İl: 1932
Mustafa Kamal Paşa Türk Dil Qurumunun II Qurultayında iştirak edir. Spikerlərdən biri Yunanıstan səfiri Tahsin bəy idi. Tahsin bəy maya dili ilə türk dili arasındakı oxşarlıqlar mövzusunda çıxış edəcəkdi. Çıxışının bir yerində mayalıların mədəniyyətində Mu qitəsindən gəlmiş türklərin böyük əməyi olduğunu iddia etdi.
Bu fikir əvvəllər itmiş Mu qitəsi haqqında heç bir şey eşitməmiş Mustafa Kamalın diqqətini çəkdi. Paşanın ən böyük arzularından biri türklərin mənşəyini tapmaq idi...
Bu fikir əvvəllər itmiş Mu qitəsi haqqında heç bir şey eşitməmiş Mustafa Kamalın diqqətini çəkdi. Paşanın ən böyük arzularından biri türklərin mənşəyini tapmaq idi. Son zamanlar dövlət işlərini İsmət İnönüyə həvalə etmiş, özü isə tarix və dilçilik araşdırmaları ilə məşğul olurdu.
Həmin gün Tahsin bəyi axşam yeməyinə dəvət edir. Onsuz da Mustafa Kamalın Çankayadakı axşam yeməkləri sanki bir fikir ziyafəti olaraq keçirdi. Tahsin bəy yeməkdə Paşaya Mu qitəsi haqqında bildiklərini və bu bilgiləri Ceyms Çörçvardın kitablarından öyrəndiyini dedi.
Bir müddət sonra Paşa, Tahsin bəyi Meksika səfiri təyin edir. Amma bu təyinatda gizli bir tapşırıq var idi: Mu qitəsini tapmaq.
Tahsin bəy orada Ceyms Çörçvardla görüşür, Mustafa Kamala bu görüşlər və danışdıqlar haqqında hesabatlar göndərir. Ceyms Çörçvard Hindistanda əsgər olarkən bir monastırda gizli kitabələr tapdığını və bunları öz kitabında deşifrə etdiyini iddia edir.
Bəs Ceyms Çörçvardın iddialarına görə Mu qitəsi necə bir yer idi və necə məhv oldu?
Mu qitəsi Sakit okeanın ortasında Şimaldan Cənuba 3000 mil, Qərbdən Şərqə isə 5000 mil uzunluqda, bizim eradan əvvəl 70000-12000-ci illər arasında mövcud olub. 64 milyon nəfər əhalisi olub. İnsanın ilk yarandığı yer buradır.
Mu qitəsi Sakit okeanın ortasında Şimaldan Cənuba 3000 mil, Qərbdən Şərqə isə 5000 mil uzunluqda, bizim eradan əvvəl 70000-12000-ci illər arasında mövcud olub. 64 milyon nəfər əhalisi olub. İnsanın ilk yarandığı yer buradır.
Dünyada ilk tək tanrılı din də burada ortaya çıxıb. Bütün yaradılışın əsasının sevgi olduğuna inanılan bir dinləri var imiş.
Bəzi insanların telepatiya və astral səyahət kimi qabiliyyətləri olub. Mədəniyyətləri və elmləri bu günlə müqayisə etdikdə belə həddindən artıq inkişaf etmişdi.
Bu gün Sakit okeanda olan adalar qrupları bu qitənin qalıqlarıdır. Mu qitəsinin məhv olmasına gətirib çıxaran təbii fəlakət olmamışdan öncə əhali koloniyalara bölünərək dünyaya yayıldı. Orta Asiyaya köç edənlər türk mədəniyyətini, Mesopotomiyaya köç edənlər şumer mədəniyyətini, Amerikaya köç edənlər maya mədəniyyətini, Misirə köç edənlər isə qədim Misir mədəniyyətini yaratdılar. (Bəlkə də illərdir araşdırılan Misir piramidalarının sirri Mu qitəsinin inkişaf etmiş elmindədir)
Paşa təcili olaraq Tahsin bəydən Ceyms Çörçvardın kitablarını göndərməsini istəyir və kitablar əlinə çatan kimi 60 nəfərlik tərcümə heyəti qurub onları türkcəyə tərcümə etdirir. Kitablar yalnız 1 nüsxə olaraq Paşa üçün çap edilir.
Paşa təcili olaraq Tahsin bəydən Ceyms Çörçvardın kitablarını göndərməsini istəyir və kitablar əlinə çatan kimi 60 nəfərlik tərcümə heyəti qurub onları türkcəyə tərcümə etdirir. Kitablar yalnız 1 nüsxə olaraq Paşa üçün çap edilir. Paşanın öncə xəstələnməsi sonra ölümü bu araşdırmanın yarımçıq qalmasına səbəb olur.
Bu iddiaların doğru və ya yanlış olduğunu deyə bilmərik. Burda öyrənməli olduğumuz məsələ illərdir bizə əzbərlədilən tarixi, sorğulamaq bacarığıdır. Fərz edək ki, bu iddialar doğrudur. Deməli bizə öyrədilən Qərb mərkəzli tarix anlayışı çökür. Mustafa Kamal Paşanın imperiyalistlərə qarşı ikinci qələbəsi...
Unutmayaq ki, tarix həm də işğallara bəraət qazandırmaq üçün istifadə olunur. 200 il işğal altında yaşamış ölkənin tarixini ələkdən keçirmək vaxtı yetişməyibmi?
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.