Trampın "Amerika enerji dominantlığı"

Beləliklə, Tramp özünün seçki qabağı ən mühüm vədlərindən birini yerinə yetirərək İqlim məsələləri ilə bağlı Paris müqaviləsindən (Paris Climate Agreement) çıxdığını bəyan etdi. Tramp çıxış edərkən eyni zamanda qrafiklərdə Brent neftinin qiymətlərinə baxırdım. Onun çıxışı zamanı qrafiklərdə qiymət 1$ aşağı düşdü. Çox böyük məsələdi, çox böyük maliyyə və iqtisadi maraqlara toxunur və qarşı-qarşıya gələn qlobal maliyyə qruplarının savaşının daha amansız mərhələyə keçirəcək.

Tramp çıxışında özünün seçki ərəfəsindəki vədlərini, digər ölkələrə qarşı ittihamlarını bu dəfə daha professional və sistemli şəkildə ifadə etdi. Açıq görünürdü ki, çıxışın mətni Peter Navarro və enerji şirkətlərinin ekspertləri tərəfindən hazırlanmışdı.

...ən mühüm məqam və ifadə "bu cür müqavilələr böyük enerji ehtiyatlarının istismar edilməməsi üçün ölkənin əlini qolunu bağlayır".

Çıxışda təbii ki, ən mühüm məqam və ifadə "bu cür müqavilələr böyük enerji ehtiyatlarının istismar edilməməsi üçün ölkənin əlini qolunu bağlayır".

Qeyd edim ki, şist texnologiyaları ilə əlaqədar ətraf mühitlə bağlı məhdudiyyətlərə görə federal torpaqların əvvəl yalnız 10%-dəki ehtiyatları istismar etmək olardı. Bu ərazilərdəki ehtiyatların istismarı ötən müddətdə ABŞ-a Səudiyyədən çox neft, Rusiyadan çox qaz istehsal etməyə imkan vermişdi. Bu şirkətlərin yatıb yuxuda gördükləri böyük ehtiyatlar olan ərazilər var. İndi bu şirkətlər bayram edir. Çünki, qeyd edilən məhdudiyyətlər aradan qalxacaq. ABŞ-ın şist qaz və neft ehtiyatlarının həcmi ümumilikdə 50 trillion dollar dəyərində qiymətləndirilir.

Ümumiyyətlə, Rusiya şist texnologiyalarına və istənilən digər alternativ enerji mənbələrinə qarşı lap əvvəldən çox barışmaz və düşmən mövqe göstərir.

Dünən maraqlı bir məqam da oldu. Rusiya Ətraf Mühitlə bağlı Paris müqaviləsini dəstəklədiyini bildirdi. Təbiidi, çünki çox narahatdı. Şist texnologiyaları sahəsində inqilabın birinci fazasından çox ağır zərbə aldı, indi isə üfüqdə ikinci faza görünür. Ümumiyyətlə, Rusiya şist texnologiyalarına və istənilən digər alternativ enerji mənbələrinə qarşı lap əvvəldən çox barışmaz və düşmən mövqe göstərir.

Bir tərəfdən bütün mətbuatının gücündən istifadə edərək şistin və digər alternativ enerji mənbələrinin "boş-boş söhbət" olduğunu göstərməyə və "sübut etməyə" çalışır. Təəssüf ki, bizim də ancaq rus dilində oxuya bilən insanlarımız da bu cür informasiya hücumunun təsirində qalır. Digər tərəfdən hələ 2013-cü ildə NATO-nun keçmiş baş katibinin və digər rəsmilərinin iddiasına görə Rusiyanın xüsusi xidmət orqanları Avropanın müxtəlif ölkələrində şist texnologiyalarının tətbiqinin və istismarının qarşısını almaq üçün müxtəlif ətraf mühit QHT-lərini və yaşıllar hərakatlarını aktivləşdirməyə və bu texnologiyalara qarşı mübarizədə istifadə etməyə çalışmışdılar.

Ümumiyyətlə isə enerji mənbələrinin müxtəlifləşdirilməsinə böyük ehtiyac olan Avropada yaşıllar və ətraf mühit QHT-ləri bir baş ağrısına çevrilib. Elə Azərbaycanın da həyata keçirməyə çalışdığı qaz kəməri layihələrinə qarşı İtaliyada həmin qrupların sistemli hücumlarının və etirazlarının yəqin ki, şahidi olmusunuz.

Obama dövründə şist neftinə və qazına qarşı Səudiyyə mübarizə üçün əlindən gələni etdi, amma alınmadı. Bu dəfə də 110 milyard dollar silah da alsalar heç nəyə təsiri olmadı.

Yazılanlardan belə nəticə çıxarılmasın ki, Trampın enerji strategiyası məhz Rusiyaya qarşı çevrilib. Əgər onun enerji strategiyası kimisə hədəf kimi götürürsə, bunu Tramp bütün OPEK ölkələri kimi göstərmişdi (OPEK bizi istismar edir). Trampın seçki kampaniyasında enerji məsələsi ilə bağlı proqramın (America First Energy Plan) ilk cümləsində ABŞ-ın xarici enerji mənbələrindən asılı olmayan və müstəqil ölkəyə çevrilməsi (Make America energy independent), bu sahədə yeni iş yerlərinin yaradılması hədəfi göstərilir. Həmin proqramda həmçinin ABŞ-ın enerji dominantlığı (American energy dominance) ölkənin iqtisadi və xarici siyasətinin strateji hədəfi olacağı da göstərilir.

Yəni belə götürsək bu məsələdən əslində ilk növbədə narahat olmalı olan ölkə Səudiyyə Ərəbistanıdır. Obama dövründə şist neftinə və qazına qarşı Səudiyyə mübarizə üçün əlindən gələni etdi, amma alınmadı. Bu dəfə də 110 milyard dollar silah da alsalar heç nəyə təsiri olmadı.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.