Hər gün etdiyimiz qeyri-adi vərdişlərimizdən biri – əl yumanın beyinə gözlənilməz müsbət effektləri varmış.
Belə bir qənaətə Kanadanın Toronto universitetinin alimləri apardığı təcrübələrdən sonra gəliblər. Toronto universitetinin alimləri əlləri yuma prosesinin beyin funksionallığına müsbət təsirini, bu proses zamanı neqativ fikirlərin necə yayınmasını və hər hansısa bir vacib məsələlərin çözümündə yeni fikirlərin yaranmasını öyrəniblər.
Bununla yanaşı əl yumağın günah hissinin də artırması məlum olub.
Alimlərin sözlərinə görə, təcrübə zamanı respondentlər arasında onlar üçün vacib olan məqsədlər haqqında sorğu aparılıb, daha sonra isə onlara nəm salfetlərlə əllərini silmək təklif edilib.
Kanada mütəxəssislərindən başqa, ABŞ Miçiqan universitetinin də alimləri belə bir eksperiment keçiriblər. ABŞ alimləri tərəfindən aparılan təcrübə də oxşar nəticələri göstərib: əl yuma insan beynini köhnə ideyalardan təmizləyir və yeni düşünmə üsullarına, yeni ideyalara qarşı daha həssas edir.
Əldə edilən nəticələrə görə isə əl yumaq iştirakçılara seçimin çətin olduğu bir zamanda - vacib bir məsələnin iki çözüm variantı arasında qərar verməyə yardımçı olub. Bu prosesdə könüllülərin yeni hədəflərə istiqamətlənməsi daha asan olub.
Alimlərə görə, belə bir psixoloji fenomen insanların pis fikirlərdən və davranışlardan çəkinib, daha yeni, xeyirli və sağlam vərdişlərə yönəltməkdə böyük yardımçı ola bilər.