Xalqımızın bir çox nümayəndələrində gözəl bir xüsusiyyət var: başqa ölkələrdəki problemlərə olduqca həssas yanaşıb ölkədəki oxşar problemi görməzdən gəlmək. Bu yaxınlarda Türkiyədəki hakim partiya mənsubunun "Dünya düzdür, əksini deyən masondur" bəyanatı ölkəmizdə geniş müzakirə, mübahisə, təşviş, yumor dalğaları yaratdı. Ancaq eyni bəyanatlara aparacaq proses Azərbaycanda da gedir, 2 il sonra oxşar bəyanatlarla qarşılaşsaq gərək normal qarşılayaq.
Biz yatarkən biriləri astronomiya mövzusunda aid bir domeni alıb. Saytda belə xəbərlər var, "Niyə darvinizm dərsliklərdən çıxarılmalıdır?", "Genlərin insanı idarə etməsi fikri yanlışdır".
Eyni qrup biologiyaya aid bir domendə alaraq, "Niyə dərsliklərdən darvinizm çıxarılmalıdır?" mövzusunu müzakirəyə açıblar, "biologiyaya" həsr olunmuş saytda.
Eyni istiqamətdə təbliğat paleontologiya mövzusunda saytda da aparılır. Bəs təkamül nəzəriyyəsini inkar edənlər hansı elmi tezisləri önə çıxaırırlar?
"Ancaq dənizin altındakı qızıl, neft kimi qiymətli faydalı qazıntıların çıxarılıb işlənməsi, onların insanlara faydalı və yararlı olacaq hala gətirilməsi üçün yüksək bir texnologiya lazımdır. Keçmişdə şeytanlar Hz.Süleymana bu texniki dəstəyi və insan gücünü təmin etmiş ola bilərlər."
Onlarla belə saytlarda, alışveriş mərkəzlərindəki stendlərdə, bahalı ama ucuza satılan, bəzən verilən kitablarla, seminarlarla, viedomateriallarla cəmiyyət çaşdırılır, psevdoproblemlərə diqqəti yönəldilir. Türkiyədə olanların ilk siqnalını bu il coğrafiya sınaq dəsrliklərində görmədikmi? Kim ciddi etiraz etdi? Bu qədər sayt və gənc jurnalis-redaktor əməkdaşları var, hələ bu qrupun Türkiyə və Azərbaycandakı fəaliyyətlərini əhatəli araşdıran bir yazı yazan olmayıb.
Həmişəki lağ-lağı, "ehehe, ehühü" yanaşmasıyla, "inşallah, maşallaha", səthi, ilk görünənə ilişib qalır yazılanlar. Bəlkə bu da bir örtükdür, arxasındalı belə ciddi fəaliyyətlərə diqqətdən kənar saxlamaq üçün?
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.