“Vintcik”lərin maaşsız qalması

Bu günlərdə iki rejim telekanalının (adlarını çəkib ürəklərinizi bulandırmaq istəmirəm, sadəcə, onu deyim ki, bunlardan biri insanların yataq otaqlarını güdmək üzrə ixtisaslaşdığından camaat arasında “yengə tv” kimi məşhurdur, digərinin rəhbəri isə “Yaramaz”, “Nakəs” adlı filmlərin rejissorudur) işçilərinin aylardır maaşlarını ala bilmədiyi, pulsuzluqdan texniki avadanlıqlarını satmağa başladıqları barədə xəbərlər yayıldı.

Daha əvvəl isə oliqarx pulları hesabına yaradılan və yaşadılan xeyli saytda ixtisar olmuş, bəziləri qapanmış, bəziləri birləşdirilmişdi. Bəs nə baş verir?

Daha əvvəl isə oliqarx pulları hesabına yaradılan və yaşadılan xeyli saytda ixtisar olmuş, bəziləri qapanmış, bəziləri birləşdirilmişdi.

Bəs nə baş verir?

Düzünə qalsa, bu, sadəcə ölkənin “analoqsuz inkişaf”ına dair illərdən bəridir üyüdülüb-tökülən təbliğat nitqlərinin sabun köpüyündən başqa bir şey olmadığının təsdiqi, keçən yüzilliyin 50-60-cı illərinin ürəkbulandıran sovet ritorikası ilə süslənmiş həmin təbliğat nitqlərinin puça çevrilməsi, neft pulları üzərində qurulan yalançı təntənənin neftin ucuzlaşması ilə çökməsi deyil.

Bu - həm də məntiqi sonluqdur.

Məsələ burasındadır ki, bir neçə il əvvələdək ölkədə pis-yaxşı azad, tənqidçi media vardı.

Hakimiyyəti əldə saxlamağın yeganə yolunu toplumda xof, qorxu mühitini dərinləşdirməkdə, vintləri bərkitməkdə, hər cür fərqli fikiri boğmaqda, ən yumşaq tənqidi səsləri belə boğmaqda görən Əliyevlər rejimi həmin o olub-qalan, pis-yaxşı azad, müxalif medianı da sıradan çıxarmağa qərar verdi. Azərbaycanın sonuncu tənqidçi qəzeti qapadıldı, hakimiyyətin iradəsinə tabe olmaq istəməyən xeyli sayt bloklandı, həbsxanalardakı jurnalistlərin sayı kəllə-çarxa çıxdı və ilaxır.

İstənilənə böyük ölçüdə nail olunub: Azərbaycanda təksəslilik, təkfikirlilik, təkbaxışlılıq təmin edilib. Ölkədə nəfəslik rolunu oynaya biləcək sadəcə, sosial şəbəkələr qalıb.

İstənilənə böyük ölçüdə nail olunub: Azərbaycanda təksəslilik, təkfikirlilik, təkbaxışlılıq təmin edilib.

Ölkədə nəfəslik rolunu oynaya biləcək sadəcə, sosial şəbəkələr qalıb.

Burada yazılanlara görə də amansız və aramsız basqı, təhdid barədə demək artıqdır. Hakim rejim müxalif, tənqidi ruhlu kiçik bir facebook statusuna, xırda bir tvitə qarşı belə, aşırı dözümsüz, qəzəblidir, siyasi qisas duyğusunu cilovlaya bilmir.

Bir sözlə, Azərbaycanda azad fikirli, tənqidi düşüncəli, müxalif mövqeli tribunalar xeyli dərəcədə yox edilib, əldə-ovucda qalan da ümumi ictimai ovqat formalaşdırmaqda xeyli gücsüz, çarəsizdir, ayrı-ayrı fərdlərin cəsarətindən, qorxusuzluğundan asılıdır.

Təqvim XXI yüzili, 2017-ci ili göstərəkən bu mənzərə əlbəttə, Azərbaycan adına böyük bir ayıbdır.

Amma hakim rejim üçün də varoluş, ayaqda qalmaq səbəbidir.

İndi gələk sözümüzün canına: ölkədə söz, ifadə azadlığı adına mənzərə bu ikən “yengə tv”lərə, “jalə”li-“jalə”siz oliqarx saytlarına nə gərək var? Niyə onlara ətək-ətək pul xərclənməlidir?

İndi gələk sözümüzün canına: ölkədə söz, ifadə azadlığı adına mənzərə bu ikən “yengə tv”lərə, “jalə”li-“jalə”siz oliqarx saytlarına nə gərək var? Niyə onlara ətək-ətək pul xərclənməlidir? Özü də ilin-günün bu çağı – neftin ucuzlaşdığı bir vaxtda!

Həmin tv-lər, saytlar ona görə lazım idi ki, azad, tənqidçi media qarşısında “yalan maşını”nın vintciyi, təkərciyi rolunda çıxış etsinlər, həqiqətlərə qarşı camaatın beyninə gopları, iftiraları yeritsinlər.

Və əgər indi ölkədə azad, tənqidçi media qalmayıbsa, deməli, həmin vintciklərə, təkərciklərə də xeyli dərəcədə ehtiyac qalmır.

İllərdir “yalan maşını”nın ruporlarına da elə bunu anlatmağa çalışırdıq: siz hakim rejimə ona görə lazımsınız ki, ölkədə tənqidçi, müxalif səslər var. O səslərin susdurulmasını, boğulmasını arzulamayın və alqışlamayın ki, özünüzü də gərəksiz bir şey kimi kənara atmasınlar.

Anlatmaağa çalışırdıq ki, sizlərin qara qaşına, qara gözünə aşiq deyillər, sizi ona görə bəsləyirlər ki, bütün ağır şərtlərə baxmayaraq, Azərbaycanda hələ də həqiqəti söyləyən tribunalar qalır, o tribunalar da yıxıldıqdan, uçurulduqdan, yox edildikdən sonra siz də ac, maaşsız qalacaqsınız, heç kimə gərək olmayacaqsınız.

Üzülürəmmi?
Əsla.
Sevinirəmmi?
Həm də necə!

Ancaq anlamırdılar.

Bu da axırı.

Üzülürəmmi?

Əsla.

Sevinirəmmi?

Həm də necə!

İnsanların işsiz, maaşsız qalmasından toy-bayram düzəltməzlər, amma söhbət “yalan maşını”nın vintciklərindən, təkərciklərindən gedirsə, kimsə qüsura baxmasın, vəziyyət dəyişir...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.