'Ağıllı' şalvar istədiyin kimi tərpənməyə kömək edəcək

XoSoft

Bəzi xroniki və genetik xəstəliklər hərəkət pozğunluğu doğurur.

Statistik rəqəmlərə görə, təkcə Avropada 3.2 milyon əlil arabasıyla gəzən, 40 milyon da köməksiz hərəkət edə bilməyən insan yaşayır.

Artıq çəliksiz, qoltuq ağacı olmadan hərəkət edə bilməyən insanlara «ağıllı» şalvar kömək edəcək. Bu layihənə üzərində 7 Avropa ölkəsindən müxtəlif tədqiqat qrupları çalışır.

«XoSoft» adlanan geyim sistemi ayaqların aktivliyini saxlamağa, əzələ atrofiyası xəstəliklərini önləməyə kömək edəcək. Görünüşcə adi şalvara bənzəyən yumşaq ekzoskelet qoca və əlillərin hərəkətliliyini artırmaq, sağlamlıq durumunu yaxşılaşdırmaq üçün düşünülüb.

Geyimin üzərindəki sensorlardan yararlanan istifadəçi gərəkli hərəkətlərini yönəldə biləcək. «Ağıllı» şalvar hərəkət sərbəstliyini də təmin edəcək.

Avropa Birliyi və İsveçrə hökuməti layihənin gerçəkləşdirilməsinə 5.4 milyon avro ayırıb.

Geyimin ilk funksional prototipinin 2019-cu ildə hazır olacağı gözlənilir.