'Alan məmnun, verən məmnun'

Tayyip Erdogan və Vladimir Putin

►Fakt budur ki, Erdogan, Netanyahu və Putin hər kəsin gözlədiyindən daha çevik olduqlarını ortaya qoydular

Abbas Djavadi

RFE/RL-in regional direktoru, "Türkiyə dəftəri" bloqunun müəllifi

TÜRKİYƏ ÜZR DİLƏYİB YOLUNA DAVAM EDİR

Hamı deyirdi ki, bu baş verməz.

Deyirdilər, Türkiyə prezidenti Recep Tayyip Erdogan heç vaxt üzr istəməz. O həqiqətən də üzr istəyən tiplərdən deyil.

İsrail və Rusiya ilə barışmaq? Heç vaxt! Deyirdilər, Erdogan İsrail qarşısında duruş gətirən islamçıdır (doğrudan?). Qətiyyən üzr istəməz!.

Bəs Rusiya? Deyirdilər, Türkiyə ilə Rusiya Suriyada fərqli cəbhələrdə yer alıblar. Heç vaxt üzr istəməz!

Ancaq iyunun 27-də iki xəbər bizi təəccübləndirdi: əvvəl İsrail, sonra da Rusiya. Bəli, eyni gündə, bir-birinin ardınca. Qəzzaya üz tutmuş "Mavi Marmara" türk yardım gəmisinə hücumdan yeddi il, Rusiyanın Su-24 döyüş təyyarəsinin Suriya -Türkiyə sərhədində vurulmasından yeddi ay sonra Türkiyə bu ölkələrlə münasibətləri normallaşdıracaq.

Bu iki insidentlə bağlı Türkiyə İsraildən, Rusiya isə Türkiyədən üzr istəməsini tələb edirdi.

Hamı düşünürdü ki, heç bir üzr istəmə olmayacaq. Ancaq bu və ya digər şəkildə ikisi də oldu və işə yaradı da.

Türkiyədə müxalifət və tənqidi media bu iki üzr istəmədən sonra yaxşı suallar verməyə başlayıb, ancaq heç kim bu suallara əminliklə cavab verə bilmir.

____________________________________________________________

Bunlara da bax:
Valyuta ehtiyatları 12 milyard azalıb
Türkiyənin turizm sektoruna 15 milyardlıq zərbə

____________________________________________________________

"Fələstinlilərlə qardaşlıq" barədə bütün o danışıqlar və şüarlar nə idi? Onda sən niyə rus döyüş təyyarəsini yerə salıb fəxrlə özünün ruslara qarşı nə qədər sərt olduğunu elan edirdin? Cəmi yeddi aydan sonra üzr istəmək? Tərəfdarlar və əleyhdarlar mübahisə etməyə başladılar: Erdogan "təəssüf etdiyini", yoxsa "üzr istədiyini" deyib?

Türk mətbuatı iki versiya göstərir. Öz siyasi baxışlarına görə bunu "üzr istəmə" adlandıran da var, "təəssüf ifadəsi" adlandıran da. Belə görünür ki, Erdoganın məktubunda bu ifadələrin ikisindən də istifadə edilib.

O, öldürülmüş rus pilotunun ailəsindən, yaxud Rusiya prezidenti Vladimir Putindən üzr istəyibmi? Erdoganın ofisinin üç il əvvəl Twitterdə yaydığı, çox sayda paylaşılmış bir videoda Erdogan indi Türkiyənin keçmişə nisbətən nə qədər güclü olduğunu deyir: "Köhnə Türkiyə geridə qaldı. Boynunu bükmüş Türkiyə , hər şeyə razı olan, gündəmi başqaları tərəfindən diktə olunan Türkiyə, üzr istəyən Türkiyə geridə qaldı."

Mən Erdoganı çox ənənəvi türk hesab edirdim və onun "əsl kişi heç vaxt sözünə xilaf çıxmaz" türk atalar sözünə sadiq olacağını gözləyirdim. Daha sərt tənqidçilər hətta bizə "kişi tüpürdüyünü yalamaz" atalar məsəlini xatırladırlar.

Ancaq belə görünür ki, onun üçün fikrini dəyişmək problem olmayıb. Məntiq güc gəldi. Emosiyalar geri çəkilməli oldu.

İndi də qoy təhlilçilər təhlil etsinlər, jurnalistlər yazsınlar, küçədəki insan da cavab axtarsın. Bəlkə də hərənin sözündə bir həqiqət var, bəlkə də heç yoxdur. Mən hər iki tərəflə, həm tərəfdarlarla, həm də əleyhdarlarla müzakirələrdə onları sakitləşməyə çağırmışam. Mən onlara başqa bir türk atalar məsəlini xatırlatmışam: “Alan memnun, veren memnun.”

Hər iki tərəf etdiklərindən məmnundur. Hər iki tərəf də savaşmaqdansa barşmağın ölkələri üçün, regionda sülh və rifah üçün daha yaxşı olduğuna ümid edir.

Fakt budur ki, Erdogan, İsrailin baş naziri Benjamin Netanyahu və Putin hər kəsin gözlədiyindən daha çevik olduqlarını ortaya qoydular. Bu isə bəlkə də hər üç ölkə üçün və bütün region üçün ən yaxşısıdır - inşallah.

Buna da bax: İstanbul hava limanındakı partlayışların şahidləri

Sizin brauzer HTML5-i dəstəkləmir

İstanbul hava limanındakı partlayışların şahidləri

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda - 29 iyun

Sizin brauzer HTML5-i dəstəkləmir

İqtisadçıların gözündən yayınmayan "unikal" Azərbaycan reallığı

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında

İsraillə sazişdən sonra terror təsadüfdir?