►Bu qurğu müstəntiqlərin qəza hallarını araşdırmasına yardımçı olacaq.
Almaniya özü-özünü idarə edən avtomobillərə qara qutuya bənzər məlumat rekorderi yerləşdirmək barədə düşünür. Bu qurğu müstəntiqlərin qəza hallarını araşdırmasına yardımçı olacaq.
Ölkədə bununla bağlı yeni qanun da hazırlanır. Nəqliyyat və Rəqəmli İnfrastruktur Nazirliyi BBC-yə sənəd üzərində işin hələ tamamlanmadığını bildirib.
Sözügedən qurğu avtonom rejimdə hərəkət etdiyi zaman kompüterin qərarlarını yazıb yaddaşında saxlayacaq. Bu, qəzanın səbəbini daha tez tapmağa yardım edə bilər.
Qanun layihəsinin bu yay təsdiqlənmək üçün digər nazirliklərə göndərilməsi gözlənilir.
May ayında "Tesla"nın avtopilot rejimində işləyən bir avtomobili ağır qəzaya uğramışdı. Bu qəzadan sonra özü-özünü idarə edən avtomobil texnologiyası yaxından araşdırılmağa başlanıb.
"Tesla" dəfələrlə avtopilot sisteminin funksionallığı üzərində çalışdığını bildirib. Bu system, hələlik, tam avtonom idarəçiliyə hazır deyil.
Buna da bax: Özü idarə olunan maşınlar nəyi dəyişəcək?
Google şirkətinin hazırladığı özü-özünü idarə edən maşın (Video)