DAHA ƏLLƏRDƏ QƏZET GÖRMƏZSƏN

“Söz–sözü çəkər” deyiblər. Yaxın günlərin söhbətidir. Həsən bəy Zərdabidən bir veriliş göstərdilər. Bir fikri yamanca tutdu məni – bu böyük insan deyirmiş ki, mən bu milləti qəzet oxumağa alışdıracam.

Düşündüm ki, ay Mirzə, nə qoyub, nə axtarısan, biz bunu heç 21-ci əsrdə də edə bilmədik, sənin və bizim millətimiz oxumaq nədir, hətta əlində qəzet tutmağı da özü üçün həqarət sayır.

Elə bu fikirdə də ilişib qaldım. Heç bilmədim ki, veriliş harada bitdi, daha nələr danışdılar, nələr dedilər.

Düşündüm ki, ay Mirzə, nə qoyub, nə axtarısan, biz bunu heç 21-ci əsrdə də edə bilmədik, sənin və bizim millətimiz oxumaq nədir, hətta əlində qəzet tutmağı da özü üçün həqarət sayır.

Amma dərhal da ağlıma gəldi ki, rəngləri tündləşdirməyin yeri deyil, ən azı ona görə yalan danışmaq lazımdır ki, Mirzənin o dünyada ruhu rahat olsun.

Həm də fikirləşdim ki, axı nə fərqi var? O vaxt insanlar qəzet oxuyurdular, indisə saytları oxuyurlar. Əsas odur ki, nəsə oxuyurlar, tamam-kamal biganə deyillər.

Fəqət, burada kiçik bir detalı qeyd etməkdən özümü heç cür saxlaya bilmirəm. O da budur ki, bizim mətbuatın axırına çıxanlar, bilərəkdən insanların oxumaq vərdişlərini aşındıranlar ölkəmiz haqqında dünyanın ən geridə qalmış qəzetində kiçik bir tərif yazılan kimi aləmə hay-küy salırlar ki, ay aman, baxın, bəs bizdən yazıblar! Adam onlara demək istəyir ki, axı bizim ölkəmizdəki qəzetlər də onlardandır, bəlkə bizim də qəzetlərdə hansısa ölkə haqqında yazılanda elə oralarda da deyirlər ki, bəs bizdən Azərbaycan qəzetləri də yazır.

HƏR DÖVRÜN ÖZ CƏHALƏTİ

Nə isə... Sözüm bunda deyil. Ondadır ki, müstəqillik dövründə meydana çıxan yeni maarifliçiliyə münasibət çox mürəkkəb oldu, hətta bəziləri kimi “Jurnalistlərin işi xəbər verməkdir” deyib bu janra həqarət edənlər də tapıldı.

Çox təəssüf ki, hətta ən aktual və ən dəbdə olduğu bir vaxtlarda belə bizim mətbuatda elm və texnika yenilikləri elə bir yer ala bilmədi. Bəlkə də buna görədir ki, bir çox insanlar hələ də mistikaya və cəhalətə daha meyllidirlər ki, nəinki elmə və texnikaya.

İndi mən kimin haqlı, kimin haqsız olmasını çözməyəcəm burada. Sadəcə, dediyim budur ki, maarifçilik təkcə “Nyuton və yaxud Eynşteyn budur və filan işləri görüblər” deyə yazmaq deyil. Hərçənd, mən bu yönü də çox maraqlı və vacib hesab edirəm. Çox təəssüf ki, hətta ən aktual və ən dəbdə olduğu bir vaxtlarda belə bizim mətbuatda elm və texnika yenilikləri elə bir yer ala bilmədi. Bəlkə də buna görədir ki, bir çox insanlar hələ də mistikaya və cəhalətə daha meyllidirlər ki, nəinki elmə və texnikaya. Halbuki elmdə elə işlər aparılır ki, onlar insanları cadugər tayfasından daha çox heyrətləndirmək iqtidarındadır...

Nə isə... Qayıdaq mənim başa düşdüyüm maarifçiliyə. Hər dövrün öz cahilləri və öz cəhaləti olur. Yoxsa düşünürdünüz ki, cəhalət elə 19-cu əsrdə qalıb?

Yox, indi də cəhalət və cahillik var. Məsələn, insanlarımızın çoxu ərz edir ki, məni seçki-filan maraqlandırmır, xüsusən də siyasətdən zəhləm gedir... Ardınca da əlavə edirlər ki, bu bir-iki qəzeti də bağlasalar, lap yaxşı olardı...

Bəli, qalırsan mat-məəttəl. Deyirsən ki, ay qardaş, axı siyasət insanların həyatını həll edirsə, onunla heç maraqlanmamaq olarmı? Heç adam bir vaxt tapıb düşünməzmi ki, görüm, ölkədə nə baş verir, dünyada nələr var, nələr yox?..

Deyirlər ki, dəxli yoxdur, bizim öz dərdi-sərimiz var. Olsun. Özləri bilərlər. Amma bunun özü cəhalət və cahillik deyilmi? Məgər 19-cu əsr insanları ilə indikiləri birləşdirən eyni bir etiniasızlıq və biganəlik deyil?

Amma mən də deyirəm ki, yox, əzizlərim, elmə, təhsilə maraq bir şeydir, diploma maraq isə tamam başqa – bizim çoxumuz hələ də diploma maraq göstəririk.

Mənə elə gəlir, odur. Guya deyirlər ki, yox, siz ifrata varırsınız, indi insanlarda elmə və təhsilə böyük maraq var. Amma mən də deyirəm ki, yox, əzizlərim, elmə, təhsilə maraq bir şeydir, diploma maraq isə tamam başqa – bizim çoxumuz hələ də diploma maraq göstəririk.

Elm sahibi heç vaxt bu qədər biganə olmaz. Düzdür, elm adamları arasında da tərki-dünyalar olub. Amma onların bioqrafiyası ilə yaxından tanış olanda görürsən ki, Aristoteldən tutmuş ta Nyutona qədər bir çox dühalar dövrünün ictimai işlərində çox fəal olublar.

Həm də biz burada ən “qıraq”, “ucqar” vəziyyətləri nəzərdə tutmuruq. Hətta İsaak Nyuton və ya Albert Eynşteyn tərki-dünya olsaydılar belə bunun məsələyə dəxli olmazdı. Ona görə ki, belələrini barmaqla saymaq olar və onlara siyasi və ictimai şıltaqlıqlarını bağışlamaq olar...

21-Cİ ƏSRİN MƏZLUMLARI

Bizim dərdimiz və sözümüz isə milyonlaradır. Bəli, o milyonlara ki, elə başqa bir Mirzə də onlara üz tutub “Sizi deyib gəlmişəm...” deyirdi...

İndi qocanın da, cavanın da əlində və qulağında telefondur. Hamı elə hey oyun oynayır, üzünü belə görmədiyi adamlarla yazışır. Nə yazırlar və danışırlar, – bunu heç kim bilmir...

Millət isə heç eşitmir. Elə 19-cu əsrdə olduğu kimi biganə və etinasızdır. Düzdür, indi bir az başqa əyyamdı. Görünüşlər dəyişib, fəqət, məzmunsa eynilə qalıb.

İndi qocanın da, cavanın da əlində və qulağında telefondur. Hamı elə hey oyun oynayır, üzünü belə görmədiyi adamlarla yazışır. Nə yazırlar və danışırlar, – bunu heç kim bilmir...

Əgər yaxşı bir şey danışırlarsa, onda bu millət niyə dəyişmir? Niyə elə 19-cu əsrdə olduğu kimi biganə və məzlumdur?

Doğrusu, bilmirəm. Çünki bilsəydim, çarəsini tapardım. Bildiyim odur ki, indi də yeni bir fenomen yaranır. Adına da virtual millət deyirlər. Nə deyim? Allah axırını yaxşı eləsin...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.