Təyyarə qəzadan belə xilas olur (VİDEO)



Təyyarə qəzaları haqda xəbər eşidəndə heç özünə sual vermisən ki, bu uçan maşınların belində bir nəhəng paraşut niyə quraşdırmırlar axı?

Aerodinamikadan və mühəndis təfəkküründən uzaq olan adamların tez-tez verdiyi bu suala mütəxəssislər bir qayda olaraq cavab verirlər ki, təyyarə qəzaları əsasən havaya qalxan və ya yerə enən anda baş verir, və ya ekstremal yüksəklikdə və böyük sürət zamanı açılan paraşut sərnişinlərin olümü ilə nətciələnə bilən təzyiq dəyişikliyi yaradır və sair.

Lakin məlum olur ki, aerosənaye mühəndislərin bu məsələyə münasibəti ancaq nəzəri bəhanlərlə kifayətlənmir. Təyyarə paraşütü artıq reallıqdır.

Avstraliyada təsadüfən çəkilən bu videodan görünür ki, paraşutlə təhciz olunmuş azından 1 təyyarə mövcuddur və öz birbaşa funskiyasını çox yaxşı həyata keçirir.

İTN agentliyinin yaydığı videoda ilə bağlı bildirilir ki, motoru dayanan kiçik təyyarə Avstraliyanın Blue Mountains adlı ərazisində yerə enib. Xəbərdə əsasən, 1300 metrlikdə açılan paraşut təyyarəni və içindəki 4 sərnişini sakitcə kiminsə bağına endirib. Sərnişinlərdən ancaq birinin yüngül yaralandığı bildilir. Təyarə də, təbii, tam zədəsiz deyil, amma çox güman ki, adi təmirdən sonra yenidən uça bilər.

Deyəsən bəşəriyyət təyyarə "profilaktoriyaları" dövrünə qədəm qoymaq üzrədir.