Brüsseldən bu dəfə də xoş müjdə gəlmədi

GÖRÜŞDÜLƏR, AMMA...

Körpə azərbaycanlı uşağının ölümü və qadınının yaralanması ilə nəticələnən növbəti təxribatdan sonra tərəflərin diplomatlarının belə tezliklə görüşəcəyi güman edilmirdi. Ən azı ona görə ki, Azərbaycanın diplomatları mülki insanların ölümünə görə demarş edə və səylərini daha çox Ermənistanın törətdiyi növbəti vəhşiliyi dünya ictimaiyyətinə çatdırmağa yönəldə bilərdi.

...deyirlər ki, diplomatlar dünyanın ən soyuqqanlı insanlarıdır. Elə bu səbəbdən də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ötən həftənin sonlarında Brüsseldə görüşdüyü haqda xəbər yayılanda buna bir o qədər təəccüblənmədim.

Amma deyirlər ki, diplomatlar dünyanın ən soyuqqanlı insanlarıdır. Elə bu səbəbdən də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ötən həftənin sonlarında Brüsseldə görüşdüyü haqda xəbər yayılanda buna bir o qədər təəccüblənmədim. Hərçənd ki, görüşün lap əvvəl Avstriyada baş tutacağı deyilirdi.

Düzdür, burada ünvan elə bir rol oynamır, əsas odur ki, hansısa nəticə olsun. Amma dərd də ondadır ki, ciddi bir nəticə də yoxdur. Sadəcə, belə deyildi ki, nazirlər ilin sonunda prezidentləri görüşdürmək üçün səylərini səfərbər etməyi düşünürlər...

AH, BU RUSİYA, RUSİYA...

Fəqət, prezidentlər görüşüb nə edəcəklər? Bu görüş hansısa problemi həll edəcəkmi? Güman etmirəm. Ona görə ki, Ermənistan hazırda ötən il aprel ayında itirdiyi iki min hektar torpağın davasını aparır. Guya ki, bu iki min hektar ərazini Ermənistana qaytarmadan hansısa status-kvodan danışmaq mənasızdır.

Əlbəttə ki, bu da növbəti bəhanədir. Ermənistan prezidenti ötən il öyünürdü ki, onların nəzarət etdiyi yüz min hektarlarla ərazindən cəmi ikicə mininin Azərbaycanın nəzarətinə keçməsi onlar üçün elə bir itki deyil...

Əlbəttə ki, bu da növbəti bəhanədir. Ermənistan prezidenti ötən il öyünürdü ki, onların nəzarət etdiyi yüz min hektarlarla ərazindən cəmi ikicə mininin Azərbaycanın nəzarətinə keçməsi onlar üçün elə bir itki deyil və guya ki, bu ərazilər Yerevan üçün elə bir strateji əhəmiyyət də kəsb etmirdi.

Həm də Yerevan onunla qürurlanırdı ki, Azərbaycan daha çox uğura iddialı idi və 20 illik fasilədən sonra başlanan hərbi əməliyyatlarda az qala, bütün Dağlıq Qarabağı qaytarmağa iddialı idi.

Azərbaycan rəsmiləri də müxtəlif açıqlamalar verirlər. Hiss olunur ki, prosesin dalana dirənməsi onları da çox dilxor edir. Həm də bir ildən də artıqdır ki, tez-tez eyni sualı eşitməklə məşğuldurlar: niyə görə ötən ilin aprelində hərbi əməliyyatlar axıra qədər aparılmadı?

Bu xüsusda Bakı rəsmilərinin indiki açıqlamaları daha inandırıcı və daha arqumentli görünür.

Faktiki olaraq etiraf edilir ki, ötən il hərbi əməliyyatın dayandırılması Rusiyanın tələbi nəticəsində baş vermişdi və əgər Moskva müdaxilə etməsəydi Azərbaycanın hərbi uğurları daha böyük olacaqdı və bəlkə də Dağlıq Qarabağın azad edilməsilə başa çatacaqdı.

Faktiki olaraq etiraf edilir ki, ötən il hərbi əməliyyatın dayandırılması Rusiyanın tələbi nəticəsində baş vermişdi və əgər Moskva müdaxilə etməsəydi Azərbaycanın hərbi uğurları daha böyük olacaqdı və bəlkə də Dağlıq Qarabağın azad edilməsilə başa çatacaqdı.

Yüksək çinli məmurların və bilavasitə prosesin içində olan adamların dilindən səsləndiyindən bizim bu açıqlamalara inanmamağımız üçün elə bir əsasımız yoxdur. Yada salanda ki, belə fikirlər birinci dəfə deyil ki, səslənir və hər hansı etirazla, Moskvanın təkzibilə nəticələnmir, onların həqiqət olmasına inanmaqdan savayı yol qalmır.

Həm də nəzərə almaq da lazımdır ki, məhz ötən ilin aprelindən sonra Rusiya Ermənistanın güc arsenalını yenidən möhkəmləndirmək yolunu tutdu. Hətta rusiyalı hərbçilər xüsusi vurğu ilə deyirlər ki, bu gün Ermənistan Rusiyadan sonra ərazisində “İsgəndər”lər olan ikinci ölkədir. Üstəlik, məhz ötən il Yerevanla Moskva birgə hərbi komandanlığa keçdi və bu gün hətta Vladimir Jirinovski də deyirsə ki, bizim razılığımız olmadan heç bir halda müharibə başlaya bilməz, – artıq bunun özü də situasiyaya kifayət qədər aydınlıq gətirir...

BƏS NƏ ETMƏLİ?

Elə “çıxılmaz dalan” təəssüratı da yaradan budur. Nə etməli? Ermənistanla diplomatik səyləri davam etdirməlimi? Yox, bunun heç bir nəticəsi yoxdur, çünki Yerevanın mövqeyinə təsir etmək üçün ona təzyiq göstərmək laızmdır, bunu isə heç kim etmir...

Bəlkə müharibə etməli? Bu yol da bağlıdır. İndi demək olar ki, hərb teatrında Ermənistan deyil, Rusiya vardır.

Bəlkə müharibə etməli? Bu yol da bağlıdır. İndi demək olar ki, hərb teatrında Ermənistan deyil, Rusiya vardır. Rusiya ilə müharibə etmək isə hələki dünyada heç bir ölkənin ağlına gəlmir, ondan qala gənc və kiçik bir Azərbaycan ola...

Bəli, Rusiya, Rusiya və yenə də Rusiya... Dağlıq Qarabağı heç bir halda Azərbaycana qaytarmaq istəməyən Rusiya!

Bəziləri hələ də deyirlər ki, Rusiya ilə sövdələşmək lazımdır. Amma daha dərin təhlillər göstərir ki, heç bir halda – nə Avrasiya İttifaqına, nə də ki, Kollektiv Təhlükəsizlik Təşkilatına qoşulmağın müqabilində Dağlıq Qarabağ geri qaytarılmayacaq, çünki Azərbaycanı müəyyən bir siyasi orbitdə saxlamaq üçün Rusiyaya etibarlı “rıçaq”lar lazımdır – bu isə Dağlıq Qarabağdır.

HƏQİQƏTİ DEMƏKDƏN SAVAYI...

Cəmi bir–iki il bundan əvvəl Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili BMT-dəki çıxışında sual vermişdi: “Rusiya Dağlıq Qarabağın Azərbaycana qayıtmasını istəyirmi? Yox, istəmir. Bəs o, Dağlıq Qarabağın Ermənistana verilməsini necə? Bunu istəyirmi? Yox, bunu da istəmir, çünki Rusiyaya lazımdır ki, istər Ermənistan, istərsə Azərbaycan daim onun orbitində qalsınlar”.

Zaman təkrar-təkrar bu yanaşmanın həqiqət olduğunu təsdiq edir, hərçənd, bu çıxışdan sonra bəziləri hətta Saakaşvilini “qeyri-siyasətçi” kimi danışmaqda qınadılar.

Amma elə anlar olur ki, hətta siyasətçinin də bircə yolu qalır – həqiqəti demək...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.