Şərhçi: "Azərbaycanlılar özləri haqda təsəvvürü dəyişdilər"

Azərbaycan - hərbi parad

►Bu bir neçə gündə azərbaycanlılar göstərdilər ki, onlar yalnız yanıqlı-yanıqlı “Qarabağ şikəstəsi” oxumağı deyil, həm də döyüşməyi bacarırlar...

STATUS-KVO MƏQBUL DEYİLSƏ...

Təxminən iki ay əvvəl ATƏT sədri F.V.Steinmeier BMT-dəki çıxışında demişdi ki, münaqişlərə baxışda “dondurulmuş” sözünü qəbul etmir.

O vaxt bu, insanlarda bir ümid doğurmuşdu. Ancaq deyilən söz hər hansı təşəbbüsə yol açmadı – Minsk Qrupunun həmsədrləri bu vaxtadək hansı ətalətlə çalışmışdılarsa, elə o cür də davranmağa davam etdilər.

Əvəzində isə aprelin ilk günlərində təmas xəttində böyük hərbi qarşıdurma yaşandı. Hər iki tərəfdən – həm Azərbaycan, həm də Ermənistan böyük itkilər barədə məlumat var.

Amma son illərdə ilk dəfə Azərbaycan açıq hərbi üstünlük göstərdi: bir neçə yüksəklik götürüldü və Ermənistan bu dəfə daha çox itiki verməli oldu. Aprelin 5-də isə növbəti dəfə atəşkəsə dair razılıq əldə olundu...

Bir məsələ olmasaydı, bir -iki cümlə ilə hamıya bəlli təfərrüatları təkrarlamazdıq. Böyük dövlətlər, böyük təşkilatlar “dondurulmuş münaqişə” ifadəsini qəbul etmir, mövcud status-kvonu məqbul saymır, di gəl... Di gəl, bunun əvəzində heş nə təklif etmirlər.

___________________________________________________________

"Hələ ki, Qarabağ probleminin gedişində həlledici dönüşün başlandığını iddia etmirəm, amma... Amma dönüş başlanır".

___________________________________________________________

Halbuki uşağa da aydındır ki, münaqişə dondurulmursa, üstəlik, sülh yoxdursa, onda bircə yol qalır – hərb... Düzdür, məsələ buna çatınca, hamı bir nəfər kimi hərbi əməliyyatlardan “rahatsızlığını” bildirir.

Çox təəssüf ki, bir məsələ düzgün yozulmur. Əslində, atəşkəs münaqişənin həlli deyil, olsa-olsa, məsələnin siyasi çözümünün ərəfəsidir. Başqa sözlə, siyasi çözüm tapmaq üçün bir növ “taym-aut”dur. Atəşkəs ona görə elan edilir ki, məsələnin siyasi həlli tapılsın...

NƏ HƏRB, NƏ DƏ SÜLH...

Sizin brauzer HTML5-i dəstəkləmir

Orta məktəbi və evi "qrad"la vurublar

​Elə bu səbəbdən təminat yoxdur ki, sabah, ya da bir başqa gün münaqişə yenidən alovlanmayacaq. Bundan ötrü yetərincə zəmin var. Bu günlərdə Rusiya nəşrlərindən birində Dağlıq Qarabağ və Ermənistandakı silahların siyahısı verilmişdi. Təsəvvür edin, Dağlıq Qarabağda tank və döyüş maşınlarının sayı Ermənistandan çox idi!..Məsələnin siyasi həllinin tapılmasına 22 il yetərli olmalı idi. Amma siyasi həll tapılmayıb, çünki Ermənistan hər dəfə bir bəhanə ilə yaxasını qırağa çəkir. İndi uzun müddətdir ki, ortalıqda “Madrid prinsipləri” deyilən təkliflər var. Bakı o prinsipləri, demək olar, qəbul edir. Amma Ermənistan Dağlıq Qarabağın statusu müəyyənləşdirilənədək işğal olunmuş rayonların boşaldılmasına razılıq vermir. Belə olan təqdirdə nə etməli? Təəssüf ki, məsələni ölü nöqtədən tərpətmək üçün həmsədrlərin heç bir təsir vasitəsi yoxdur və yaxud onlar belə bir vasitəni heç aramırlar da...

Kiçicikk bölgəgə bu qədər silah-sursat toplamaq kimə lazımdır? Bu silah haradan gəlir? Məncə, sualın cavabını tapmaq üçün baş sındırmaq lazım deyil – onları Rusiya verir...

Elə o üzdən münaqişənin siyasi həllinin tapılacağına ümidlər bir o qədər böyük deyil. Amma bir dəyişiklik var. Bu bir neçə gündə azərbaycanlılar göstərdilər ki, onlar yalnız yanıqlı-yanıqlı “Qarabağ şikəstəsi” oxumağı deyil, həm də döyüşməyi bacarırlar...

ZƏİF AZƏRBAYCAN KEÇMİŞDƏ QALDI...

Bilirsiniz, diqqətlə baxanda görürsən ki, Qarabağ prosesi bu vaxtadək böyük bir tragikomediya olub. İndi sərəncamında olan torpaqları Ermənistan elə asanlıqla tutmuşdu ki, onda azərbaycanlılar haqqında çox yanlış təsəvvür formalaşmışdı. Son vaxtlar bu təsəvvür və təəssüratı dağıtmaq mümkün oldu. İndi hamıya aydındır ki, Azərbaycanın yetərincə güvənli müdafiə sistemi var.

Ermənistanın durumu yenidən dəyərləndirmə imkanı olacağına ümid edək Bu, indiki zamanda çox vacibdir. Hələ ki, Qarabağ probleminin gedişində həlledici dönüşün başlandığını iddia etmirəm, amma... Amma dönüş başlanır.

Əslində, belə də olmalıdır. Azərbaycanın iqtisadi imkanlarını, insan resurslarını, təbii ehtiyatlarını və sənaye potensialını Ermənistanla müqayisə etmək belə olmur. İmkanlar böyükdür. Azərbaycan bu vaxtadək yalnız ona görə uduzurdu ki, həmin rəsurslar yetərincə səfərbər edilmirdi. Amma artıq bu da bir keçmişdir – həyat hamını öyrədir. Azərbaycanlılar da öyrənirlər, ilk növbədə də elə öz səhvlərindən...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir

Sizin brauzer HTML5-i dəstəkləmir

Cəbhə xəbərləri. Media peşəkar davrandımı?