►Təyyarə Atlantik okeanını maye yanacaq işlətmədən keçdi
Günəş enerjisi ilə işləyən "Solar Impulse 2" təyyarəsi bir damcı da maye yanacaq işlətmədən Atlantik okeanını keçməklə tarix yazıb.
Bu hava gəmisinin qanadlarının uzunluğu Boeing 747-ninki qədər olsa da, çəkisi cipin çəkisi qədərdir.
Təyyarə Nyu Yorkun Kennedy hava limanından yola düşüb və 71 saat 8 dəqiqəlik uçuşdan sonra İspaniyanın cənubundakı Sevilya şəhərində yerə enib. Pilot Betrand Piccard İsveçrə vətəndaşıdır. O, ixtisasca psixiatr və hava şarı mütəxəssisidir. Havanın Sevilyaya enməyə imkan verməyəcəyi təqdirdə pilot ehtiyat planlarından istifadə edərək Fransadakı hava limanlarına enəcəkdi.
Betrand Piccard deyir ki, müasir macərapərəst üçün uçuş nə qədər uzun olsa, bir o qədər yaxşıdır.
Piccard yola düşəndən sonra Twitterdə bir neçə post paylaşıb. O, tvitlərdən birini Atlantik okeanına çatan kimi göndərib. Digər tvitlərində o, təyyarənin aşağısında görünən balinaların, buzlaqdan qopmuş aysberqin və bir neft tankerinin şəkillərini paylaşıb. Neft tankerinin şəkli olan tvitdə biz sanki maye yanacaqla "Solar Impulse"un istifadə etdiyi yaşıl texnologiyanın müqayisəsini görürük.
Piccard bu uçuşa "illərlə" hazırlaşıb. O deyir ki, bu nəqliyyat vasitəsinin artıq yetkin olduğunu sübut etmək üçün Atlantikanı keçmək istəyən pionerlərdən ilham alıb.
"Mən uşaqlıqda Amerika təyyarəçisi Charles Lindberghlə görüşmüşəm. Mən hava şarlarını, buxar gəmilərini - Atlantik okeanını keçmək istəyən hər bir nəqliyyat vasitəsini görmüşəm. İndi də ilk dəfədir ki, bu, günəş enerjisi ilə işləyən təyyarədir," deyə Piccard danışır.
"Mən öz komandamla birlikdə göstərmək istəyirdim ki, bu gün təmiz texnologiya inanılmaz nəticələr göstərir. Bu gün siz yanacaqsız daha uzun müddət uça bilərsiniz və siz təbiətin gücü ilə, günəşin köməyilə uçursunuz. İndi enerji baxımından yeni eradır və mənim insanları ilhamlandırmaq istədiyim məsələ də budur."
"Solar Impulse 2" layihəsi Betrand Piccardla isveçrəli mühəndis və biznesmen Andre Borschbergin beyninin məhsuludur. Hava gəmisində təkcə bir yer var. Ona görə də layihə müəlliflərinin hərəsi səfərin bir mərhələsində təyyarəni idarə edib.
100% günəş enerjisi ilə işləyən təyyarə artıq səyahətinin 15 mərhələsini tamamlayıb.
Səyahətinə 2015-ci ilin martında başlamış hava gəmisinin ötən il yayın sonunda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə enməsi planlaşdırılırdı.
Ancaq təyyarənin Çində arzuolunmaz hava şəraiti ilə qarşılaşması səyahətin həftələrlə təxirə salınması ilə nəticələnib. Yaponiyada isə hava gəmisi tufanda zədələnib.
Borschberg təyyarəni ötən ilin iyulunda Yaponiyanın Naqoya şəhərindən Havay adalarına qədər idarə edib. Səyahətin bu mərhələsi 118 saatdan bir qədər az davam edib. Bu uçuş günəş enerjisi ilə işləyən hava gəmisinin ilk okean keçidi hesab olunur.
İndi isə Borschberg Misirə uçmalıdır. Piccard isə səyahətin Misirdən Abu Dabiyə qədər olan sonuncu, tarixi mərhələsini həyata keçirəcək.
Səyahətin yekun mərhələsi yayın sonu üçün planlaşdırılır. Beləcə, "Solar Impulse 2" Yer ətrafında 35000 kilometrlik səyahətini başa vurmuş olacaq.
DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda - 23 iyun
Azərbaycan özünü keyfiyyətli, hamı üçün əlçatan qiymətə ərzaqla niyə təmin edə bilmir? Son beynəlxalq hesabatda Azərbaycan
Sizin brauzer HTML5-i dəstəkləmir