Dilin inkişaf problemi

Son günlər hakimiyyət nümayəndələri, rəsmilər, deputatlar Azərbaycan TV məkanında dil problemi haqqında danışmağa başlayıblar. Dilin inkişafda qaldığını desələr də ancaq nəticədən danışırlar, səbəblər isə yenə arxa planda qalıb.

Daha bir maraqlı fakt: Hər iki Koreya eyni dildə danışmasına baxmayaraq orta statistik Cənubi Koreyalı, Şimali Koreyada yaşayan soydaşından 2 dəfə artıq söz işlədir.

Dilin inkişafı birbaşa söz azadlığı ilə, diskussiya və debat ortamı ilə bağlıdır. Məsələn, dünyada gündəlik həyatda ən çox söz işlədən xalq ingilislərdir, təqribən gündə 15 minə yaxın müxtəlif söz işlədirlər. Almanlar, fransızlar da təqribən o qədər söz işlədir. Rus dilinin çox zəngin dil olmasına baxmayaraq gündəlik həyatda orta statistik rusiyalı cəmi 4000 söz işlədir. Daha bir maraqlı fakt: Hər iki Koreya eyni dildə danışmasına baxmayaraq orta statistik Cənubi Koreyalı, Şimali Koreyada yaşayan soydaşından 2 dəfə artıq söz işlədir.

Azərbaycanla bağlı belə bir statistika yoxdur, amma Türkiyə ilə bağlı bəzi rəqəmlər var. Türkiyədə tək TRT-lər olan dövrdə, 70-ci illərdə əhali gündəlik həyatda 3000 söz işlədirmiş, sonra TV bumu başladı, onlarla özəl kanallar açıldı, canlı yayımda debatlar, diskusdiyalar artı, media gücləndi (son illərə qədər belə idi), bu zaman orta statistik türkiyəli gündə 7000 minə yaxın söz işlətməyə başladı.

Azərbaycanda TV məkanda debat yox, diskussiyar yox, canlı yayım yox, dil necə inkişaf etsin ki?! Əgər media inkişaf etmirsə, "özünüsenzura" və basqı rejimi varsa, dil necə yenilənsin ki?!

Ölkədə TV məkanını bayağı hakimiyyət təbliğinə və şou biznesə təslim ediblər. Hakimiyyəti təbliğ və tərif üçün neçə söz işlətmək olar?! "Analoqu olmayan inkişaf", "möhtərəm", "möhtəşəm", "idmana qayğı" - bu sözləri nə qədər təkrar etmək olar?! Bu dilimizə nə gətirə bilər?! Ya da, şou biznesdə, əsasən, ancaq savadsız, bayağı, düşük adamlar ekranda olur, onlar dilin inkişafına nə gətirə bilər ki?!

Hökuməti dilin inkişafı doğrudan da narahat edirsə, azad fikirli insanları buraxsın efirə, debata, diskussiyaya imkan versin, görsünlər dili necə zənginləşdirmək olar ...

Hökuməti dilin inkişafı doğrudan da narahat edirsə, azad fikirli insanları buraxsın efirə, debata, diskussiyaya imkan versin, görsünlər dili necə zənginləşdirmək olar, bir tək Erkin Qədirli TV-lərdə gündə 1 saat danışsa, dilimizdə işlənən söz sayı, cümlə və fikir zənginliyi bir neçə dəfə arta bilər.

Hökumət sovetdənqalma "ziyalıları", yaltaq siyasiləri, düşük şou əhlini efirə çıxarır, insanları belə "dilə" öyrədir, sonra da deyir ki, dil inkişaf etmir. Atam, 24 ildir ölkəni sizin hökumət idarə edir, dilimizi mən düzəltməli, inkişaf etdirməli idim?! Normal dərslikləri mən yazmalı idim?! Öz zay işlərindən bizə - vətəndaşa şikayət edirlər. Absurddur.

Nə isə, düşünün xanımlar və cənablar, düşünməyi öyrənmək də dili zənginləşdirir, inkişaf etdirir...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.