Səudiyyədə nə baş verir?

Kral Salman bin Əbdüləziz (sağda) və vəliəhd Məhəmməd bin Salman (solda)

Ötən günlərdə Səudiyyənin gənc şəhzadəsinin son addımları, ölkənin modernləşdirilməsi istiqamətində meqa layihəsi və iddialı, ümidlər vəd edən bəyanatları haqqında yazmışdım.

Müxtəlif qruplara bölünən 5000-dən çox şahzadə arasında indiyə qədər hakimiyyət və ölkənin sərvətlərinin bölgüsü barəsində bir səssiz konsensus ortaq məxrəc olub. Həmişə olan hakimiyyət uğrunda gedən mübarizə isə bu dəfə şəhzadə Salmanın keçdiyi qırmızı xəttlər çərçivəsindən kənara çıxmırdı.

Dünən bu ölkədə son baş verənlər dünyada şok effekti doğurdu. 11 şəhazadə və onlarla yüksək rütbəli şəxs korrupsiya ittihamı həbs edildi. Sülalə daxilində və ölkənin əsası qoyulandan sonra bu cür zəlzələ və qarşıdurma səhv etmirəmsə ilk dəfə idi ki, baş verirdi. Müxtəlif qruplara bölünən 5000-dən çox şahzadə arasında indiyə qədər hakimiyyət və ölkənin sərvətlərinin bölgüsü barəsində bir səssiz konsensus ortaq məxrəc olub. Həmişə olan hakimiyyət uğrunda gedən mübarizə isə bu dəfə şəhzadə Salmanın keçdiyi qırmızı xəttlər çərçivəsindən kənara çıxmırdı.

Əvvəlki yazıda demişdim ki, şahzadə üçün qorxuram, çünki, dünyanın bu hissəsində islahatçı olmaq, cəmiyyətin daşlaşmış tabularına qarşı getmək həyat üçün çox təhlükəli bir yoldur. Yəni, onu demək istəyirdim ki, Salmanın həyata keçirmək istədikləri və seçdiyi yol amansız mübarizə və qarşıdurma yoludur. Bu mübarizədə qalib gəlmək üçün özün də amansız olmağı bacarmalısan. Bundan əlavə qətiyyətli, bu mübarizəni aparmaq üçün yüksək səviyyədə taktiki və strateji düşüncəyə sahib olmalı və hər addımı ağıllı atmalısan. Hər şeyi gözə almalı və hər şeyə hazır olmalısan. Hətta uduzan və hər şeyini itirdiyini görən qarşı tərəfin ölkəni vətəndaş müharibəsinə çəkə biləcəyini və buna uyğun önləyici addımlar atmalısan. Öz həyatını və hər şeyi itirərək gələcək üçün lənət obyekti olmaq ehtimalı da var.

Hələlik, Salmanın qətiyyətli və cəsarətli addımlarını görürük, bundan sonra onun və qarşı tərəfin hansı addımlar atacağını görəcəyik. Təəssüf ki, Yaxın Şərq və Səudiyyə üzrə ekspert deyiləm, ərəb dilini bilmirəm, mən də sizin kimi kənar subyektiv müşahidəçiyəm. Prosesləri ancaq dünya, xüsusilə Yaxın Şərq üçün universal tarixi-sosioloji dinamikanın və proseslərin məntiqinə uyğun izah etməyə çalışıram. Ölkələri və xalqları tətqiq etmək üçün bütün ölkələrə və cəmiyyətlərə xarakterik qanunauyğun universal tarixi-sosioloji dinamika və oxşarlıqlar var. Ölkəşünaslıq elminin əsası və fəlsəfəsində isə bu universal tarixi-sosioloji dinamikaları bilmək durur ki, bu sizə tədqiq etdiyiniz və nəzərdən keçirdiyiniz ölkədə proseslərin hansı məntiqi sonluğa getdiyini ehtimal etməyə imkan verir.

Həmin prosesdə cəmiyyəti dəyişdirmək missiyasını üzərinə götürmüş şəxs (qrup) bəzən lazım olandan artıq zəruri inqilabi terrora və amansızlığa yol verir, bəzən isə proses yarımçıq qoyulur. Bunlara görə isə gələcək nəsillər tərəfindən müxtəlif prizmalardan tənqid və bəzən lənətlənir.

Şərqdə cəmiyyətin bütün strukturunu gələcək nəsillər üçün dəyişdirmək və proqres istiqamətində yönəltmək missiyasını üzərinə götürmüş tarixi şəxsiyyəti humanizm və insan hüquqları prizmasından qiymətləndirmək və mühakimə etmək yersizdir məncə. Həmin prosesdə cəmiyyəti dəyişdirmək missiyasını üzərinə götürmüş şəxs (qrup) bəzən lazım olandan artıq zəruri inqilabi terrora və amansızlığa yol verir, bəzən isə proses yarımçıq qoyulur. Bunlara görə isə gələcək nəsillər tərəfindən müxtəlif prizmalardan tənqid və bəzən lənətlənir. Amma bu missiyanı üzərinə götürən şəxs (qrup) ortaya çıxana kimi köhnəliyin və feodalizmin qalıqları metostaz kimi cəmiyyətin orqanizmindən çıxmayaraq, onu inkişaf etməyə qoymur. Bu dövrdə zorakılıq və amansızlıq tarixi zəruriyyət və qanunauyğunluqdur. Mənə modern hesab etdiyiniz və inkişaf etmiş bu prosesi zorakılıq olmadan keçmiş bir ölkə göstərin.

Atatürkün başçılığı ilə aparılan modernləşməyə, ölkənin feodal keçmişindən, strukturundan və buxovlarından qurtulması istiqamətində atılan addımlara bu prizmadan baxın. Ancaq mən şəhzadə Salmanı daha çox ilk Pəhləvi şahı Rza Pəhləvi və onun varisi Məhəmməd Rza Pəhləvinin ilk dövrü ilə müqayisə edərdim və oxşadardım. Salman da Pəhləvilər kimi monarx olaraq modernləşməni yuxarıdan başlamağa cəhd edir. Bir məqamı da unutmayın ki, Yaxın Şərqdə bu cür modernləşmə aparmaq üçün tam total mütləq hakimiyyət zərurətdir. Atatürk və Pəhləvilər kimi Salmana da istədiyi islahatları aparmaq üçün total hakimiyyət lazımdı. Onun indi etdikləri bu zərurətdən irəli gələn hakimiyyəti tam olaraq əlində cəmləşdirmək cəhdidir. Burda haşiyədən çıxaraq bir məqamı qeyd edim ki, modernləşmə ilə demokratikləşməni bir biri ilə qarışıq salmayın.

Hər nə isə. Bilməlisiniz ki, məhz İran inqilabından sonra Qərbdə belə bir fikir yarandı ki, Yaxın Şərqdə elə islamçılar da əslində feodalizmin kökünü kəsə və modernləşməni apara bilərlər.

İranda bugünkü Yaxın Şərqdə bəlkə də ən güclü modernləşmənin əsasını məhz Pəhləvilər qoyub. Sadəcə Pəhləvilər dövründə həyata keçirilən torpaq, feodal-kəndli islahatları haqqında oxuyun. Və sonra nə qədər qəribə görünsə də İranda Pəhləvilər dövründə yarımçıq qalmış modernləşmə prosesini sona İslam inqilabından sonra mollalar çatdırdı. Bilirəm inanılmazdı, amma Qərbdə sosial elmlər ilə məşğul olanlar belə görürlər. Buna əmin olmaq üçün təkcə Qərb elmində Mişel Fuko (Michel Foucault) kimi şəxsiyyətin İran inqilabı haqqında fikirləri ilə tanış olun. Fukonun sosial elmlərdə Qərbin liberal intellektual dairələrində təsirinin miqyasını təsvir etmək çox çətindi. İranpərəstlərə həmçinin maraq üçün Fukonun şəxsi həyatı ilə də maraqlanmağı məsləhət görərdim.

Hər nə isə. Bilməlisiniz ki, məhz İran inqilabından sonra Qərbdə belə bir fikir yarandı ki, Yaxın Şərqdə elə islamçılar da əslində feodalizmin kökünü kəsə və modernləşməni apara bilərlər. Məhz bu dövrdən başlayaraq Qərbdə müxtəlif "müsəlman qardaşları" və "yumşaq islamçılarla" əməkdaşlığa başlanıldı və müxtəlif layihələr irəli sürüldü.

Nə isə, yenə çox uzağa getdim. Sözün qısası odur ki, bu gün Səudiyyədə cərayan edən hadisələr Yaxın Şərqdə gedən ümumi obyektiv tarixi proseslərin təzahürü və növbəti mərhələyə keçidin başlanğıcıdı. Bu mərhələni Türkiyə və İran kimi ölkələr əgər 70-80 il bundan əvvəl müxtəlif formalarda keçmişdisə, indi Səudiyyə keçir. Bizim fərdi həyatımız üçün 70-80 il böyük rəqəmdi, qanunauyğun tarixi proses üçün isə qısa bir dövrdür. Şəhzadə Salman isə bu ümumi prosesdə mühüm tarixi şəxsiyyət kimi və ya ötəri bir şəxs kimi qalacaq, onu yaşayıb görəcəyik. Ona ancaq uğurlar arzu edirəm.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.