►Hər kəs əvvəlkindən 4 dəfə artıq, yəni 1 dəqiqəlik video paylaşa biləcək
Fotopaylaşım şəbəkəsi olan Instagram-ın 2013-cü ilin iyunundan bəri videoxidməti var. Sosial şəbəkədə bu günədək yalnız 15 saniyəlik videoları paylaşmaq mümkün idi.
Instagram-ın rəsmi bloqunda verilən məlumata görə, son yarımildə video izləyənlərin sayı 40 faiz çoxalıb.
Bu marağı nəzərə alan sosial şəbəkə artıq hər kəsə əvvəlkindən 4 dəfə artıq, yəni 1 dəqiqəlik video paylaşmaq imkanı verəcək.
Bir müddət öncə - sınaq məqsədi ilə reklamverənlərə belə bir imkan yaradılmışdı.
Instagram yeni versiyasında (7.19) iOS platformalı cihazlar üçün 7.19 “multi-clip” videoredaktə funksiyasını da işə salacaq.
Video ilə bağlı yeniliklərin ilboyu davam edəcəyi bildirilir.
Buna da bax: Tbilisinin məşhur "Kükürd hamamları" bağlanır
Sizin brauzer HTML5-i dəstəkləmir