Maraqlıdır... yox, əslində, acınacaqlıdır.
Bir neçə gündür sosial şəbəkələr, saytlar dolub-boşalır, yeni yazılar, şərhlər yazılır. Oğru dünyasının tanınan simalarından Lotu Quli (Nadir Səlifov) azadlığa çıxıb. Onun həbsxanadakı son şəkli, hazırda harada olması və nə etməsi gündəmi tutmaqdadır.
Maraqlıdır... həm də maraqlı olduğu qədər acınacaqlıdır.
Niyə insanlarımız, xüsusən də gənc nəsil, arxasında qan-qada, qatı cinayətlər duran bir insanı bu qədər sevir, ona yazdıqları şərhlərlə rəğbətini açıq-aşkar nümayiş etdirir, dəstək olur?
Bilirikmi, kriminal həyata olan bu marağın haradan qaynaq alması, boy verməsini? Niyə insanlarımız, xüsusən də gənc nəsil, arxasında qan-qada, qatı cinayətlər duran bir insanı bu qədər sevir, ona yazdıqları şərhlərlə rəğbətini açıq-aşkar nümayiş etdirir, dəstək olur?
Axı insanlarımızda qara dünyaya, qara dünyanın sakinlərinə bu qədər sevgi necə yarandı? Haqlarında kitablar yazılır, rəvayətlər səslənir. Hər biri də acı həqiqətə söykənilərək.
Sözsüz, bütün qanuni oğrular bu ada qədər min qan-qada, əzab-əziyyət, haqsızlıq görüblər. Məhbəs həyatı, zindanda havasızlıq, qanlı-qadalı cinayət işləri və qorxu, həris, haqsız əməllər, ağıla sığmayan xarakter, işgəncələrə dözüm...
Nə olsun? Sonunda ki cinayət var, başqasının əmlakına əl uzatmaq var. Bu ki bağışlanmazdır, bu ki qəbul olunan deyil!
İndi, ümumiyyətlə, qanuni oğru varmı? Nədir bu adın yükü, kimlərdir bu adı daşımağa layiq olanlar? Ötənlərin qanuni oğrularının bir qarnı ac, bir qarnı tox olub axı. Kirayələrdə yaşayıblar, qaçaqçılıq ediblər, lazım olanda üzə çıxıblar.
İndiki qanuni oğrular tam fərqlidir. Onların qiyməti, müəyyən oluna bilməyən əmlakları - otelləri, iri sənaye obyektləri olmaqla yanaşı, silahlı dəstələri, bazarları, nəzarət etdikləri şəhərlər, rayonlar var. Yəni qanuni oğrunun doğrudanmı bu qədər var-dövləti, sərvəti olmalıdır?
İndiki qanuni oğrular tam fərqlidir. Onların qiyməti, müəyyən oluna bilməyən əmlakları - otelləri, iri sənaye obyektləri olmaqla yanaşı, silahlı dəstələri, bazarları, nəzarət etdikləri şəhərlər, rayonlar var.
Yəni qanuni oğrunun doğrudanmı bu qədər var-dövləti, sərvəti olmalıdır? Axı eşitdiyimizə görə, Sovetlərin ilk günlərində bu yolu tutanlar varlılardan, “sexavşik”lərdən, korrupsioner məmurlardan yağmaladıqlarını kasıb-kusubun, imkansızın, kimsəsizlərin arasında bölüşdürərdilər.
Onlar həm də bu əməllərinə görə hörmət sahibi olublar. Amma yenə də arxalarında qan-qada, dövlət əmlakına xor baxmaq olub, bağışlanmayıblar həm də...
Çox maraqlıdır, həm də acınacaqlıdır. Niyə gənc nəsil, elə yaşlı nəsil də istisna deyil, oğru dünyasının adamlarına bu qədər sevgi bəsləyir? Niyə bu maraq, rəğbət günü-gündən böyüməkdədir?
Bəlkə... Bəlkə yox, elə həqiqətən də deyəcəyim faktlar bu sevginin, bu marağın, bu diqqətin haradan yaranmasından xəbər verəcək. 10 ildən çoxdur ki, “Qara kəmər” adlanan bir əməliyyat keçirildi və Hacı Məmmədov adlı DİN-nin məsul bir adamı qatı cinayətdə - adam öldürmədə, reketçilikdə, soyğunçuluqda, başqasının əmlakına əl basmaqda günahkar bilindi. Həbs olundu. Məlum oldu ki, hüquqi bir dövlətin daxilində (DİN-də) oturan birisi günahsız və günahlı iş adamlarını, bank sahiblərini, “sexavşik”ləri və sairəni qanun adı ilə qanunsuz olaraq talamaqla məşğul olub.
Bir neçə il bundan qabaq Milli Təhlükəsizlik Nazirliyinin bəzi yüksəkçinliləri çirkin əməllərdə ifşa olundu. Bəzi generallar, yüksək rütbəli zabitlər məsuliyyətə cəlb edildi.
Maraqlıdır, həm də acınacaqlıdır...
Axı o cinayətkarları görənlər bu cinayətkarlara haqq verir. Yerlərdə şəhid əsgərin arvadına, “zırıldama, sənin ərin mənə görə şəhid olmayıb” deyən kiçicik məmur – icra nümayəndəsi, dövlətin və bələdiyyənin fond torpağını icarə adı ilə əkən, becərən xırda vəzifə sahibləri kəndlinin hüquqlarını pozmasaydı, görəsən, necə olardı?
Niyə qaranlıq aləmin adamları qəhrəman kimi görünür? Görəsən, yuxarıda dediyim və demədiyim hallar olmasaydı, cinayətkarlara qarşı bu qədər rəğbət olardımı? Axı o cinayətkarları görənlər bu cinayətkarlara haqq verir.
Yerlərdə şəhid əsgərin arvadına, “zırıldama, sənin ərin mənə görə şəhid olmayıb” deyən kiçicik məmur – icra nümayəndəsi, dövlətin və bələdiyyənin fond torpağını icarə adı ilə əkən, becərən xırda vəzifə sahibləri kəndlinin hüquqlarını pozmasaydı, görəsən, necə olardı?
İnsanları aldadıb əmlakını əlindən alanlar, evlərini hərraca çıxaranlar qanunun tələb etdiyi yüngül cəza ilə canlarını qurtara bilirlər, ancaq o “qanuni oğru” dediklərimizin cəzasından qurtula bilmirlər bəzən. Azmı olub, haqlının haqqını müdafiə etmələri?
“Haradandır bu sevgi” - deyə sorşuruq, bəs haqsızlıqla üz-üzə gələn insanları hansısa gözünü qan örtmüş cinayətkar qorumasaydı, bu sevgi, bu maraq yaranardımı?
Bu, çox acınacaqlı, ağrıdıcı haldır.
Maraqlıdır, acınacaqlıdır, qorxuludur... Niyə axı, nə üçün axı...
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.