WhatsApp söhbətlərini “üçüncü tərəf” oxuya bilməyəcək

►İndən belə mesajları göndərən də, alan da şifrəli ünsiyyət quracaqlar

Populyar mesajlaşma proqramı WhatsApp-a vacib bir yeniləmə gəlib.

Proqramın yeni versiyası çoxdan üzərində çalışılan şifrələmə sistemini aktivləşdirib.

Yeni şifrələmə metodu mesajların 3-cü tərəfə keçməsinin önünü kəsir. İndən belə mesajları göndərən də, alan da, bir növ, şifrəli ünsiyyət quracaqlar.

SÖHBƏTLƏRİ HEÇ “WHATSAPP” DA GÖRƏ BİLMƏYƏCƏK

Şifrələməni “Open Whisper System” gerçəkləşdirir.

Əksər internet şirkətləri mesajları serverdə saxlamaq üçün şifrləyir, ancaq bəzi məqamlarda, məsələn, məhkəmənin qərarı ilə bu mesajların şifrəsini açmaq olar. “WhatsApp”ın yararlandığı texnologiya mesajları heç bir halda deşifrləməyə imkan verməyəcək. Yəni, dövlətlər, hakerlər və hətta WhatsApp-ın özü də mesajları oxumaq üçün gərək istifadəçinin telefonuna sahiblənsin. Əks halda, mesajları, sadəcə, bəlli simvollar şəklində görəcəklər, səslər də açılmayacaq.

___________________________________________________________

Bunlara da bax:
Cavid Hüseynov: “Elşəni mən göndərmişdimsə...”- [Video]
"Cəbhədəki əsgərlərə dəstək" aksiyası

___________________________________________________________

NECƏ YOXLAMAQ OLAR?

WhatsApp söhbətlərinə önəm verirsənsə, nə qədər güvəndə olduğunu özün yoxlaya bilərsən. Bundan ötrü söhbətarası işaran sarı rənglə işarələnmiş hissəyə tıkla və yoxlamaq istədiyin şəxsin profilinə daxil ol. Ardından “şifrələmə” yazılan bölməyə baxıb, QR kodu qarşı tərəflə dəqiqləşdir. Bu kod üst-üstə düşürsə, demək, mesjlarınız güvəndədir.

Xidmət WhatsApp-ın Android, iOS, Windows Phone istifadəçiləri üçün çatımlıdır. Bunun üçün, sadəcə, proqramın son versiyasından yararlanmaq lazımdır.