren hüquqlarını pozmur.
Yəni, bunun indiki açması budur ki, İranın açdığı qaz yatağı tərəflər arasında hazırda və gələcəkdə mübahisə predmeti deyil.
Doğrudanmı meqa yataq?
Təbii ki, bunu kənardan təsdiq etmək mümkünsüzdür. Ancaq bəyan edilən həcmlərə də inanmaq çətindir.
Xəzərin Azərbaycan və Türkmənistan hissələrində son 15 ildə təqribən 20 kəşfiyyat quyusu və bundan 2 dəfə çox qiymətləndirmə quyuları qazılıb. Aparılan qazma işlərinin nəticələrinə əsasən onu demək olar ki, artıq Xəzərin dərin sularında neft yatağı tapmaq imkanı yox dərəcəsindədir. Ancaq qaz yataqlarının aşkar edilməsi ehtimalı var.
Bunun bariz nümunəsi kimi 2011-cü ilin yayında açılan “Abşeron” qaz yatağını göstərmək olar. Geoloqlar diqqəti bir şeyə çəkirlər ki, iri qaz yataqları Xəzərin nəinki dərin sulu hissəsində, həm də dərin qatlarında cəmləşir. Məsələn, 2003-cü ildə “Abşeron” yatağında ilkin kəşfiyyat zamanı açılan laylar 6300 metr dərinlikdə idi, ancaq oradakı ehtiyatlar kommersiya baxımından cəlbedici həcmdə deyildilər. 2011-ci ildə açılan laylardakı ehtiyatlar isə təqribən 7200-7300 metr dərinlikdə yerləşirdi. O cümlədən “Şah-dəniz” yatağının dərin qatlarındakı laylar 7100 metr dərinlikdə cəmləşiblər.
Bu baxımdan İran tərəfin elan etdiyi yataq Xəzərin daha dərin sularında yerləşir, burada laylara olan təzyiq daha yüksək olmalıdır və qaz yatağı da daha dərində yerləşməlidir. Ancaq İran rəsmilərinin “Əmir Kəbir” qazma platformasının texniki parametrləri ilə bağlı bəzi açıqlamaları müəyyən şübhələr yaradır.
Belə ki, bu platforma dənizdə suyun 1030 metr dərinliyində işləsə də, qazma dərinliyi cəmi 6000 metr intervalında məhdudlaşıb (Azərbaycanın analoji qurğuları isə 8-9 min metrədək qaza bilirlər). Belə çıxır ki, Azərbaycan sularında 7 min metr dərinlikdə olan qaz layları İran tərəfdə 1,5-2 min metr Yerin üzünə doğru çıxmağa başlayır? Nəsə inandırıcı görsənmir...
Qazdan yararlanmaq siyasəti
İran prezidenti Mahmud Ahmadinejad isə iddia edib ki, “yeni yataqlar (baxmayaraq ki, cəmi 1 yataq açılıb – İ.Ş.) Xəzər dənizi rayonunda vəziyyəti və enerji balansını tam dəyişəcək”. O, həmçinin əmindir ki, yeni qaz yatağının kəşfi İranın Xəzər dənizi və yaxın rayonlarda siyasi rolunu artıracaq.
Əgər güman etsək ki, İran həcminə görə Xəzərdə ikinci “Şah-dəniz” yatağı əldə edib, bu, bölgənin enerji balansına rəsmi Tehranın təsirini heç də kifayət qədər dəyişməyəcək. Nəyə görə?
Ona görə ki, təsir etmək üçün ilkin növbədə sözügedən qaz yatağı işlənməli və kapitala çevrilməlidir. Əks təqdirdə, o, sadəcə balans ehtiyatından başqa bir şey deyildir. Onun işlənməsi üçün isə İranın texnologiyası yoxdur.
Adicə bir fakt: “Şah-dəniz”in “Mərhələ-2” layihəsi dənizin 450-550 metr dərinliyində yerləşir. Burada elə bir mürəkkəb texnologiya tətbiq ediləcək ki, qazı hasil etmək üçün dünyanın ilk onluğuna düşən şirkətlərin heç də hamısı buna malik deyil. İrana qarşı isə sanksiyalar mövcuddur, demək xarici şirkətlərin köməyinə də ümid bağlamaq olmaz.
Fərz edək ki, İran həmin yataqdan qaz hasil edə bildi. Bəs, onu hara ixrac edəcək? Bütün Xəzəryanı ölkələr qaz hasilatı ilə məşğuldur. Avropaya ixrac hələlik mümkün deyil. Gələcəkdə mümkün olacağı təqdirdə isə İran özünə Rusiya kimi rəqib qazana bilər. Özü də Kreml İranı onun əzəli bazarına girişmək cəhdinə görə çox ciddi cəzalandıra bilər, hətta Xəzərin statusu məsələsində “dənizin bölünməsinin” yalnız Sovet İttifaqından ayrılmış dövlətlərin suveren hüququ olduğunu gündəmə gətirə və yeni açılan yatağı olun əlindən “ala da bilər”.
Ona görə də çox güman ki, tapılan qaz hələ ki, uzun müddət siyasi alət kimi istifadə ediləcək, nəinki mavi yanacaq kimi.
Bunlar müəllifin şəxsi təhlillərinin nəticələridir.
Xəbər analizi

...çox güman ki, tapılan qaz hələ ki, uzun müddət siyasi alət kimi istifadə ediləcək, nəinki mavi yanacaq kimi.