Budur, xəbər saytları indi də daha bir yüksək çinli məmurun oğluna görə “vurulmasından” yazır. Novruzəli Orucov adlı həmin məmur-generalın oğlu avtobus sürücüsünü döyüb, xəbər gedib “yuxarılar”a çatıb. Nəticədə Novruzəli müəllimi işdən çıxarıblar, oğlunu da həbs ediblər.
Əslində bu, həmin məmur oğlunun ikinci vaqesidir. Birinci dəfə “piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib, hadisə yerindən qaçdığı” üçün 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum edilib, 2016-cı ildə isə vaxtından əvvəl azad olunub.
Azərbaycan həbsxanaları ağzınacan siyasi məhbuslarla doludur, onlar qondarma, sifarişli ittihamlarla dəmir barmaqlıqlar arxasında saxlanılır.
Cəmi bir il sonra isə yeni “qəhrəmanlığa” imza atıb.
Azərbaycan həbsxanaları ağzınacan siyasi məhbuslarla doludur, onlar qondarma, sifarişli ittihamlarla dəmir barmaqlıqlar arxasında saxlanılır. Yeganə suçları hakimiyyətdəkilər kimi düşünməmək olan bu vicdanlı adamları inadla həbsdə tutub, amma ölümlə nəticələnən yol qəzası törədən, sonra da hadisə yerindən qaçan birini sadəcə, atası yüksək mənsəb sahibidir, generaldır deyə, azadlığa buraxmaq hansı vicdana və hüquqa sığır? Budurmu yapçıların haqqında ağızdolusu danışdıqları “azad və ədalətli Azərbaycan məhkəməsi”?
Seymur Həzi kimi bir jurnalist illərdir, özü də sırf özünüqoruma instinkti ilə, ona planlı, məqsədli şəkildə hücum çəkən rejim işverəninin başına plastik şüşəylə vurdu deyə həbsdə saxlanılır, amma hansısa “papanın gül balası”na hətta ölümlə sonuclanan cinayət əməlinə görə 2 il belə həbs cəzası çəkmək rəva görülmürsə, buradan iki nəticəyə gəlirik.
...amma hansısa “papanın gül balası”na hətta ölümlə sonuclanan cinayət əməlinə görə 2 il belə həbs cəzası çəkmək rəva görülmürsə, buradan iki nəticəyə gəlirik.
Bir: Seymur Həzilər hakimiyyətin siyasi intiqam duyğusunun girovudurlar, onları içəridə saxlayan hüquq sisteminin deyil, siyasi sistemin iradəsidir. Və bir tənqidçi jurnalistlə bir məmur balasına münasibətdəki bu ikili yanaşma Azərbaycanda ədalət anlayışının varlığından danışmağı mümkünsüz edir.
İki: Hazırki siyasi rejim beynəlxalq hüququn heç bir prinsipi, standartı, müddəası ilə örtüşməyəcək şəkildə öz “ədalət düzənini” yaradıb, bu “ədalət düzəninə” görə, güclü həmişə toxunulmazdır, güclü həmişə haqlıdır, güclü həmişə qalibdir.
Bu düzənə görə, Azərbaycanda ədalət kiminsə qohumudur, kiminsə yerlisidir, kiminsə biznesidir, kiminsə villasıdır, kiminsə nə bilim nəyidir.
Və yenə bu “ədalət düzəninə” görə: haqlı olmaq suçdur, güclüyə qarşı itaətsizlik ağır cinayətdir, güclüdən fərqli davranmaq, düşündüyünü söyləmək, müxalif olmaq, sorğulamaq, tənqid etmək həbsə, mühacirətə bədəldir.
Qaldı ki məmurların övladlarının özbaşına davranışları səbəbi ilə cəzalandırılmasına, işdən atılmasına, bu da gülüş doğurur. Həm də şaqraq gülüş. Yenə də iki səbəb görə:
Qaldı ki məmurların övladlarının özbaşına davranışları səbəbi ilə cəzalandırılmasına, işdən atılmasına, bu da gülüş doğurur. Həm də şaqraq gülüş. Yenə də iki səbəb görə:
Bir: guya həmin məmurlar ta nətəri təmizlik mücəssiməsidirlər, onları cəzalandırmaq üçün bir səbəb-zad yoxdur, odur ki, götürüb uşaqlarının avtoşluğuna-filana görə cəzalandırırlar. Halbuki dərinə getsək, məlum olacaq, “papaların gül balalarının” etdiyi onların atalarının əməllərinin yanında toya getməlidir.
İki: bu cür inzibati tədbirlərlə, Sovetdənqalma metodlarla siz heç nəyə nail ola bilməzsiniz – nə məmurların, onların övladlarının vətəndaşda qıcıq yaradan, yeni Quba, yeni İsmayıllı olaylarına yol aça biləcək davranışlarının önünə keçə, nə də ölkədəki idarəçiliyi sağlamlaşdıra bilərsiniz.
Azərbaycanı təhlükəli ssenarilərdən uzaq tutmağın, ölkəni bənzər rejimlərin bais olduğu xalq ayaqlanmalarından sığortalamağın, bununla da həm hakimiyyəti, həm də məmləkəti qorxunc sonuclardan uzaq tutmağın çox sadə yolu var: bu, bir nəfərə və ya qrupa, bir nəfərin və ya bir qrupun maraqlarının, mənafeyinin, gücünün, qüdrətinin, hakimiyyətinin təntənəsini təmin etməyə, qoruyub-saxlamağa hesablanmış “ədalət” anlayışından əl çəkmək, Azərbaycanın qapılarını beynəlxalq hüququn, bəşəri ədalətin üzünə açmaqdır. Ədaləti insanlar arasında kimliyinə baxmadan bərabər şəkildə dağıtmaqdır.
Əlbəttə, artıq aramızdakı ən optimist vətəndaşın belə, hazırki hakimiyyətdən belə bir gözləntisi qalmayıb, amma bu, bizim ən adi həqiqətləri də dönə-dönə, təkrar-təkrar yazmağımıza mane olmamalıdır.
Elə mən də bunu, allah bilir, neçənci dəfə ona görə yazıram ki, nə biləsən, bəlkə bir faydası dəydi.
“Bəlkə...” dedim, görünür, bizi illərdir aldadıblar – ümid hətta sonda da ölmür...
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.