Keçid linkləri

Təcili xəbərlər

Siyasi məhbus probleminin həlli varmı?


17 aprel aksiyası
17 aprel aksiyası
Avropa Şurasının siyasi məhbuslar üzrə məruzəçisinə müxtəlif bəhanələrlə viza verməməklə məsələni həll etmək mümkün olsaydı, bəlkə də bu suala da ehtiyac olmazdı. Amma siyasətdə bir məsələni gündəliyə gətirmək nə qədər asandırsa, onu gündəlikdən çıxarmaq bir o qədər çətindir. İndi əgər məhbus məsələsi gündəliyə gəlibsə, o, hansısa bir formada çözülməlidir.

Bir vaxtlar ABŞ Konqresində 907 saylı düzəliş çox sürətlə qəbul edildi. Amma onun heç olmasa qüvvəsinin dayandırılması üçün nə qədər vaxt keçdi? Bunu ona görə yada salırıq ki, Qərb institutlarının fəaliyyət xüsusiyyətləri ilə bağlı azca da olsa bir təsəvvür yaradaq, hərçənd buna ehtiyac yoxdur, çünki ölkə artıq neçə illərdir ki, Avropa institutları ilə təmasdadır. Amma bu təmas özünün Şərq üslubu ilə adamda təəccüb və təəssüfdən başqa bir şey oyatmır.

Ola bilsin, bu, həm də siyasətə baxışla bağlıdır. İndiki məmurların, siyasətçilərin kənardan gələn ekspert və müşahidəçi korpusu ilə davranışının təkcə sovet təcrübəsi, modeli var. Sovetlər vaxtında «yuxarı»dan, mərkəzdən gələnlərlə necə davranılırdısa, həmin təcrübəni eynilə yeni korpusa da şamil etməyə cəhd edirlər. Və yaxud da Avropanın daha loyal ekspertlərinin iştirakı ilə bir təbliğat şousu keçirməyə cəhd edirlər. Belə təbliğat tədbirlərindən biri elə bu yaxınlarda oldu.

Məlum olduğu kimi, Norveç hökuməti yerli hüquq fəalları ilə birlikdə siyasi məhbus problemini araşdırmaq üçün işçi qrup yaradıb. İndi bu addımı Azərbaycanın daxili işlərinə qarışmaq kimi yozmağa cəhd edirlər. O qədər bəsit və mübahisəli arqumentlər gətirilir ki, adam təəccübdən əllərini yelləməkdən başqa çarə görmür. Məsələn, deyirlər ki, indi dünyanın heç bir yerində siyasi məhbus yoxdur! Onda avtoritar idarəçilikdən azad olan və ya azad olmağa cəhd edən ölkələrdə azadlığa buraxılmış və ya həbs edilmiş bu qədər insanı necə adlandıraq? Onlar siyasi məhbus deyilmi? Tək Suriyada etiraz aksiyaları başlayandan bir neçə min dinc etirazçı qətlə yetirilib. Onları necə
17 aprel aksiyası
17 aprel aksiyası
adlandıraq?

Azərbaycanın müstəqil qəzetləri də hər gün 18 məhbusun fotosunu dərc edir. Bu insanlar etiraz aksiyalarında iştirak etdiklərinə görə müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər. Onlar necə adlandırılsın?

SİYASİ MƏHBUS PROBLEMİ NİYƏ BELƏ DÜYÜNƏ DÜŞDÜ?

Bir vaxt Avropa Şurası qısa müddət ərzində yüzlərlə insanın azad olmasına nail ola bildi. Həmin vaxtlar yerli hüquq müdafiəçiləri də çox fəal idilər, hər biri siyasi məhbusların sayını müəyyənləşdirməyə çalışır və birgə fəaliyyət nəticəsində bu siyahıları dəqiqləşdirirdilər. Tez bir zamanda bir neçə hüquq müdafiəçisi ölkədə əməlli – başlı məşhurlaşmışdı, hətta hakimiyyət dairələri onlardan ehtiyat edirdi. Bəs sonra nə baş verdi? Parçalanmalar, hakimiyyət dairələrinə qarşı münasibəti dəyişmək, daha loyal olmaq halları baş verdi. O vaxt ən böyük səhv isə onda oldu ki, yerli hüquq müdafiəçiləri problemi öz yerli hakimiyyəti ilə çözmək haqqında öhdəlik götürdülər, necə deyərlər, işlər yerli hakimiyyətin və hüquq müdafiəçilərinin öhdəsinə buraxıldı. Məsələnin yenidən Avropa Şurasının diqqətinə gətirilməsi üçün təkrar cəhdlər başladı və həmin cəhdlər bu gün də davam edir. İndi hakimiyyət müxtəlif vasitələrlə məsələnin yenidən aktuallaşmasının qarşısını almağa çalışır. Ya ölkədə heç bir siyasi məhbusun olmadığını bildirir, ya Avropa Şurasının ekspertlərinin bəzisinə viza verir, digərinə isə vermir, ya da ki, başqa üsullara əl atırlar...

HAKİMİYYƏTİN ƏSAS ARQUMENTİ

Hakimiyyətin əsas arqumenti budur ki, Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyası tanınıb, onun qərarları icra edilir, müvafiq təzminatlar ödənir və özünü siyasi məhbus hesab edən adam Avropa Məhkəməsinə müraciət edərək özünün azadlığa çıxmasına nail ola bilər. Bəli, ilk baxışda məntiqlidir və normal arqument kimi qəbul edilə bilər, lakin bir sıra problemlər olmasa. Birincisi, Avropa Məhkəməsi fərdi işlərə baxır, heç də hamının işini icraata götürə bilmir. İkincisi, Avropa Məhkəməsinin qərarlarını icra etməmək üçün ağlagəlməz üsullara əl atılır.
Avropa İnsan Haqları Məhkəməsi
Avropa İnsan Haqları Məhkəməsi
Çox güman, Eynulla Fətullayevin işi yaddadır. Məhkəmənin qərarını düzgün icra etməmək üçün hansı üsullardan istifadə edilmədi? Axırda məsələ ənənəvi olaraq əfv etməklə bitdi. Bunun özü ciddi problemdir. Bu ölkədə bəraət almaq müşkül məsələdir, burada əfv edilmək öz haqları uğrunda çarpışan adamın nail ola biləcəyi ən böyük nəticədir.

ŞƏRQİ AVROPA ÖLKƏLƏRİ NECƏ TƏMSİL EDİLİR?

Bu da ciddi sualdır. İndi Azərbaycan TŞ – da Şərqi Avropa ölkələrini təmsil edir. Bu məsələyə özlərinin azad olunacağı günü səbirsizliklə gözləyənlərin nəzərindən baxanda görürsən ki, azı Avropa ölkələri Azərbaycanı seçmək və ona səs verməklə növbəti dəfə öz prinsiplərindən uzaqlaşıblar. Necə ki, bir neçə illər əvvəl bunu etmişdilər. Bir vaxtlar Azərbaycan Avropa Şurasına üzv seçilərkən onun hələ belə etimada hazır olmadığı bildirilirdi. Lakin Şura Azərbaycanın qarşısında öhdəliklər qoydu və ona vaxt verildi. Azərbaycana inandılar. Necə deyərlər, inanmaq qəbahət deyil, söz verib əməl etməmək qəbahətdir, ən azı dünyanın mədəni kəsimində...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG