Körpələr hələ ana bətnindən insan üzlərini ayırd edə və reaksiya verə bilirlər.
“Current Biology” jurnalında dərc olunan araşdırma bunu deməyə imkan verir.
Tədqiqat zamanı 4D-UZİ-dən istifadə olunub. Xarici işıq ana bətninə 30 mm qalınlığında uşaqlıq divarından daxil olur. Artıq 34 həftəlik döl başını döndürüb üzə bənzər şəkilləri izləyir.
Tədqiqat zamanı 39 döl ana bətnində onlara həm düz, həm də tərsinə təqdim olunan insan üzünə bənzər işıq dekorlarına reaksiya verib. Araşdırmaçılar 4D ultrasəs müayinəsiylə onların reaksiyalarını izləyiblər. Döllər düz formada verilən üzə bənzər şəkillərə tərslərdən daha çox başlarını çeviriblər.
Araşdırma uşaqların doğuşdan öncə vizual və idraki qavrayışını göstərən ilk tədqiqatdır. Nəticə göstərir ki, körpələr üzləri ayırd etməyə ana bətnində başlayır.
Tədqiqat həm də göstərir ki, ana bətnində döllərin görmələri üçün kifayət qədər işıq var.