Bu günlərdə yaxın adamın internet layihəsi üçün iş elanını paylaşmışdım. LinkedIn-də 1 şəxs 12 saat işlə kreativlik olmaz deyə şərh yazmışdı. Əslində isə iş heç 12 saat da deyil. Dostumuz bunu haradan çıxardı, ilkin olaraq bilməmişdim. Sonradan ümumilikdə Azərbaycandakı iş yerlərini nəzərdə tutduğunu deyirdi. İcazə verin, bu yazıda 2-3 kəlmə çox işləmək və yaradıcılıqdan yazım:
Birincisi yaradıcılıq deyəndə çox insan avtomatik incəsənət sahələrini başa düşür. Biznesdə yaradıcılıq, gündəlik həyatda yaradıcılıq yaddan çıxır.
Birincisi yaradıcılıq deyəndə çox insan avtomatik incəsənət sahələrini başa düşür. Biznesdə yaradıcılıq, gündəlik həyatda yaradıcılıq yaddan çıxır. Hələ bəziləri düşünür ki, bu dünyadakı yaradıcı şəxslər ancaq solaxaylardır. Əslində isə hər birimizdə azdan-çoxdan müəyyən bir kreativlik var.
İkincisi həqiqətən yaradıcı biri olmaq üçün gərək ki, insan arada yaxşıca istirahət etsin, incəsənətdən tutmuş ədəbiyyata, səyahətdən tutmuş gündəlik rutindən fərqli nələrisə etməyə, onlarla məşğul olmağa çalışsın. Görmək, nümunə götürmək yaradıcılıqda vacib rol oynayır. Adətən insan özü-özünü aldadır ki, bu öz ağlıma gəldi, əslində isə çox zaman qazandığı təcrübənin məhsulu olur.
... ağlımız kinolarda gördüyümüz, haqqında oxuduğumu Google kimi yerlərin ofisinə getməsin ki, naharda bilyard oynamaq, ofisdə şortiklə gəzib, MacBook-la divanda oturub milkşeyk içə-içə işləyirsən. Belə işlər dünya üzrə 1-2% olar, ya olmaz.
Üçüncüsü ağlımız kinolarda gördüyümüz, haqqında oxuduğumu Google kimi yerlərin ofisinə getməsin ki, naharda bilyard oynamaq, ofisdə şortiklə gəzib, MacBook-la divanda oturub milkşeyk içə-içə işləyirsən. Belə işlər dünya üzrə 1-2% olar, ya olmaz. Qarantiya da yoxdur ki, bunlar kreativliyi artırır. Həm də elə sahələr var ki, orada ümumiyyətcə belə mühit əksinə işdəki nizam-intizama pozmağa gətirib çıxarır.
Dördüncüsü çox çalışmaq yeniyetmə və gəncləri gərək qorxutmasın. Əziyyət çəksək nəyisə mütləq öyrənəcəyik. Sonra avtomatik olaraq gündəlik uzun zamana görülməli işləri effektiv görməyə həvəsli olub yaradıcı həllər tapacağıq. Adam var, camaatın 3 günə gördüyünü bu 1 günə görür, 2 günü öz işlərinə ayırır.
Beşincisi vaxtın qədrini bilib günə 12 saat işləmək istəməməyiniz normaldır. Təqdirəlayiqdir. Amma məsələn öz biznesiniz olsa gərək günə 14 saaat işləyəsiniz bəzən. Həm də lap 15 saat belə işləsən yaradıcı olduqda işi özün üçün az-çox maraqlı edə bilirsən.
Üzərinizə götürməyin, Facebook-da adi göz oxşayan mesaj yazmağı bacarmayanlar var ki, böyük iddialarla yaşayırlar. Yazma o mesajı 30 saniyəyə, yaz 1 dəqiqəyə, qoy oxuyanın gözü oxşasın, sualına, istəyinə diqqətlə baxsın, geri tez dönsün.
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.