►Saytın tarixində yeni səhifə açılır
“YouTube” videoplatforması yeniliyə hazırlaşır və “Bloomberg”in yazdığına görə, “Unplugged” adlı yeni xidmət üzərində çalışır.
İstifadəçilər bu xidmətdən yararlanaraq, televiziya kanallarını “YouTube”dan izləyə biləcəklər.
Hələlik, razılıq əldə edilməsə də, bu məqsədlə “NBCUniversal”, “Viacom”, “21st Century Fox” və “CBS” kimi iri media qurumları ilə görüşlər keçirilir.
Şirkət 2012-ci ildən bəri həmin xidmət üzərində çalışır.
Yeniliyin 2017-ci ildən istifadəyə veriləcəyi və xidmətin istifadəçilərə aylıq, ən çoxu, 35 dollara başa gələcəyi gözlənilir.