Bir müəllimim var idi. Kanadalıdır. Çox gəncdir. Əsl startup düşüncəli bir insan olsa da, bütün bilik və bacarıqlarını hökümət işinin effektiv idarə edilməsinə həsr edib. Açıq hökümət mütəxəssisidir. Vankuverdə merin ofisində çalışandan sonra Code for America layihəsində təhsil direktoru olmuşdu. PhD-si olmasa da, Kennedi məktəbi onu fakültəyə dəvət etmişdi. Bu bir qırağa, ona 3 müxtəlif kurs deməyə şərait yaratdılar.
Onun təcrübəsindən, yanaşmasından çox şey öyrəndim. Amma, bir şey var idi ki, o hər dərsdə müxtəlif formada təkrar edirdi...
Onun müəllim kimi ilk semesteri mənim magistr kimi sonuncu semesterimə təsadüf etdi. Götürdüyüm kurs "hökümət işində texnologiya istifadəsi" [Digital Government] idi. Sonradan öyrəndim ki, məktəb onun üçün əlavə olaraq "büroktatiyanı dağıtmaq" [Disrupting Bureaucracy] və "rəqəmsal fəlakətin qarşısı alınması" [Preventing Digital Disaster] kursları başlatdı.
Onun təcrübəsindən, yanaşmasından çox şey öyrəndim. Amma, bir şey var idi ki, o hər dərsdə müxtəlif formada təkrar edirdi. Fikir bundan ibarət idi ki, hökümətə dəyişikliklər istəyi və bacarığı ilə gələn insanların gündəlik işinin 2/3 hissəsi danışıqlara [negotiations] sərf edilir. Söhbət inandırmadan, ideyalarını əsaslandırmadan getmir. Söhbət məhz bürokratik alış-verişdən, intriqaları yan keçməkdən, əməkdaşların fərdi maraqlarına uyğun təkliflər verməkdən gedir.
Sistemdə çalışanlar, sistemə uyğunlaşanlar, sistemdə özlərini balığın suda hiss etdiyi kimi hiss edənlər, institusional yaddaşlarına arxalananlar dəyişikliklər iddiası ilə gələn gənclərə yad cisim kimi yanaşırlar. Təbii ki, onlar könüllü olaraq bu gənclərin ideyalarını reallaşdırmağa yardımçı olmurlar. Söhbət bizim kimi ölkələrin bürokratiyasından getmir. Bizim kimi ölkərdəki bürokratiya heç müzakirə mövzusu deyil. O, bu misalı verərkən Kanadanın, ABŞ-ın və Britaniyanın ən aparıcı “tech-friendly” şəhərlərini nəzərdə tuturdu.
Yəni dünyanın ən aparıcı, proqressiv şəhər idarəetməsinə məxsus bürokratiyada belə sən gündəlik işinin böyük hissəsini işlə əlaqəsi olmayan oyunlara sərf edirsən.
Yəni dünyanın ən aparıcı, proqressiv şəhər idarəetməsinə məxsus bürokratiyada belə sən gündəlik işinin böyük hissəsini işlə əlaqəsi olmayan oyunlara sərf edirsən. Məhz buna görə, çox sayda istedadlı gənclər hökümətə getmir. Maaşa görə yox, məhz bu qeyri-səmərəli bürokratik ab-havaya görə. Əlavə edirdi ki, həmin bürokratlar artıq bu prosesi durdura bilmirlər. Zamanın reallığı həmin kök salmış bürokratların lazımsızlığını nümayiş etdirir və daha çox gənc entrepreneur'lər hökümət işinə cəlb edilir.
Bilmirəm hiss edirsiniz ya yox, amma klassik menecment sxemi və fəlsəfəsi [həm hökümət, həm də özəl sektorda] qeyri-səmərəliliyindən və müasir dövrün tələblərinə cavab vermədiyindən onun dəyişilməsi haqqında fikirlər tez-tez səslənir. Yeni sistemlər isə daha gənc, çevik və nizamsız [bəli, bəli, nizamsız] çalışanlardır. Bu sistemlərə keçənlər dərhal rəqabətdə böyük üstünlük əldə edirlər.
Nyu York, London kimi şəhərlərin misalında anlayırsan ki, müasir tələblər bürokratiyanın çevikləşməsinə və gəncləşməsinə necə təsir edir. Son 10-15 ildə bu dəyişiklik sürətlə gedir.
Nyu York, London kimi şəhərlərin misalında anlayırsan ki, müasir tələblər bürokratiyanın çevikləşməsinə və gəncləşməsinə necə təsir edir. Son 10-15 ildə bu dəyişiklik sürətlə gedir. Növbəti onilliklərdə ölkələrin və şəhərlərin müasiriyi məhz idarəetmə yanaşmalarına görə fərqlənəcək. Bu cür idarəetmədə gənc, enerjili, entüziast, optimist, bacarıqlı, çevik, açıq düşüncəli gənclər lazım olacaq.
İndi düşünün, 10-15 ildən sonra bu sistemə keçid labüd olanda Azərbaycanda hökümət işinə cəlb edilməsi mümkün olacaq 4,000-5,000 gənc tapılacaqmı?
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.