Rahat iş var…

Cəmiyyətimizdəki problemlərin kökündə yatan səbəblərdən biri də işə yanaşmayla bağlıdır. Bu cür valideyn yanaşmasıyla yəqin ki, çoxlarınız rastlaşmısınız (valideyn övladı haqqında deyir): “Rahat işə düzəltmişəm. Əlini ağdan qaraya vurmur (ya da əli cibində gedib gəlir). Maaşını, paketini vaxtı-vaxtında alır.”

Çox vaxt da arzulamaqla qalmır, övladının bu cür işdə “işləməsi” üçün xüsusi fəaliyyət göstərir: tanış axtarır, rüşvət verməyə çalışır... Halbuki, şikayətləndikləri keyfiyyətsizliyin əsas səbəblərindən biri məhz “əlini ağdan qayara vurmaq istəməyən” işçilərdir.

Bu əslində cəmiyyətimizdəki bir çox valideynin arzusudur. Övladı rahat bir işə əli cibində gedib gəlsin. Mümkündürsə əlini ağdan qaraya da vurmasın. Diqqət etmişəm ki, hətta dövlət qurumlarındakı və özəl sektordakı keyfiyyətsizlikdən şikayətlənən valideynlərin bir qismi də öz övladı üçün bu cür iş həyatı arzulayır. Çox vaxt da arzulamaqla qalmır, övladının bu cür işdə “işləməsi” üçün xüsusi fəaliyyət göstərir: tanış axtarır, rüşvət verməyə çalışır... Halbuki, şikayətləndikləri keyfiyyətsizliyin əsas səbəblərindən biri məhz “əlini ağdan qayara vurmaq istəməyən” işçilərdir. Təbii ki, keyfiyyətli təhsil almamış, işinin əhli olmayan, işinə laqeyd yanaşan insanların vəzifə tutması, layiqli insanların yerini işğal etməsi də önəmli səbəblər arasındadır. Amma qeyd etdiyim məqam da xüsusi rol oynayır.

Halbuki, valideynlərin borcu o olmalıdır ki, mümkün qədər sağlam, əxlaqlı (haqq yeməyən), bilikli, geniş dünyagörüşünə malik, zəhmətkeş insanlar yetişdirsinlər. Övladları özləri üçün, cəmiyyətimiz üçün və mümkündürsə ümumiyyətlə insanlıq üçün faydalı olmağa çalışsın.

Yay tətili başladığı zaman övladını fabrikinə gətirən ata ona ilk yay tətili praktikasının nədən ibarət olacağını açıqlayıb: bu yay tətilində sadəcə tuvaletləri təmizləyəcəksən!

Bu yaxınlarda Türkiyədən bir dostum qonaq gəlmişdi. Kayseri şəhərində yaşayan və yaxından tanıdığı varlı iş adamlarından birinin övladını yetişdirmə metodundan danışdı. Kayserili iş adamı orta məktəbin sonuncu sinfində oxuyan övladına deyib ki, bu yay mənim fabrikimdə təcrübəyə başlayacaqsan və bu təcrübə universitet təhsilin başa çatana qədər davam edəcək. Yay tətili başladığı zaman övladını fabrikinə gətirən ata ona ilk yay tətili praktikasının nədən ibarət olacağını açıqlayıb: bu yay tətilində sadəcə tuvaletləri təmizləyəcəksən!

Övladı onsuz da atasının onu “yüksək” bir yerdə deyil, zəhmət tələb edən hansısa bir işdə çalışdıracağını təxmin edirmiş. Amma bu qədəri ona ağır gəlib. Atasına etiraz etdiyi zaman ata bildirib ki, sənin üçün müəyyənləşdirdiyim 4 illik təcrübəni tamamlamasan mirasımdan sənə heç nə çatmayacaq. Beləliklə övlad atanın müyyənləşdirdiyi təcrübə proqramına başlayıb. Növbəti ildə başqa fiziki işdə, 2-ci və 3-cü kursu bitirdiyi zaman universitetdə öyrəndiklərini tətbiq edəcəyi işdə təcrübə keçib (bənzər nümunələri kitablarda oxumuşdum, amma dostum mənə konkret tanıdığı insanların adlarını çəkərək anlatdı). Əslində ata övladına sadəcə zəhmətkeşlik və məsuliyyət öyrətməyib. Həm də onun üçün elə həyat yolu müəyyənləşdirib ki, övladı heç bir işçiyə pis gözlə, “yuxarıdan aşağı” baxmasın. Bizim cəmiyyətdə olduğu kimi təmizlikçi insanlara təhqiredici tərzdə yanaşmasın.

Halalçılıqla bağlı problemli yanaşmanın göstəricilərindən biri də “quru maaşa baxır” ifadəsidir. “Quru maaşa baxmaq” ifadəsi əksər hallarda avtomatik olaraq rüşvəti, korrupsiyanı “məsumlaşdırmağa” çalışan ifadədir...

Halalçılıqla bağlı problemli yanaşmanın göstəricilərindən biri də “quru maaşa baxır” ifadəsidir. “Quru maaşa baxmaq” ifadəsi əksər hallarda avtomatik olaraq rüşvəti, korrupsiyanı “məsumlaşdırmağa” çalışan ifadədir (müstəsna kimi hansısa başqa hallar ola bilər). Normal bir iş yerində insan təbii ki, maaşıyla yaşamalıdır. Əlavə kimi hansısa mükafatlandırma metodu ola bilər. Amma bu cür hallar da əsasən əmək müqaviləsində qeyd edilməli və qanuna uyğun olmalıdır.

***

Konfutsi deyib ki, qaranlığı söyməkdənsə bir şam yandır. Geri qalmış ölkələrdə vəziyyət daha acınacaqlıdır. Buralarda qaranlığı yox, işıq yandıranları, hətta işığın özünü söyürlər…

Amma bu ümidsizlk üçün əsas vermir. Bir cəmiyyətdə aydın(lar) varsa o cəmiyyət heç vaxt mütləq qaranlığa məhkum qalmaz. Qaranlıq Aydınlıq qarşısında mütləq məğlub olur. Çünkü o dəyər deyil, dəyər yoxluğudur. İşıq yoxdursa qaranlıq var. İşıq varsa qaranlıq avtomatik yox olur. Ona görə də Aydının varlığı özü elə qələbədir. Cəmiyyətin geniş hissəsinin aydınlanması daha uzun vaxt tələb edə bilər. Amma əsl aydınlar qaranlığa heç vaxt təslim olmayanlardır. Onlar varsa deməli aydınlanma davam edir…

“Qaranlıqdan qorxan bir uşağı anlamaq mümkündür. Həyatdakı əsl faciə böyüklərin aydınlıqdan qorxmasıdır!” Platon

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir