Azərbaycanda hər şey sovetdən qalma "urrra" deyilərək edilməyə çalışılır, nə analiz var, nə araşdırma, nə elmi yanaşma - hökumət küyə düşüb, güya, hər hansı bir sahəni inkişaf edirmək istəyir, bunun üçün isə inzibati-əmr zəncirini işə salır. Bazar iqtisadiyyatının qanunlarını heçə sayırlar, amma bu qanunlar əmrlə işləmir.
Hökumətin son "sevdalarından" biri şərabçılıqdır, şərab ixrac edib ölkəyə böyük miqdarda valyuta gətirəcəklərini deyillər. Amma bir normal bazar araşdırması, dünyada bu sahədə baş verən trendləri öyrənən sənədləri belə yoxlarıdır.
Dünya şərab bazarı çox ciddi rəqabət şəklində çalışır, bu bazarda öncədən imic, brend yaratmadan nəyəsə nail olmaq mümkün deyil, qiymətlər çox ucuzdur. Rəqabətə davam gətirib dünyaya şərab satmaq üçün ölkənin (ya şirkətin) ciddi şərabçılıq hekayəsi, ucuz qiyməti, yüksək keyfiyyətli məhsulu əsas şərtlərdir.
Cəmi 4 gün əvvəl bu fotonu Fransada çəkmişəm, elit şərab dükanında qiymətlər 3 avro (6 manat) təşkil edir. Yəni, bu dükanda satış qiymətidir, topdan qiymət 2 avronun altındadır (təqribən, 3,80-3,90 manat). Biz Avropaya şərabı daşıma xərcləri ilə birlikdə neçəyə sata bilərik ki, hələ bir qazanaq da?! Şərabçılıq hekayəmiz, brendimiz yox, ölkənin adını belə çoxu bilmir, yerli şərab Azərbaycanda 8-10 manat arası satılır, bu yanaşma ilə şərabçılığı necə inkişaf etdirmək, ixracı satıb necə qazanc götürmək istəyirlər?!
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.